Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-478/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Elxan Elşən oğlu Eminovun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X6, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin məcburi qaydada icra edilməsi üçün təsdiq edilməsi və hüquqi yardıma görə çəkilən xərcə görə 150 (bir yüz əlli) manat, mediasiya prosesinin keçirilməsinə görə 150 (bir yüz əlli) manat və dövlət rüsumunun ödənilməsinə görə 100 (bir yüz) manat, cəmi 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarındakı mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün "Mediasiya haqqında" Qanunun tələblərini rəhbər tutaraq tərəfindən Maraqlı şəxs mediasiya təklifi göndərilmiş, daha sonra mediasiya prosesi zamanı aralarında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulan xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına qədər saxlanılması üçün noyabr 2024-cü il tarixdən başlayaraq hər ayın 1-dən 5-nə 2000 (iki min) manat alimenti X3 ödəməli, Maraqlı şəxs xx.xx.2024-cü il tarixinə qədər mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ evini oğlu X4 adına, xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, (Yeni qaydalara ünvan 2 ünvanında yerləşən mənzili qızı X5 adına, xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan TOYOTA COROLLA markalı, buraxılış ili 2014-cü il, Ban 5YFBURHE9EP090811 olan minik markalı avtomobili isə onun yəni X2 adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırmalı idi. Dəfərlə Maraqlı şəxs barışıq sazişinin şərlərinin icrası ilə bağlı müraciət olunsa da o bundan müxtəlif bəhanələrlə imtina etmiş və hazırki vaxta kimi barışıq sazişinin şərtlərini icra etməmişdir. Hesab edir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədiyinə və barışıq sazişinin könüllü icrasından imtina olunduğuna görə barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, xx.xx.2024-ci il tarixli Barışıq Sazişinin 6-cı bəndinə əsasən saziş əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa tərəflər üçün məcburi xarakter daşıyır. Saziş tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü icra edilməlidir. Beləliklə, Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün noyabr 2024-cü il tarixdən başlayaraq hər ayın 1-dən 5-nə 2000 (iki min) manat aliment ödəməli olduğu, xx.xx.2024-cü il tarixinə qədər mülkiyyətində olan əmlakları yuxarıda qeyd olunan qaydada notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırmalı olduğu halda bunlara əməl etməmiş, barışıq sazişinin könüllü icrası üçün müəyyən edilmiş müddətin keçdiyini görə bilərik. Bundan əlavə olaraq ərizəçi tərəfindən bu mübahisənin həlli məqsədilə hüquqi yardıma və mediasiya prosesinin keçirilməsinə görə xərclər çəkilmişdir. Hüquqi yardıma görə çəkilən xərc 150 (bir yüz əlli) manat, mediasiya prosesinin keçirilməsinə görə 150 (bir yüz əlli) manat və dövlət rüsumunun ödənilməsinə görə çəkilmiş xərcin məbləği isə 100 (bir yüz) manat təşkil edir. Hesab edir ki, Barışıq Sazişinin 9-cu bəndinə əsasən həmin xərclər də Maraqlı şəxs tutulmalıdır. Ərizəçinin nümayəndəsi və vəkili X12 ərizəni dəqiqləşdirərək, Barışıq Sazişinin 4, 5 və 6-cı bəndlərinin məcburi qaydada icra edilməsi üçün təsdiq edilməsi və 400 manat məbləğində pul vəsaitinin Maraqlı şəxs tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X12 ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 4, 5 və 6-cı bəndlərinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki, o, barışıq sazişini imzalamış, lakin şərtləri ilə bağlı tam məlumatlı olmamışdır. Onu təcili şəkildə mediasiya təşkilatına çağıraraq imzalamağını bildirmişlər. Şirkət rəhbəri olduğundan avtomobillərdəki həbsin götürülməsi və bu barədə hər hansı bir məlumat yayılmaması üçün barışıq sazişini imzalamışdır. Barışıq sazişindəki bölgü ədalətli deyildir. Bağ evini nənəsi anasına, anası isə bacısına və ona bağışlamışdır. Barışıq sazişinin təsdiq edilməsinə etiraz edir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, 1. Tərəflər aralarında bağlanmış Yasamal rayon qeydiyyat şöbəsində 27 iyun 2009-cu il tarixdə akt qeydləri kitabında 725 nömrə ilə qeydə alınmış nikahı davam etdirməyə razılığ əldə etmədilər. 2. Tərəflər razılığa gəldilər ki, birgə nikahdan doğulan xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2013-cu il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X10 nikah pozulduqdan sonra anası X2 yanında saxlanılsın. 3. Tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs birgə nikahdan doğulan xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2013-cu il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına qədər saxlanılması üçün noyabr 2024-cü il tarixdən başlayaraq hər ayın 1-dən 5-nə 2000 (iki min) manat alimenti X3 ödəyəcək. 4. Tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən bağ evini övladı X4 adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın.
5. Tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, Yeni qaydalarla ünvan 4 ünvanında yerləşən mənzili X7 notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın. 6. Tərəflər razılağa gəldilər ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan TOYOTA COROLLA markalı, buraxılış ili 2014-cü il, Ban 5YFBURHE№EP090811 olan minik markalı avtomabili X1 adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın. Tərəflər razılağa gəldilər ki, Maraqlı şəxs mülkiyyətində olan LEXUS RX300 markalı, buraxılış ili 2018-ci il, mühəttik W842691, Ban JTJBAMCA302053455 avtomabilə dair X2 iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Müəyyən edilmişdir ki, tərəflər Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında xx.xx.2024-cü il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Maraqlı şəxs sazişin şərtlərinə əsasən üzərinə götürdüyü ərizədə göstərilən öhdəlikləri könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin müvafiq bəndlərinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin icra edilməyən müvafiq bəndləri məcburi icrası üçün təsdiq olunmalıdır. Ərizəçi hüquqi yardıma görə çəkilən xərc ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən ərizə həmin hissədə təmin edilməməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilsin.
4. Tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən bağ evini övladı X4 adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın.
5. Tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, Yeni qaydalarla ünvan 4 ünvanında yerləşən mənzili X7 notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın.
6. Tərəflər razılağa gəldilər ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan TOYOTA COROLLA markalı, buraxılış ili 2014-cii il, Ban 5YFBURHE№EP090811 olan minik markalı avtomabili X1 adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın. Tərəflər razılağa gəldilər ki, Maraqlı şəxs mülkiyyətində olan LEXUS RX300 markalı, buraxılış ili 2018-ci il, mühəttik W842691, Ban JTJBAMCA302053455 avtomabilə dair X2 iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu, 150 (bir yüz əlli) manat mediasiya xərci Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova