Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-523/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun mərhum qardaşı xx.xx.1957-ci il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdə qəflətən “Xərçəng xəstəliyi” səbəbindən vəfat etmişdir. Mərhum qardaşı xx.xx.1957-ci il təvəllüdlü X1 rayonu, Pirşağı qəsəbəsi, Dəmiryolu küçəsi ünvanında yerləşən qəbirstanlığında dəfn edilmişdir. Hazırda bəzi sənədləşmə işlərinin həyata keçirilməsindən ötrü mərhum qardaşına məxsus ölüm haqqında şəhadətnamənin olması zərurəti yaranmışdır. Mərhum qardaşının vəfat etməsindən sonra bəzi sənədləşmələr üçün ölüm haqqında şəhahətnamənin olması vacibdir. Bununla bağlı olaraq Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, həmin qurum tərəfindən müraciəti qəbul edilməmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi mərhum qardaşı xx.xx.1957-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi Cümcüd oğlu ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, rəhmətə gedən onun qardaşıdır, ailəsi yoxdur, ayrılıb. Ölüm faktının müəyyən olunması pensiyanın dayandırılması üçün Sosial Müdafiə Fonduna təqdim etmək üçün lazımdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəqarmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin xalası oğludur. Bildirir ki, ərizəçinin qardaşı keçən ilin may ayında xəstəlikdən rəhmətə getmiş. O, yasda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin həyat yoldaşıdır. Təsdiq edir ki, qaynı keçən ilin may ayında rəhmətə getmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X8 xx.xx.1957-ci ildə anadan olmuşdur. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə Ağdam rayonunda anadan olmuş, ata qrafasında X12, ana qrafasında X7 göstərilmişdir. İş üzrə Təcili və X2 Stansiyasının 1 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdə saat 01:44-də ünvan 3 ünvanına X3 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda kişi cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzinin “2 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışına əsasən X10 Sosial Bina ünvanında yaşamış xx.xx.1957-ci il təvəllüdlü X9 xx.xx.2024-cü ildə vəfat etmişdir. Mərhum 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qeydiyyatda olsa da son zamanlarda xəstəliyi ilə bağlı müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə (Forma 106) vermək mümkün olmadı. İş üzrə Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mərhum X8 TTTYS-nin 1 saylı bölməsinin verdiyi xx.xx.2024-cü il tarixli sənədinə əsasən rəhmətə getmiş, ünvan 4 ünvanında yerləşən qəbirstanlıqda xx.xx.2024-cü il tarixdə dəfn olunmuşdur. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ona X3 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi qardaşının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə qardaşı X3 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə pensiyanın dayandırılması üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin qardaşı X3 adına xx.xx.2024-cü il tarixdə təcili tibbi yardım stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi R.Əliyev vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X3 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-523/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-523/2025
25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver