Məhkəmə qərarları › İş №2(009)-559/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-559/2024

23.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-559/2024 23.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü X9 onun qardaşı olmaqla Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 25, mənzil 2-də pasport qeydiyyatındadır. 2005-ci ilin əvvəllərindən onun harada olması barədə heç bir məlumatları yoxdur. Onun xx.xx.2005-ci il tarixli ərizəsinə əsasən Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən X6 itkin düşməsi ilə əlaqədar axtarış işi açılmış, lakin tapılmadığına görə xx.xx.2020-ci il tarixdə axtarış işinin icraatına xitam verilmişdir. X1 harada olması barədə beş ildən artıq müddətdə məlumat olmadığından, yəni 2005-ci ildən harada olması barədə məlumatın olmaması, o cümlədən, xx.xx.2005-ci ildən polis orqanı tərəfindən axtarış işi açılmasına baxmayaraq tapılmaması səbəbindən, onun məhkəmə qaydasında ölmüş elan edilməsi haqqında qərar qəbul edilməlidir. Aydın İbrahimov hazırda onlarla eyni ünvanda qeydiyyatda olduğu üçün onun əvəzindən əlavə kommunal xərcləri ödəməli olurlar ki, bu hal da onların hüquqlarının pozulmasına səbəb olur. Eləcə də onun qeydiyyatda qalması yaşadıqları mənzilin özəlləşdirilməsi işlərində onlara maneçilik törədir. Bu və ya digər əsaslara görə A.İbrahimov ölmüş elan edilməlidir. Göstərilənləri nəzərə alaraq ərizəçi Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 25, mənzil 2də qeydiyyatda olan xx.xx.1974-cü ildə anadan olmuş X6 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, həmin hüquqi faktın müəyyən edilməsi ona qardaşının qeydiyyatda olan mənzilinin özəlləşdirilməsi üçün lazımdır. Bunun üçün Aydın İbrahimovun ölüm şəhadətnaməsi tələb olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin oğludur. Dayısı Aydın 2005-ci ilin may ayında evdən saat 11 radələrində siqaret almaq məqsədi ilə çıxmış və bir daha geri qayıtmamışdır. Həmin il onun axtarışı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmuş, axtarış işi açılmış, lakin uzun müddət dayısından xəbər olmadığı üçün axtarış işinin icraatına xitam verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qohumudur. Onların evinə tez-tez gedib-gəlir. Aydın Gülarə xanımla bir evdə yaşamışlar, 2005-ci ilin may ayında ona demişlər ki, Aydın evdən getmiş və qayıtmamışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Aydını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Aydın da ərizəçi ilə eyni evdə yaşamışdır. 2005-ci ilin may ayından sonra Aydını görməmişdir, ona demişlər ki, Aydın evdən siqaret almaq adı ilə çıxmış və geri qayıtmamışdır. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Ağdam rayonu Quzanlı kənd soveti tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli doğum haqqında şəhadətnaməsinin surətinə əsasən Ərizəçi xx.xx.1970-ci il tarixdə Ağdam rayonu Quzanlı kəndində anadan olmuş, atası X8, anası X4r. İş üzrə Ağdam rayonu Quzanlı kənd soveti tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli doğum haqqında şəhadətnaməsinin surətinə əsasən X9 xx.xx.1974-cü il tarixdə Ağdam rayonu Quzanlı kəndində anadan olmuş, atası X8, anası X4r. İş üzrə Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X6 ilkin düşməsi faktı ilə əlaqədar xx.xx.2005-ci il tarixdə Səbail rayon Polis İdarəsi tərəfindən axtarış işi açılmış, xx.xx.2020-ci il tarixdə axtarış işinin icraatına xitam verilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin qardaşı X5 2005-ci ilin əvvəllərindən halhazırki vaxtadək heç bir məlumat yoxdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.2005-ci il tarixli ərizəsinə əsasən Səbail rayon Polis İdarəsi tərəfindən X1 itkin düşməsi faktı ilə əlaqədar axtarış işi açılmış, həmin vaxtdan da hal-hazırki vaxtadək ondan hər hansı məlumat yoxdur. xx.xx.2020-ci il tarixdə axtarış işinin icraatına axtarış nəticə vermədiyi üçün və həmin vaxtdan uzun müddət keçdiyi üçün xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Məhkəmə qeyd edir ki, X6 ölmüş elan edilməsi ərizəçiyə qardaşının qeydiyyatda olan mənzilinin özəlləşdirilməsi üçün onun ölüm haqqında şəhadətnaməsi lazım olduğundan, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Məhkəmə X6 harada olması məlum olmamasını və onun olduğu yerin məlum olmamasını, yaşayış yerindən 19 ildən yuxarı müddət ərzində məlumatın olmamasını, şahid ifadələri ilə bu halın təsdiq edilməsini, 2005-ci ildən axtarış işinin açılmasını və 2020-ci ildə axtarış işinin icraatına xitam verilməsini nəzərə alaraq hesab edir ki, ərizə əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. 22 iyul 1974-cü il təvəllüdlü X9 ölmüş elan edilsin və onun ölüm günü qətnamənin qanuni qüvvəyə mindiyi gün sayılsın. X2 X3 Qeydiyyatı kitabında onun ölməsi barədə qeydiyyatın aparılması və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar