Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-520/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yodaşı X1 22 dekabr 2024-cü ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X2 2022-ci ildən ağır böyrək və ürək çatışmamazlığından əziyyət çəkirdi, lakin imkansızlıqdan müalicələri yarımçılıq qılmışdır. xx.xx.1974-cü il təvəllüdlü həyat yoldaşı X2 22 dekabr 2024-cü ildə xəstəlikdən ev şəraitində vəfat etmişdir. Səbail rayon Qeydiyyat Şöbəsi də ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 33 nömrəli Şəhər Poliklinikasının 18-1-1-28/2-M-30-xxxx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə 15 saylı BŞT və TTYS tərəfindən verilmiş məlumata əsasən Bakı şəhəri, Səbail rayonu, Lomonosov 12 ünvanında yaşamış xx.xx.1974-cü il təvəllüdlü X2 vəaft etmişdir. Vəfat etmiş şəxsin 33 No-li Şəhər Poliklinikasına xəstəliklə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 No-li qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 No-li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs 3-16-5/8-41/15 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan 149 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli, 316 saylı arayışından görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkün (qaçqın) düşüb və Səbail rayonu, Lomonosov küçəsi müvəqqəti 12 saylı evin 8 saylı mənzilində məskunlaşıb. X2 yuxarıda göstərilən ünvanda yaşayıb. İş materiallarında olan Təcili və X3 Stansiyasının xx.xx.2024-cü il tarixli sahə həkimin xəbərdarlıq vərəqəsindən görünür ki, Tibbi Ərazi Bölmənin təcili tibbi yardım briqadası xx.xx.2024-cü il tarixdə, 08:43 radələrində, yaşadığı ünvanında 50 yaşlı X2 adlı kişi cinsli meyit aşkar edilmişdir. Təqdim olunmuş AZ-İ 521504 saylı, xx.xx.2009-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X2 və Ərizəçi arasında nikah xx.xx.2009-cu il tarixdə bağlanmış, 48 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, ərizəçinin oğlu X1 22 dekabr 2024-cü il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 09 may 1974-cü il təvəllüdlü X1 22 dekabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-520/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-520/2025
18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver