Məhkəmə qərarları › İş №2(009)-558/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-558/2025

07.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-558/2025 07.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla, barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs olmaqla, barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, maraqlı şəxslə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan xx.xx.2022-ci il təvəllüdlü X2 adında övladları var. Ailə münasibətlərinin korlanması səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2024-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin surətindən görünür ki:

1. Nikahın davam etdirilməsi ilə bağlı razılığa gəlinmədi. Ərizəçi və Maraqlı şəxs nikahın pozulmasını istəyirlər. Ərizəçi müvafiq məhkəməyə müraciət edəcəkdir.

2. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X2 ana – Ərizəçi himayəsində qalsınlar.

3. Tərəflər razılaşırlar ki, ata- Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X2 oğlu hər ay 246 manat aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Aliment ana – Ərizəçi xeyrinə hər ay ata – Maraqlı şəxs əmək haqqından çıxılsın. Ata- Maraqlı şəxs uşağın 3 yaşı tamam olana kimi əlavə 50 manat ödənişi ödəməyi öz öhdəsinə götürmüşdür.

4. Tərəflər razılaşırlar ki, ata- Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2022-ci İl təvəllüdlü X2 ilə həftədə bir dəfə bazar günləri uşağın 5 yaşı olana kimi ananın iştirakı ilə görüşə bilər. Görüş mövsümə uyğun olaraq qış aylarında qapalı məkanlarda, yay aylarında isə açıq havada ola bilər. Uşağın 5 yaşı tamam olduqdan sonra isə ata ilə tək görüşə , istirahətə gedə , istirahət zamanı yanında qala bilər. Tətil və bayram günlərinin müəyyən hissəsini atası ilə keçirə bilər.

5. Tərəflərin bir-birinə qarşı heç bir əmlak tələbi yoxdur

6. Tərəflər razılaşırlar ki, ata- Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi ananın iştirakı ilə ölkə xaricinə çıxışlarına (yalnız istirahət, səhiyyə və təhsillə bağlı) icazə verilmişdir. Mane olmayacağını öz öhdəsinə götürür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər nikaha daxil olmuş və birgə nikahdan övladları olmuşdur. Daha sonra tərəflər mediasiya mərhələsində nikahın pozulması barədə razılığa gəlmişdirlər. Mediasiya mərhələsində tərəflər arasında barışıq sazişi imzalanmışdır. Hazırda ərizəçi Barışıq Sazişinin təsdiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən irəli sürülən tələb təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə görə əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə “mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə

Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış aşağıdakı məzmunlu xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin:

1. Nikahın davam etdirilməsi ilə bağlı razılığa gəlinmədi. Ərizəçi və Maraqlı şəxs nikahın pozulmasını istəyirlər. Ərizəçi müvafiq məhkəməyə müraciət edəcəkdir.

2. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X2 ana – Ərizəçi himayəsində qalsınlar.

3. Tərəflər razılaşırlar ki, ata- Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X2 oğlu hər ay 246 manat aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Aliment ana – Ərizəçi xeyrinə hər ay ata – Maraqlı şəxs əmək haqqından çıxılsın. Ata- Maraqlı şəxs uşağın 3 yaşı tamam olana kimi əlavə 50 manat ödənişi ödəməyi öz öhdəsinə götürmüşdür.

4. Tərəflər razılaşırlar ki, ata- Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2022-ci İl təvəllüdlü X2 ilə həftədə bir dəfə bazar günləri uşağın 5 yaşı olana kimi ananın iştirakı ilə görüşə bilər. Görüş mövsümə uyğun olaraq qış aylarında qapalı məkanlarda, yay aylarında isə açıq havada ola bilər. Uşağın 5 yaşı tamam olduqdan sonra isə ata ilə tək görüşə , istirahətə gedə , istirahət zamanı yanında qala bilər. Tətil və bayram günlərinin müəyyən hissəsini atası ilə keçirə bilər.

5. Tərəflərin bir-birinə qarşı heç bir əmlak tələbi yoxdur

6. Tərəflər razılaşırlar ki, ata- Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi ananın iştirakı ilə ölkə xaricinə çıxışlarına (yalnız istirahət, səhiyyə və təhsillə bağlı) icazə verilmişdir. Mane olmayacağını öz öhdəsinə götürür. 50 manat ödənilmiş mediasiya xərcinin əvəzi maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar