Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-597/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Ərizəçi nümayəndə və vəkili X2 iştirakı ilə, Ərizəçi maraqalı şəxs Maraqlı şəxs qarşı barışıq sazişin təsdiq edilməsi və icra edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqalı şəxs Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində 27.12.2021-ci il tarixdə bağlanmış barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, onunla Maraqlı şəxs arasında birgə nikahdan doğulmuş 27.12.2017-ci il təvəllüdlü X5 və 19.09.2019-cu il təvəllüdlü X1 ataları Maraqlı şəxs razılığı olmadan yetkinlik yaşına çatanadək anaları Ərizəçi ilə birlikdə ölkədən getməsinə və ölkəyə gəlməsinə icazə verilməsi ilə bağlı könüllü olaraq mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediasiya reyestrində qeydiyyatdan keçmiş mediator X3 iştirakı ilə 27.12.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin şərtlərinə əsasən tərəflər razılığa gəlmişlər ki, tərəflər Ərizəçi və Maraqlı şəxs birgə nikahından doğulmuş 27.12.2017-ci il təvəllüdlü X5 və 19.09.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anaları Ərizəçi ilə birlikdə ölkədən getmələrinə və ölkədən gəlmələrinə razılıq verir. Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazişinin icrasından imtina edir, barışıq sazişinin bağlanmasından bir aydan artıq vaxt keçməsinə baxmayaraq, barışıq sazişi ilə təsdiq olunmuş öhdəliyi yerinə yetirmir. Belə ki, barışıq sazişinə əsasən olan öhdəliyi ilə, yəni birgə nikahdan doğulmuş 27.12.2017-ci il təvəllüdlü X5 və 19.09.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anaları Ərizəçi ilə birlikdə ölkədən getmələrinə və ölkədən gəlmələrinə razılıq verilməsinə dair etibarnaməni (ərizəni) verməkdən heç bir əsas olmadan imtina edir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən mediasiya prosesi nəticəsində 27.12.2021-ci il tarixdə bağlanmış barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X4 ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqalı şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqalı şəxs Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 27.12.2021-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs birgə nikahdan doğulmuş 27.12.2017-ci il təvəllüdlü X5 və 19.09.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anaları Ərizəçi ilə birlikdə ölkədən getmələrinə və ölkədən gəlmələrinə Maraqlı şəxs razılıq verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunan Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Maraqlı şəxs barışıq sazişinin könüllü qaydada icrasından imtina edir. Məhkəmə iclasında eləcə də, müəyyən olundu ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İş materiallarında olan sənədləri tədqiq edərək məhkəmə müəyyən etdi ki, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-nin 355- 26.1-ci maddəsində göstərilən əsaslar mövcud deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-23, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 27.12.2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.Tərəflər razılığa gəlirlər ki, tərəflər Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından doğulmuş 27.12.2017-ci il təvəllüdlü X5 və 19.09.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anaları Ərizəçi ilə birlikdə ölkədən getmələrinə və ölkəyə gəlmələrinə Maraqlı şəxs razılıq verir. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-597/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-597/2022
02.03.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver