Məhkəmə qərarları › İş №2(009)-635/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-635/2023

05.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-635/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1947-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, atası X3 02 noyabr 1947-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Atası xx.xx.2023-cü il tarixdə rəhmətə getmişdir. Atasının halı dəyişən kimi X4 çağırmış, lakin Yardımçı Stansiyasının həkimləri gələnə kimi atası dünyasını dəyişmişdir. Bu barədə Yardımçı Stansiyasından müvafiq ölüm haqqında xəbərdarlıq vərəqəsi də verilmişdir. Atası vəfat etdikdən sonra onu Qaradağ rayonu, Lökbatan qəbirstanlığında dəfn etmişlər. Atasının vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixli məktubu ilə ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün atasının adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi göstərmişdir. Ölüm haqqında tibbi şəhadətnamə almaq üçün 1 nömrəli şəhər poliklinikasına müraciət etdi, orada ona arayışla bildirdilər ki, vəfat etmiş şəxs poliklinikada qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi X3 ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı ərizəsində işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. AR MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 05/7-Q-194/23 saylı məktubdan görünür ki, ona X2 ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş materiallarında olan «Bakı Baş Səhiyyə Mərkəzi» Publik Hüquqi şəxsi 1 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli, 51 nömrəli arayışından görünür ki, xx.xx.1947-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olmuş vətəndaş X3 1 nömrəli şəhər poliklinikasında ambulator qeydiyyatda olmadığından ambulator kartası yoxdur və poliklinikaya xəstəliyi ilə əlaqədar heç bir müraciəti olmayıb. X3 haqqında şəhadətnamənin verilməsi poliklinika tərəfindən mümkün deyil. İş materiallarında olan AZE 15815261 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3, xx.xx.1947-ci ildə Mingəçevir şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli Lökbatan qəsəbə məscidi dini icma sədrinin arayışından görünür ki, Ərizəçi atası mərhum X3 21 yanvar 2023-cü ildə vəfat etmiş, Qaradağ rayonu Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Təcili və X1 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 4 ünvana xx.xx.2023-cü il, saat 15.35 radələrində çağırış olub, lakin həkimə qədər 76 yaşlı kişi cinsli X2 meyidi aşkarlanmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum X2 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X2 21 yanvar 2023-cü il tarixdə vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02 noyabr 1947-ci il təvəllüdlü X2 21 yanvar 2023-cü ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar