Məhkəmə qərarları › İş №2(009)-645/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-645/2025

07.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-645/2025 07.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi Ərizəçi və nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə 07 mart 2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il təvəllüdlü X2 xx.xx.1961-ci il tarixdə Yevlax şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin bacısı X5 xx.xx.1960-cı il tarixdə anadan olmuş, xx.xx.1961-ci il tarixdə vəfat etmiş və Yevlax şəhər qəbristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması üçün Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət edilsə də, ona məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsinə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi-vəkili ərizəsinə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir Maraqlı şəxs şəxs lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında akt qeydindən görünür ki, X5 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. X3, anası X4r. Yevlax Bələdiyyəsinin 06 fevral 2025-ci il tarixli arayışında qeyd edilir ki, X5 xx.xx.1960cı il tarixdə anadan olmuş, xx.xx.1961-ci il tarixdə vəfat etmiş və Yevlax şəhər qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, ərizəçini və ailəsini uşaqlıqdan tanıyır. Belə ki, ərizəçinin anası ilə onun anası rəfiqə olmuşdurlar. Ərizəçinin iki qardaşı və iki bacısı olan Sevinc və Mətanət rəhmətə getmişdirlər. Mətanət 19 iyun 1960cı il tarixdə anadan olmuşdur. 1 yaş 2aylıq olarkən xəstəlikdən vəfat etmişdir. Yevlax rayon qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1960-cı il təvəllüdlü X2 xx.xx.1961-ci il tarixdə Yevlax şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Göstərilənlərə əsaslanaraq və AR MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X2 xx.xx.1961-ci il tarixdə Yevlax şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X5 barədə ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar