Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-623/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mərhum anası X6 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir. Həmin vaxt X11 çağırsalar da, həkimlər gələndə artıq anası keçinmişdir. Anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə, həmin şöbədən anasının ölümü haqqında akt qeydinin aparılmasından imtina edilmişdir. Belə ki, həmin şöbədən ölüm haqqında tibbi arayış olmadığından faktla bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göründüyü kimi, tələb olunan sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq ərizəçi anası X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, anasının ölüm kağızı ona qeydiyyatda olan ünvandan çıxarılması üçün lazımdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin həyat yoldaşıdır. xx.xx.2021-ci il tarixdə qaynanası Lyubov xanım ona zəng edərək halının pis olmasını bildirmiş, təcili yardım çağırılmış, o, evə gedərkən həkim demişdir ki, vəziyyət pisdir. Həmin günü qaynanası vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qaynanasıdır. X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X7 xx.xx.1947-ci ildə anadan olmuşdur. İş üzrə Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X8, anası X4. İş üzrə Təcili və X5 Stansiyasının 3 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətinə əsasən xx.xx.2021-ci il tarixdə saat 20:00-da ünvan 2 ünvanına X2 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda qadın cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ona X2 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş üzrə Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 38 saylı arayışa əsasən Ərizəçi anası X7 “Qurd Qapısı” qəbirstanlığında xx.xx.2022-ci il tarixdə dəfn olunmuşdur. İş üzrə 1 No-li Şəhər Poliklinikası tərəfindən Səbail rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 449 saylı məktubdan görünür ki, Almaniyanın Beyelits şəhərində anadan olan 1947-ci il təvəllüdlü X7 ünvan 2-də rəhmətə getmişdir. Poliklinikada ambulator kartası olmadığı üçün ölüm haqqında arayış verilməmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi anasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə anası X2 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə onun qeydiyyatda olduğu ünvandan çıxarılması üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin anası X2 adına xx.xx.2021-ci il tarixdə X11 stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi L.Nəsibova vəfat etmişdir. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1947-ci il təvəllüdlü X2 xx.xx.2021-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-623/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-623/2024
07.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver