Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-601/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o,xx.xx.1979-cu il tarixdə Bakı şəhəri Əzizbəyov adına doğum evində qız övladı X2 günyaya gətirmişdir. Dekabr aylarında “sətəlcəm” diaqnozu ilə uşağı Qarayev adına uşağ xəstəxanasında, sonra isə 06 saylı uşaq xəstəxanasında müalicə etmişdir. Lakin uşaq sağalmadığı üçün və həkimin məsləhəti ilə uşağı evə gətirmişdir və xx.xx.1980-cı il tarixdə ev şəraitində dünyasını dəyişmişdir. Uşağı Ağsu rayonun qəbirsanlığında dəfn etmişlər. Hal-hazırda uşağın məzar daşı durur. Uşağın ölüm haqqında məlumatı dövlət idarəsinə verməyi unutmuşlar və bu səbəbdən uşağın ölümü dövlət qeydiyyatında keçməmişdir. X1 ölümü qeydiyyata alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona xx.xx.2025-ci il tarixli 3/16/5/7/17/15 saylı məktubla bildirilmişdir ki, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alındığı üçün hazırkı iddia ərizəsinin icrası qeyri-mümkündür. Ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı poliklinikaya müraciət etsə də, mərhumun poliklinikada xəstəliyinə dair məlumatın olmamasından əldə edə bilməmişdir. Ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilməmişdir. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm faktının müəyyən edilməsi ailə üzvlərinə mərhuma dair sənədlərin həll edilməsi üçün zəruridir. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.1979-cu il təvəllüdlü Bakı şəhərində anadan olmuş qızı X1 xx.xx.1980-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, həyat yoldaşı vəfat etdikdən sonra onun təqaüdünü almaq üçün Sosial Müdafiə Fonduna müraciət etmiş, oradan ona 3 sağ övladının olmasını bildirmişlər. O, bildirəndə ki, övladının biri rəhmətə getmişdir, ondan bu barədə sənəd tələb etmişlər. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qaynıdır. Təsdiq edir ki, qardaşının və Yaqutun birinci övladı Günay 1979-cu ildə anadan olub, 8 aylıq olanda xəstəlikdən vəfat etmişdir. Onu Ağsu rayon qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qardaşıdır. Təsdiq edir ki, bacısının ilk uşağı 8 aylıq olduqda, yəni 1980-cı ilin yanvarın 2-də vəfat etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X3, ana qrafasında Ərizəçi göstərilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, baş daşı üzərində “X5 xx.xx.1979 – xx.xx.1980” yazılar qeyd edilmişdir. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ona X1 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi qızının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə qızı X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə vəfat etmiş həyat yoldaşının pensiyasının alınması üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin qızı xx.xx.1979-cu il təvəllüdlü X5 xx.xx.1980-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 xx.xx.1980-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X1 xx.xx.1980-cı ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-601/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-601/2025
04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver