Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-399/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 12 aprel 1985-ci il təvəllüdlü X1 01 may 1985-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun qızı X2 12 aprel 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. Qızı 01 may 1985-ci ildə vəfat etmişdir. Onu Oğuz rayonu, Xaçmaz kəndində dəfn etmişlər. Qızının ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə, həmin şöbədən qızının barəsində Bakı şəhəri Səbail rayonu qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları 1981-1987-ci illərə dair ilkin akt qeydləri üzrə Səbail rayon qeydiyyat şöbəsində yoxlanılmışdır. Belə ki, həmin şöbədən ölüm haqqında tibbi arayış olmadığından faktla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Göründüyü kimi, tələb olunan sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onun iştirakı olmadan baxılmasını və ərizəsinin təmin olunmasını barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə ərizəçinin iştirakının olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasında işə qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı təmin olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AA******* 385FYVVT nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi, xx.xx.1966-cı ildə anadan olmuşdur. İş materiallarında olan X-JQ 487120 nömrəli, xx.xx.1985-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1985-ci ildə anadan olmuşdur, atası X4, anası Ərizəçidır. İş materiallarında olan Səbail rayon 45 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin 430 nömrəli, 28 dekabr 2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, 112 saylı evin, 3 saylı mənzilin qeydiyyatındadır. İş materiallarında olan Maraqlı şəxs 3-16-5/7-7xx-xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X1 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, ərizəçinin oğlu X1 01 may 1985-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 12 aprel 1985-ci il təvəllüdlü X1 01 may 1985-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-399/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-399/2025
05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver