Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-417/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, Ərizəçi – Maraqlı şəxs qarşı «mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair mülki işə 19 yanvar 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi – Maraqlı şəxs qarşı «mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış 24.12.2021-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçi ilə maraqlı şəxs arasındakı nikah Səbail rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Ərizəçi ona məxsus olan ünvan 1 ünvanından maraqlı şəxsin qeydiyyatdan çıxarılması və istifadə hüququnun itirilməsi ilə bağlı qanunverciliyin tələbinə uyğun olaraq mübahisənin mediasiya vasitəsi ilə həlli məqsədi ilə Maraqlı şəxs mediasiya təklifi göndərmişdir. Maraqlı şəxs razılıq alındıqdan sonra mediasiya sessiyasında işə baxılmış və 24.12.2021-ci il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişi bağlanan gündən 10 gündən artıq müddət keçməsinə baxmayaraq saziş könüllü icra edilməmişdir. Ərizəçinin nümayəndəsi ərizə göndərərək, məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə Azər. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ № 395528 Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanılmış nikah 26.10.2021-ci il tarixdə pozulmuşdur. MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 Ərizəçi xüsusi mülkiyyətindədir. Mediasiya mərhələsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 24.12.2021-ci il tarixli Barışıq Sazişində qeyd olunmuşdur ki: TƏRƏFLƏR: Ərizəçi (Ş/V AA******* (bundan sonra "Birinci tərəf") və Maraqlı şəxs Ş/V AZE 0******* (bundan sonra "ikinci tərəf") (bundan sonra "Birinci tərəf" və "ikinci tərəf" birlikdə ismin müvafiq hallarında "Tərəflər" adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən, mediasiya reyestrində M- 00141 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 (bundan sonra "Mediator") iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra "Saziş") imzaladılar: Maddə 1. Mübahisənin qısa təsviri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Göyüş Qarayev küçəsi ev 3, mənzil 2 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxmaq Maddə 2. Barışığın şərtləri 2.1. Saziş ilə Tərəflərin üzərinə götürdüyü öhdəliklər 2.2. Birinci tərəf 2.1.1.1 Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Göyüş Qarayev küçəsi ev 3, mənzil 2 ünvanında yerləşən mənzildən istifadə hüququndan imtina etməsi və qeydiyyatdan çıxması qarşılığında kompensasiya olaraq 10000 (on min) manat məbləğində pul vəsaiti ödəyəcək 2.1.1 İkinci tərəf 2.1.2 2.1.2.1 Maraqlı şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Göyüş Qarayev küçəsi ev 3, mənzil 2 ünvanında yerləşən mənzil üçün istifadə hüququndan imtina edəcək və qeyd olunan mənzildən qeydiyyatdan çıxacaq 2.1.2.2. Maraqlı şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Göyüş Qarayev küçəsi ev 3, mənzil 2 ünvanında yerləşən mənzildən istifadə hüququndan imtina etməsi və qeydiyyatdan çıxması qarşılığında kompensasiya olaraq 10000 (on min) manat məbləğində pul vəsaitini Ərizəçi qəbul edəcək 2.1.2.3. Maraqlı şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Göyüş Qarayev küçəsi ev 3, mənzil 2 ünvanında yerləşən mənzil üçün gələcəkdə heç bir iddia irəli sürməyəcək 2.2 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara — istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3 Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aioiiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş - rektorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4 Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir 2.5 Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 2.6 Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir Maddə 3. Digər şərtlər 3.1 Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır 3.2 Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3 Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər-hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4 Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1 bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda,vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3 mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara. 3.4.4 qarşı tərəfin yazılı icazəsi ilə 3.4.5 yaxın qohumlara 3.4.6 Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır 3.6 Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək
1. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir.
Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab edir. Belə ki, MPM-nin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 355-23-355-26 maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin.
I. Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış 24.12.2021-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin:
TƏRƏFLƏR: Ərizəçi (Ş/V AA******* (bundan sonra "Birinci tərəf") və Maraqlı şəxs Ş/V AZE 0******* (bundan sonra "ikinci tərəf") (bundan sonra "Birinci tərəf" və "ikinci tərəf" birlikdə ismin müvafiq hallarında "Tərəflər" adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən, mediasiya reyestrində M- 00141 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 (bundan sonra "Mediator") iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra "Saziş") imzaladılar: Maddə 1. Mübahisənin qısa təsviri
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Göyüş Qarayev küçəsi ev 3, mənzil 2 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxmaq
Maddə 2. Barışığın şərtləri
2.3. Saziş ilə Tərəflərin üzərinə götürdüyü öhdəliklər
2.4. Birinci tərəf 2.1.1.1 Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Göyüş Qarayev küçəsi ev 3, mənzil 2 ünvanında yerləşən mənzildən istifadə hüququndan imtina etməsi və qeydiyyatdan çıxması qarşılığında kompensasiya olaraq 10000 (on min) manat məbləğində pul vəsaiti ödəyəcək
2.1.3 İkinci tərəf
2.1.2.1 Maraqlı şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Göyüş Qarayev küçəsi ev 3, mənzil 2 ünvanında yerləşən mənzil üçün istifadə hüququndan imtina edəcək və qeyd olunan mənzildən qeydiyyatdan çıxacaq 2.1.2.2. Maraqlı şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Göyüş Qarayev küçəsi ev 3, mənzil 2 ünvanında yerləşən mənzildən istifadə hüququndan imtina etməsi və qeydiyyatdan çıxması qarşılığında kompensasiya olaraq 10000 (on min) manat məbləğində pul vəsaitini Ərizəçi qəbul edəcək 2.1.2.3. Maraqlı şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Göyüş Qarayev küçəsi ev 3, mənzil 2 ünvanında yerləşən mənzil üçün gələcəkdə heç bir iddia irəli sürməyəcək 2.2 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara — istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3 Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aioiiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş - rektorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4 Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir 2.5 Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 2.6 Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir
Maddə 3. Digər şərtlər
3.1 Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır 3.2 Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3 Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər-hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4 Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1 bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda,vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3 mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara. 3.4.4 qarşı tərəfin yazılı icazəsi ilə 3.4.5 yaxın qohumlara 3.4.6 Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır 3.6 Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir.
Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Maraqlı şəxs alınıb Ərizəçi ödənilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: İlkin Rüstəmli