Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-575/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 13 saylı Mediasiya Təşkilatına qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 13 saylı Mediasiya Təşkilatına qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbi belə əsaslandırmışlar ki, onunla maraqlı şəxs, Maraqlı şəxs1 arasında 02 oktyabr 2024-cu il tarixində Bakı 13 saylı Mediasiya Təşkilatında MŞB/13/2024-01534 saylı borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Maraqlı şəxs1 12000 (on iki min) manat məbləği almış və onun 1000 (bir min) manat hissəsini 2025-ci ilin yanvar ayının 1-dək ona qaytarmalı, qalıq məbləği isə 2025-ci ilin oktybar ayının 2-dək ona qaytarmalı idi. Bütun yuxarıda qeyd edilənlərə baxmayaraq Maraqlı şəxs1 müqavilənin şərtlərini yerinə yetirməmiş və hal-hazıradək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməmişdir, onun ümumilikdə 12000 (on iki min) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Maraqlı şəxs bu günə qədər hər-hansı ödənişlər etməmiş və tərəflər arasında bağlanmış 02 oktyabr 2024cu il tarixli MŞB/13/2024-01534 saylı borc müqaviləsinin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs1 və Bakı 13 saylı Mediasiya Təşkilatına nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işə baxıb, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Ərizəçi və Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs1 verilmiş 12000 (on iki min) manat məbləğində borcun qaytarılmasını aşağıdakı qaydada müəyyən etdilər: 1. 2-ci tərəf Maraqlı şəxs1 12000 (on iki min) manat məbləğində borcun 1000 (bir min) manat məbləğini 2025-ci ilin yanvar ayının 1nədək 1-ci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür. 2-ci tərəf Maraqlı şəxs1 qalıq məbləğinin 11000 (on bir min) manatını 2025-ci ilin oktyabr ayının 2-nədək 1-ci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunan Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Maraqlı şəxs1 barışıq sazişinin könüllü qaydada icrasından imtina edir. Məhkəmə iclasında eləcə də, müəyyən olundu ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İş materiallarında olan sənədləri tədqiq edərək məhkəmə müəyyən etdi ki, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-nin 355- 26.1-ci maddəsində göstərilən əsaslar mövcud deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-23, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə “Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs1 verilmiş 12000 (on iki min) manat məbləğində borcun qaytarılmasını aşağıdakı qaydada müəyyən etdilər:
1. 2-ci tərəf Maraqlı şəxs1 12000 (on iki min) manat məbləğində borcun 1000 (bir min) manat məbləğini 2025-ci ilin yanvar ayının 1-nədək 1-ci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür. 2-ci tərəf Maraqlı şəxs1 qalıq məbləğinin 11000 (on bir min) manatını 2025-ci ilin oktyabr ayının 2-nədək 1-ci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Mədinə Bağırova