Məhkəmə qərarları › İş №2(009)-601/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-601/2023

17.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-601/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, X7 ilə xx.xx.1990-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həyat yoldaşı Mahir Nəzərov xx.xx.1965-ci ildə Masallı rayonu, Hüseynhacı kəndində anadan olmuşdur. Həyat yoldaşı Mahir Nəzərov xx.xx.2020-ci il tarixdə rəhmətə getmişdir. Həyat yoldaşının halı dəyişən kimi 3 saylı X17 çağırmışlar, lakin 3 saylı Yardımçı Stansiyasının həkimləri gələnə kimi əri dünyasını dəyişmişdir. Bu barədə 3 saylı Yardımçı Stansiyasının müvafiq arayış da verilmişdir. Əri vəfat etdikdən sonra onu Masallı rayonu, Hüseynhacılı kənd qəbirstanlığında dəfn etmişlər. Ərinin vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün o, Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir, lakin qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixli məktubu ilə ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərinin adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi göstərmişdir. Ölüm haqqında tibbi şəhadətnamə almaq üçün 33 nömrəli şəhər poliklinikasına müraciət etmiş, orada ona arayışla bildirmişlər ki, vəfat etmiş şəxs poliklinikada qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərinin ölüm faktının müəyyən edilməsi üçün onun təqaüdünün sənədləşdirilməsi üçün lazımdır. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.1965-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki,ölüm faktının müəyyən edilməsi həyat yoldaşına Rusiya Federasiyasında alınmalı olacağı təqaüdün rəsmiləşdirilməsi üçün lazımdır. Belə ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Bakı şəhər Təcili və X9 Stansiyası” X20 tərəfindən həyat yoldaşının ölməsinin təsdiq edən məktub rus dilinə tərcümə olunub, RF-na göndərilmiş, lakin oradan ona ölüm şəhadətnaməsinin surətinin təqdim olunmalı olması bildirimiş və bu səbəbdən o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qızıdır. Həqiqətən təsdiq edir ki, atası Mahir Bakı şəhərində yaşadıqları evdə xx.xx.2020-ci il tarixdə vəfat etmiş və o, Masallı rayonunda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki,o, ərizəçinin qonşusudur. Həqiqətən təsdiq edir ki, ərizəsinin həyat yoldaşı Mahir xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. O,yas mərasimində iştirak etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1965-ci il tarixdə Masallı rayonunun Hüseynhacılı kəndində anadan olmuşdur. İş üzrə Masallı rayonu Yeddioymaq kənd soveti tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən X7 ilə X5 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 45 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Nəzərov, arvada Nəzərova soyadı verilmişdir. İş üzrə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətinə əsasən xx.xx.1965-ci il təvəllüdlü Mahir Nəzərov xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ünvan 2 ünvanda müvəqqəti qeydiyyatda olmuşdur. İş üzrə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Bakı şəhər Təcili və X9 Stansiyası” X20 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 67 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17.13-də “103” xidmətinə ünvan 3 ünvanından Mahir Nəzərovun (54 yaş) adına “ölüm” səbəbi çağırış daxil olmuşdur. Çağırışı 3 saylı bölmənin həkimi Aybəniz Əsgərova icra edərək, ünvanda X4 (54 yaş) məxsus meyit ilə rastlaşmış və “Həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu qoymuşdur. Hadisə barədə 8-ci polis bölməsinin əməkdaşı Cəfərliyə məlumat verilmişdir. İş üzrə “Bakı Baş Səhiyyə Mərkəzi” X19 33 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışına əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş ünvan 4 ünvanında qeydiyyatda olmuş X8 33 No-li Şəhər Poliklinikada tibbi qeydiyyatda olmadığına, ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 No-li qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 No-li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ona X3 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş üzrə Masallı rayon İcra Hakimiyyəti Başçısının Öncaqala kənd inzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışına əsasən xx.xx.1965-ci il təvəllüdlü Masallı rayonunun Hüseynhacılı kəndində anadan olmuş X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhum X1 rayonunun Hüseynhacılı kənd qəbistanlığında (xx.xx.2020) dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, baş daşı üzərində “X7 xx.xx.1965 – xx.xx.2020” yazılar qeyd edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi ərinin vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə əri X3 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə təqaüdün sənədləşdirilməsi üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin əri X3 adına xx.xx.2020-ci il tarixdə təcili tibbi yardım stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi M.Nəzərov vəfat etmişdir. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X3 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar