Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-465/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, tərcüməçi X3, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1957-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, X5 ilə 04 avqust 1977-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həyat yoldaşı Vladimir xx.xx.2023-cü il tarixdə rəhmətə getmişdir. Həyat yoldaşının halı dəyişən kimi 3 saylı X12 çağırılmış, lakin 3 saylı Yardımçı Stansiyasının həkimləri gələnə kimi dünyasını dəyişmişdir. Bu barədə 3 saylı Yardımçı Stansiyasından müvafiq arayış da verilmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra onu Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn etmişlər. Həyat yoldaşının vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixli məktubu ilə ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün həyat yoldaşının adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X4 izahatında bildirmişdir ki, X5 həyat yoldaşıdır, epilepsiya xəstəliyindən əziyyət çəkirdi. xx.xx.2023-cü il tarixdə həyat yoldaşının halı dəyişən kimi 3 saylı X12 çağırılmış, lakin 3 saylı Yardımçı Stansiyasının həkimləri gələnə kimi dünyasını dəyişmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra onu Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn etmişlər. Ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixli məktubu ilə ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün həyat yoldaşının adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. İş materiallarında olan AZE seriyalı, 07778233 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan İ-ИЕ seriyalı 312411 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında X9 qeyd edilmişdir İş materiallarında olan ЖГ seriyalı 459701 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə X8 arasında nikah 04 avqust 1977-ci il tarixdə bağlanmış, akt qeydləri kitabında 2835 № ilə qeyd edilərək rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Panfilov, arvada Panfilova soyadı verilmişdir. İş materiallarında olan Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 16 nömrəli arayışından görünür ki, Ərizəçi (ərizəsinə əsasən) Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığına müraciət edərək mərhum həyat yoldaşı X5 xx.xx.2023-cü il tarixində qəbiristanlıqda yer ayrılaraq dəfn olunmuşdur. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 05/Q-42/15 nömrəli məktubdan görünür ki, Vladimir Aleksandroviçə ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İş materiallarında olan 6 nömrəli mənzil-istismar sahəsinin Ərizəçi verdiyi xx.xx.2023cü il tarixli 07 nömrəli arayışından görünür ki, Səbail r-nu Əlibəyov qard. küç. ev 10, mənzil 10-da həyat yoldaşı X5 vəfat etdiyi günədək bu ünvanda yaşamış və qeydiyyatda olmuşdur. İş materiallarında olan 0423 nömrəli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 3 saylı X12 Stansiyası xx.xx.2023-cü il tarixdə Əlibəyov qardaşları 10, m.10 ünvanına xəstə X2 bağlı çağırılmış, 23.00-da ünvana çatmışdır. Çatdıqda həkiməqədər ölüm baş vermiş və kişi cinsli meyid aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 ifadəsində bildirmişdir ki, Panfilov Viladimiri tanıdığını, rəfiqəsinin həyat yoldaşı olduğunu, epilepsiya xəstəliyindən əziyyət çəkdiyini söyləmiş, lakin onun ölümündən xəbərdar olmadığı üçün dəfnində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadəsində bildirmişdir ki, Panfilov Vladimir onun atasıdır, rəhmətə getdiyi gün anası ilə birlikdə onun yanında olmuşdular. Xəstəliyi ilə bağlı narahatlıq keçirmiş və buna görə də X12 briqadasını çağırdığını, lakin X12 briqadasının çağırıldıqdan 1 saat sonra gəldiyini bu zaman isə artıq atasının keçindiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçinin həyat yoldaşı olmuşdur. X5 Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün dövlət qeydiyyatına alınması zəruri olan sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1957-ci il təvəllüdlü X1 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X1 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələri) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-465/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-465/2023
13.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver