Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-445/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqla şəxs Maraqlı şəxs arasında Bakı şəhəri Mediasiya Təşkilatında bağlanmış MŞB/9/2023-01382 saylı, xx.xx.2023-cü il tarixli Barışı sazişinin Ərizəçi-Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 anası Ərizəçi yanında qalması, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən etibarən hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində aliment ödəmək hissəsində məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə 15 yanvar 2008-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəvllüdlü X5 və xx.xx.2011-ci iİ təvəllüdlü X4 uşaqları doğulmuşdur. Cavabdehlə birgə yaşadıqları müddət ərzində münasibətləri normal olmamış, daimi ailədə lüzumsuz sözsöhbətlər yaratmışdır. Cavabdehlə xasiyyətləri kəskin uyğun gəlmədiyindən pozulmuşdur. Dəfələrlə münasibətlərini normallaşdırmağa çalışmış, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Nikahın ləğvi, uşaqların onun yanında saxlanılması və aliment tələbi ilə bağlı Mediasiya müraciət etmişdir. Mediasiyada cavabdehlə birlikdə iştirak edərkən orada cavabdehlə razılaşmışlar ki, uşaqlar onun yanında saxlanılsınlar və uşaqların saxlanılması üçün hər ay, hər bir uşaq üçün 220 manat onun xeyrinə ödənilməsinə razılıq vermişdir. Ona görə də mediasiyada onunla Maraqlı şəxs arasında barışıq sazişi bağlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, (009)-1907/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Süleymanova) onunla Maraqlı şəxs arasındakı nikah pozulmuşdur. Lakin qətnamədə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 anasının yanında qalması və uşaqların saxlanılması üçün aliment tutulması barədə öz aralarında razılığa gəliblər. Cavabdehlə razılaşdıqları kimi o, alimentin ödənilməsi üçün ona ödəniş kartını iki dəfə göndərmişdir. Lakin cavabdeh Maraqlı şəxs söz verməsinə baxmayaraq aralarında bağlanmış barışıq sazişisini icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 31 iyul 2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra İkinci Tərəf) tərəflər arasında bağlanmış nikah müqaviləsinə xitam verilməsi, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ananın himayəsinə verilməsi, Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi manat) AZN, ümumilikdə 440 (dörd yüz qırx manat) AZN aliment məbləğini Ərizəçi ödəməsi, uşaqlarla görüş və ünsiyyət və cehiz əşyaların qaytarılması barədə razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1907/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhəri Səbaii rayon VVADQ şöbəsində 15 yanvar 2008-ci il tarixdə bağlanmış və 15 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması qət edilmiş, xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 anasının yanında qalması və aliment tutulması barədə öz aralarında razılığa gəlmələri nəzərə alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, tərəflər Maraqlı şəxs (Birinci tərəf) və Ərizəçi (İkinci tərəf) arasında 31 iyul 2023-cü il tarixdə barışıq sazişi bağlanmış və aşağıdakı şərtlər barədə saziş imzalanmışdır: tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1.1.Tərəflər arasında bağlanmış nikah müqaviləsinə xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir. 1.2.Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci Tərəfin (Ananın) himayəsinə verilsin. 1.3. Tərəflər razılaşdılar ki, İkinci Tərəf Maraqlı şəxs (Ata) birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi manat) AZN, ümumilikdə 440 (dörd yüz qırx manat) AZN aliment məbləğini Birinci Tərəf Ərizəçi (Anaya) ödəyəcək. 1.4. İkinci Tərəf (Ata) övladları ilə gündəlik rejimlərini pozmamaq şərti ilə və heç bir məhdudiyyət qoyulmadan istənilən gün, istənilən saatda görüşə və ünsiyyət yarada bilər. 1.5.Tərəflər razılaşdılar ki, Birinci Tərəfə məxsus cehiz əşyaları özünə qaytarılacaq. 5. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. 23. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Bundan başqa barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi tam imzalandığı tarixdən qüvvəyə minmiş, lakin sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmişdir. Odur ki, ərizəçi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 31 iyul 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin ərizədə göstərilən bəndləri məcburi icra olunması üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. (34.2) Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (34.3) Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234-cü bəndinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin aşağıda göstərilən bəndləri – hissəsi məcburi icra üçün təsdiq edilsin: 1.2.Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci Tərəfin (Ananın) himayəsinə verilsin. 1.3. Tərəflər razılaşdılar ki, İkinci Tərəf Maraqlı şəxs (Ata) birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi manat) AZN, ümumilikdə 440 (dörd yüz qırx manat) AZN aliment məbləğini Birinci Tərəf Ərizəçi (Anaya) ödəyəcək.
23. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova