Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-399/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə Bakı şəhəri, Səbail Rayon Qeydiyyat Şöbəsinin maraqlı şəxs kimi qeyd edildiyi ərizəsinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən olunması” barədə Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin maraqlı şəxs kimi qeyd edildiyi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il təvəllüdlü X1 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin atası X2 ürək xəstəliyindən əziyyət çəkmiş və xx xxxxxxx 2020-ci il tarixdə evdə ölmüşdür. Ölüm haqqında şəhadətnamə alınması üçün ərizəçi 2 saylı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, lakin imtina cavabı almışdır. Odur ki, məhkəmədən ərizənin təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsinə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub göndərərək, işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki iş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1969-cu ildə anadan olmuşdur. 33 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş arayışdan aydın olur ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 mənzil 2 ünvanında yaşamış X2 vəfat etmişdir. TTTYS-nın 3 saylı bölməsinin xx.xx.2020-ci il tarixli ərizəyə cavabında xx.xx.2020-ci il tarixdə ünvan 1 mənzil 2 ünvanında yaşamış X2 adına çağırış daxil olduğu və həkimə qədər ölüm (kişi cinsli meyid) aşkar edildiyi qeyd edilmişdir. Məzar fotoşəkilindən görünür ki, qəbir daşının üzərində həmin yerdə dəfn edilmiş xx.xx.1969-cu il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə vəfat etdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nın 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Göstərilənlərə əsaslanaraq və Azər. Resp. MPM-nın 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 barədə ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-399/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-399/2021
12.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver