Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-444/2024 30.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası xx.xx.1932-ci il təvəllüdlü X5 25 avqust 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1932-ci il təvəllüdlü X1 pisləşdiyi üçün X14 aparıblar. Anası xx.xx.2023-cü il tarixdə, saat 18:00-da Təcili və X6 şöbəsində rəhmətə getmişdir. O yaşı ilə əlaqədar müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Mərhum adət-ənələrə uyğun olaraq Qurd Qapısı qəbiristanlığında dəfn olunmuşdur. Bütün dəfn mərasimini özü etmişdir. X2 vəfat etdiyi faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ona ölüm haqqında şəhadətnamə almaq bu günə kimi mümkün olmamışdır. Anası vəfat edərkən 91 yaşı olmuş, yaşlılığı ilə əlaqədar onun səhhətində problemlər olmuşdur. ünvan 1 ünvanında daimi qeydiyyatda olmuşdur. Rəsmi qaydada yazılı surətdə X14 müraciət edərək onun ölümü haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir. Həmin tibb müəssisəsindən ona ona verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, xx.xx.1932-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixində saat 18:00-da TTTY şöbəsində rəhmətə getmişdir. Meyit Nəsimi rayonu 20-ci PB əməkdaşlarına təhvil verilmişdir. Bu səbəbdən X18 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmirlər. Anasının ölümünün qeydiyyata alınması barədə Səbail rayon qeydiyyat şöbəsinə müraciət müraciət etmişdir. Həmin idarədən ona verilmiş imtina məktubunda ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının qeydiyyat şöbəsinin imkanları xaricində olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında anasının yataq xəstəsi olduğunu, beyninə qan sızdığını, Nəsimi rayon 20-ci Polis Bölməsinə aparıldığı, daha sonra isə morqa götürüldüyünü, ölümün səbəbinin bilinmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında eyni binada yaşayaraq qonşu olduqlarını, ərizəçiylə eyni məktəbdə oxuduqlarını, mərhumun yataq xəstəsi olduğunu, ayaqlarının işləmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında ərizəçiylə ailəvi dost olduqlarını, mərhumun uzun müddət xəstə olduğunu, hadisədən bir neçə gün sonra dəfnində də iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. İş materiallarında olan AZ-T seriyalı, 254375 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X10, ana qrafasında X9 qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı 03392810 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X7 ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.2006-cı ildən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ərizəçi X14 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik Hüquqi şəxsi Bakı şəhər X12 Hüquqi şəxsi xx.xx.2023-cü il tarixli, 18-1-2/2Ə-936-42-519/2023 saylı məktubda bildirilmişdir ki, xx.xx.1932-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixində saat 18.0-da TTTY şöbəsində rəhmətə getmişdir. Meyit Nəsimi rayonu 20-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verilmişdir. Bu səbəbdən X18 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli, 3- 16-5/7-15-137 u saylı nömrəli məktubdan görünür ki, X5 ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil – Kommunal Təsərrüfatı Departamenti X4 xx.xx.2023-cü il tarixli, 97 saylı arayışına əsasən X7 xx.xx.2023-cü il tarixində Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X7 ərizəçinin anası olmuşdur. xx.xx.2023-cü il tarixində saat 18.0-da TTTY şöbəsində rəhmətə getmişdir. xx.xx.2023-cü il tarixində Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ölümün dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1932-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Nəticə hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1932-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X5 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələri) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-444/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-444/2024
30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver