Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-496/2023 18.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qiydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qiydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası-Göyçay şəhərində anadan olmuş, xx.xx.1939-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X2 xx.xx.2022-ci il tarixində yaşadığı mənzildə-ünvan 2 ünvanında ümumi xəstəlik və yaşlılıq səbəbi ilə vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə verilməsinin maraqlı şəxs-Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 18 avqust 2019-cu il tarixində X5 ilə rəsmi şəkildə ailə həyatı quraraq 2869 saylı akt qeydi ilə nikaha daxil olmuşdur. Mərhum X5 83 yaşında, 27 dekabr 2022-ci il tarixində yaşadıqları mənzildə ümumi xəstəlik səbəbindən vəfat etmişdir. O vəfat etdikdən sonra o ölüm haqqında şəhadətnamənin alınması üçün ərazi üzrə səhiyyə müəssisəsinə müraciət etdikdə ona bildirildi ki, bu məsələ ilə əlaqədar olaraq o aidiyyatı üzrə qeydiyyat şöbəsinə müraciət etməlidir. Bundan sonra tərəfindən aidiyyatı üzrə qeydiyyat şöbəsinə müraciət edilmiş oradan da ona məsələnin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeydiyyat şöbəsi tərəfindən onlara verilmiş xx.xx.2023-cü il tarixli, 05/Q-141/15 saylı məktubla cavab verilərək bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nm 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Bu səbəbdən də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edir ki, mərhum həyat yoldaşı doğulduğu Göyçay şəhərində, Göyçay şəhər qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X6 X3 xx.xx.2022-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə xəstə X4 təcili tibbi yardım üçün çağırış qəbul olunmuş ünvan 2 ünvanında həkimə qədər ölüm, “kişi” cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Göyçay rayonu, Göyçay Bələdiyyəsinin 19 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli dön. küçəsi ev 2-də qeydiyyatda olmuş, mərhum X5 xx.xx.2022-ci ildə vəfat etmişdir. O, həqiqətən Göyçay şəhər qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 05/Q-141/15 saylı Ərizəçi ünvanlanmış məktubundan görünür ki, 3 saylı Bakı “ASAN xidmət ” mərkəzi qeydiyyat şöbəsi Sizin xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci ildə ölmüş X2 ölümünün qeydə alınması haqqında müraciətinizə əsasən bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cii il 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5. bəndinə uyğun olaraq tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Qanunvericiliyə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir.Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqinda həkim şəhadətnaməsi-yəni ölüm haqqında tibbi şəhadətnamə AZS- 106 nömrəli forma olmadıqda,ölıim məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə tərəfinizdən Şöbəmizə təqdim edilmədiyi üçün X2 ölümünün qeydə alınması imkanımız xaricindədir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1939-cu il təvəllüdlü il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1939-cu il təvəllüdlü əri X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1939-cu il tarixdə Göyçay şəhərində doğulmuş X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1939-cu il tarixdə Göyçay şəhərində doğulmuş X2 27 dekabr 2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizə qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-496/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-496/2023
18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver