Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-575/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs işə cəlb edilməklə ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-cü il təvəllüdlü anası X2 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixdə bayramdan sonra anası X1 rayonundan qohumlarıgildən Bakı şəhərində birgə yaşadıqları ünvana gəldiyi zaman səhhəti gözlənilmədən pisləşdiyi üçün orada olan şəxslər tərəfindən X18 zəng edərək həkim çağırılmışdır. X14 Yardım həkimləri hadisə yerində anasını müayinə etmiş və Qax rayonu X6 Tibbi Yardım həkim tərəfindən anasının ölümü ilə bağlı onlara müvafiq arayış vermişdir. Anası vəfat etdiyi Zaqatala-Bakı istiqamətində hərəkət edən sərnişin avtomobili ** VO *** dövlət nömrə nişanlı olmuşdur. Sürücüsü isə Kərim İlyasov olmuşdur. Anası vəfat edən zaman hadisə yerinə bacısı X10 və yeznəsi X11 getmişdir. Anasını Şıxov qəsəbəsi, Bibiheybət qəbiristanlığında dəfn etmişlər. Anasının dəfn işləri və hüzr mərasiminin keçirilməsinə qohumları X7, X15 və X4 göstərmişlər. Anasının adına ölüm haqda şəhadətnamə əldə etmək məqsədilə Səbail rayon Qeydiyyat şöbəsinə müracəit etdikdə isə ölüm haqqında tibbi şəhadətnamə olmadığından müraciətlərinə baxılmasından imtina edildi və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müracəit etməsi bildirildi. Müvafiq şəhadətnamə ala bilməkdiklərindən anası indiyə qədər onların ailə üzvüləri kimi yaşadıqları mənzildə qeydiyyatda qalmaqda davam edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı ərizəsində işə onlun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Təcili və X8 Stansiyasının xx.xx.2023-cü il tarixli Xəbərdarlıq vərəqəsindən görünür ki, Tibbi Ərazi Bölmənin təcili tibbi yardım briqadası xx.xx.2023-cü il tarixdə, 00:35 radələrində, Zaqatala-Bakı marşrutunda 1955-ci il təvəllüdlü X3 adlı qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 05/Q-85/15 saylı məktubdan görünür ki, ona X2 ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 17 nömrəli “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsi 34 nömrəli Şəhər Poliklinikası tərəfindən Abşeron rayon Məkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 17 nömrəli məktubdan görünür ki, ünvan 6 ünvanında yaşayan xx.xx.2023-cü il tarixdə rəhmətə getmiş, xx.xx.1955-ci il təvəllüdlü X2 34 saylı Şəhər Poliklinikasında ambulator kartı və poliklinikaya hər hansı bir xəstəliklə bağlı heç bir müraciəti olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1980-cı ildə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayonu Bibiheybət Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 03/05 nömrəli arayışa əsasən X3 xx.xx.2023-cü il tarixində Səbail rayonu Bibiheybət qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi mərhum atasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum X2 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.2055-ci il təvəllüdlü X2 06 yanvar 2023-cü il tarixdə vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17 sentyabr 1955-cü il təvəllüdlü X2 06 yanvar 2023-cü ildə ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-575/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-575/2023
29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver