Məhkəmə qərarları › İş №2(009)-571/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-571/2025

26.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-571/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X13 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə 26 fevral 2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6 xx.xx.1972-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin mərhum əri X12 xx.xx.1972ci il tarixdə Lənkəran şəhərində vəfat etmişdir. Onu Lənkəran şəhərində yerləşən “Böyük Bazar” qəbristanlığında dəfn etmişdirlər. Mərhum vəfat edərkən qanunun tələbini başa düşmədiyindən onun ölüm faktını VVAQ orqanlarında qeyd etdirməmişdir. Hazırda vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün mərhum ərinin ölüm haqqında şəhadətnaməsi tələb olunur. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsinə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs şəxs lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 22 yanvar 2025-ci il tarixli arayışda qeyd edilir ki, X4 ilə X12 14 dekabr 1970-ci il tarixdə nikaha daxil olmuşdurlar. Lənkəran Bələdiyyəsinin 22 yanvar 2025-ci il tarixli arayışında qeyd edilir ki, X2 yoldaşı X10 xx.xx.1972-ci il tarixdə “Böyük Bazar” qəbristanlığında dəfn olunmuşdur. Məzar fotoşəklindən görünür ki, qəbir daşının üzərində həmin yerdə dəfn edilmiş 1940cı il təvəllüdlü X5 1972-ci il tarixdə vəfat etdiyi qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, ərizəçinin bacısıdır. X10 ərizəçinin həyat yoldaşı olub. O, təxminən 50 il öncə Lənkəran şəhərində vəfat edib və həmin şəhərdə dəfn edilmişdir. Dəfnində o özü də iştirak etmişdir. Ərizəçinin X10 ilə nikahından övladı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirmişdir ki, ərizəçinin bacısıdır. X10 ərizəçinin həyat yoldaşı olub. X10 vəfat etdiyi vaxt X7 2 yaşlı övladı qucağında ikən dəfndə iştirak etmişdir. Vəfat etdiyi tarix dəqiqliklə xatirində deyildir. X1 şəhərində vəfat edib və həmin şəhərdə dəfn edilmişdir. Dəfnində o özü də iştirak etmişdir. Ərizəçinin X10 ilə nikahından övladı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, 1940-cı il təvəllüdlü X6 xx.xx.1972-ci il tarixdə Lənkəran şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Göstərilənlərə əsaslanaraq və Azər. Resp. MPM-nın 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1940-cı il təvəllüdlü X6 xx.xx.1972-ci il tarixdə Lənkəran şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X12 barədə ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar