Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-404/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Cavabdeh göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, onunla Vaqf Nağıyev arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin bir neçə şərtinin zərurət yaranması ilə əlaqədar təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. AR MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Hakim qanunun yuxarıda göstərilən tələblərinə əsasən qeyd ki, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə qaydasında o halda təsdiq olunur ki, həmin sazişin könüllün icrasından imtina olunsun və ya icra edilməsin. Ərizəçi 2021-ci ildə bağlanılmış barışıq sazişinin təsdiq edilməsinin əsası kimi zərurətin yaranmasını göstərmişdir. Yəni təsdiq olunması xahiş olunan şərtlərin qarşı tərəfdən icra edilməməsi və ya bundan imtina edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki barışıq sazişində sazişin imzalandığı andan qüvvəyə minməsi qeyd edilmişdir. Eyni zamanda təsdiqlənməsi xahiş olunan şərt kimi qeyd edilmiş Uşaq Klubunun sənədləşdirilmə vəzifəsi ərizəçinin öz üzərinə qoyulmuşdur. AR MPM-nin 149.2.3-cü mddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim qeyd edir ki, ərizəçi ərizəsində barışıq sazişin təsdiq edilmə zəruriliyini müəyyən edən halları (şərtlərin qarşı tərəfdən icra edilməməsi və ya bundan imtina edilməsinə dair) göstərmədiyindən və bunu təsdiq edən sübutları ərizəyə əlavə etmədiyindən ərizənin məhkəmə icraatı mümkün deyil və geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilən səbəblərə görə geri qaytarılsın. Ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-404/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-404/2025
08.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver