Məhkəmə qərarları › İş №2(009)-454/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-454/2024

14.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-454/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs işə cəlb edilməklə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il təvəllüdlü X3 xx.xx.2008-ci il tarixində Moskva şəhərində ölüm faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, X7 onun atasıdır və xx.xx.1955-ci il tarixində Ağdam rayonunda anadan olmuşdur. Qaçqın düşdükdən sonra Bakı şəhərində məskunlaşmış və burada yaşamışdır. Ömrünün son illərində bir neçə dəfə Moskva şəhərinə gedib-gəlmişdir. Lakin sonuncu dəfə, xx.xx.2008-ci il tarixində Moskva şəhərində bayramla əlaqədar olarkən ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Həmin vaxt ölümün qəfil baş verməsi ucbatından müvafiq sənədləşdirilmələr aparılmamış, ölkəyə gətirilərək Dağüstü 1 qəbirstanlığında dəfn olunmuşdur. Bunu xx.xx.2023-cü il tarixli, 1629 saylı Yasamal rayon bələdiyyəsinin arayışı və təqdim etdiyi fotoşəkillər təsdiq edir. Ölüm haqqında şəhadətnaməni verilməsi üçün maraqlı şəxsə müraciət olunsa da, imtina verilmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan İİ-İE seriyalı, 063109 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16 aprel 1955-ci ildə Ağdam rayonunda anadan olmuş, atası X6, anası X1r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/7/15/1416 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri X2 Rayon Məhkəməsinin ünvanladığı xx.xx.2023-cü il tarixli, 1629 nömrəli məktubdan görünür ki, X7 (1955-2008) qəbirdaşına əsasən Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsində yerləşən Dagüstü 1 qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən İsmayılova Ərizəçi xx.xx.1979cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Vİ-JQ seriyalı, 362750 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, atası X7, anası X4r. İş materiallarında olan fotoşəkildən görünür ki, X7, 2008.İİ vəfat etmişdir Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi mərhum atasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum atası X3 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi onun qeydiyyatdan çıxarılması üçün lazım olduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 01 yanvar 2008-ci il tarixdə Moskva şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16 aprel 1955-ci il təvəllüdlü X3 01 yanvar 2008-ci il tarixdə Moskva şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar