Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-649/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə 01.11.2010-cu ildə ailə qurmuşdur. Aralarında münasibətləri korlandığı üçün Suraxanı rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(010)-272/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Hələ nikahları pozulmamışdar bir qədər öncə cavabdeh ilə ailə münasibətləri kəskinləşdiyi üçün onlar birlikdə yaşamırlar. Lakin cavabdeh onu evdən çıxararkən ona aid qızıl-zinət əşyalarını ona verməmişdir. Ona aid qızıl zinət əşyaları cavabdehdə qalmışdır. Qızıl-zinət əşyalarının ona qaytarılması ilə bağlı o, Mediasiya Şurasına müraciət edərək həmin məsələni könüllü qaydada aralarında həll etmək istəsə də, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyi üçün həmin problemin həlli mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun cavabdehdə qalmış qızıl-zinət əşyaları aşağıdakılardır: 1. Qızıl üzük - 200 manat; 2. Qızıl üzük – 250 manat; 3. Qızıl üzük – 300 manat; 4. Qızıl üzük – 300 manat; 5. Sırğa – 800 manat; 6. Qolbağ – 1000 manat; 7.Kolye – 1500 manat,ümumilikdə 4350 manat dəyərində olan qızıl-zinət əşyalarının cavabdehdən alınıb ona verilməsini xahiş edir. Beləliklə, qeyd olunan əşyalar onun ayrıca mülkiyyəti hesab olunur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh Allahverdiyev iİlkin Əli oğlunda qalmış aşağıda qeyd edilən iddiaçıya məxsus qızıl-zinət əşyalarının: 1. Qızıl üzük - 200 manat; 2. Qızıl üzük – 250 manat; 3. Qızıl üzük – 300 manat; 4. Qızıl üzük – 300 manat; 5. Sırğa – 800 manat; 6. Qolbağ – 1000 manat; 7.Kolye – 1500 manat,ümumilikdə 4350 manat dəyərində olan cehiz əşyalarını və ödənilmiş 64 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, iddia ərizəsində 7 adda göstərdiyi qızı-zinət əşyalarından qiyməti 200 manat və 250 manat olan üzüklər,qiyməti 800 manat olan sırğa, qiyməti 1000 manat olan qolbaq və qiyməti 1500 manat olan kolye birgə nikahda olduğu vaxt, nikahları pozulmamışdan 3-4 il əvvəl, cavabdeh tərəfindən ondan xəbərsiz və onun razılığı olmadan satılmış, lombarda qoyub pul götürmüşdür. Valideynləri İlkinə qızılı nəyə görə satdığını dedikdə, şəxsi işləri ilə bağlı borcu olduğunu demişdir. Cavabdehgildən uşaqları ilə birlikdə çıxdığı zaman isə qiyməti 300 manat olan nişan üzüyü və qiyməti 300 manat olan komplektinin üzüyü həmin evdə qalmış, ona verməmişlər. Cavabdeh ona satdığı qızıl-zinət əşyalarının əvəzinə ona yeni zinət əşyalarının alacağını bildirsə də, bunu etməmişdir. Cavabdehin maddi vəziyyəti yaxşı olmamış, cavabdehin ailəsi tərəfindən onların aylıq təminatı təmin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə Suraxanı rayon Məhkəməsinin 2(010)-272/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində 01.12.2010-cu ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1528 No-si ilə qeyd edilmiş nikahın pozulması, 11.09.2011-ci il təvəllüdlü X1 və 22.06.2014-cü il təvəllüdlü X4 boşanmadan sonra İddiaçı yanında qalmaları, Cavabdeh İddiaçı xeyrinə 11.09.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 manat və 22.06.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 manat məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəli 31.08.2020-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh ödənilmiş 20 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. İş üzrə Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 12.01.2022-ci il tarixli arayışından görünür ki, Allahverdiyeva Aygün Arif qızı tərəfindən təsvir edildiyi kimi “alimentin artırılması, qızıl-zinət əşyalarının geri qaytarılması” tələbi ilə bağlı mübahisə üzrə 12.01.2022-ci il tarixdə 15.00-16.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər (maddə 135.4). Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. (maddə 135.5) Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. AR Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər-birinin əmlakıdır).Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olunmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də ər-ərvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. AR Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər-birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 01.12.2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və tərəflərin birgə nikahdan yetkinlik yaşına çatmayan 11.09.2011-ci il təvəllüdlü X3 və 22.06.2014-cü il təvəllüdlü X4 adlı uşaqları var. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, cavabdehdən uşaqların saxlanılması üçün sabit pul məbləğində hər uşağa görə 170 manat aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya hədiyyə şəklində mübahisəli qızıl-zinət əşyaları verilmiş, qızıl-zinət əşyalarının bir hissəsi birgə nikah dövründə cavabdeh tərəfindən satılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı cavabdehlə birgə yaşadığı evdən gedərkən ona məxsus qızıl-zinət əşyalarının özü ilə apara bilməmiş və cavabdeh həmin əşyalarının ona verilməsini imtina etmişdir. Bu səbəbdən iddiaçı ona məxsus olan qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, iddia ərizəsində tələb olunan əmlaklardan qiyməti 200 manat və 250 manat olan üzüklər,qiyməti 800 manat olan sırğa, qiyməti 1000 manat olan qolbaq və qiyməti 1500 manat olan kolye birgə nikahda dövründə tərəflər arasında olan nikah pozulmamışdan 3-4 il əvvəl cavabdeh tərəfindən satılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə birgə yaşadığı evdən çıxıb gedərkən hər birinin qiyməti 300 manat olan 2 ədəd qızıl üzük iddiaçıya verilmədiyindən, həmin əmlakların cavabdehdən tutulması hissəsində iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin digər qızıl-zinət əşyalarının cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı etiraf etmişdir ki, həmin qızıl-zinət əşyaları birgə nikahda olduqları və birgə yaşadıqları vaxt, nikahları pozulmamışdan 3-4 il əvvəl cavabdeh tərəfindən satılmışdır. Məhkəmə tərəflərin birgə yaşadıqları və birgə təsərrüfat apardığı vaxt həmin qızıl-zinət əşyaları özgəninkiləşdirildiyini, iddiaçı tərəfindən isə özgəninkiləşdirilmiş əmlaklara görə əldə olunan pul vəsaitinin ümumi təsərrüfat xərclərinə deyil, cavabdehin öz şəxsi mənafeyi üçün xərclənməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərarında formalaşan hüquqi mövqeyinə görə ədalət mühakiməsi faktlar əsasında və qanuna müvafiq keçirilməli, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Göründüyü kimi Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhz həmin mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, cavabdeh vurulmuş ziyan məbləğinin sığorta təşkilatı tərəfindən ondan tələb olunan məbləğdən az olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq olunan sübutlar əsasında qaldırılan iddianın qismən əsaslı olması müəyyən edildiyindən, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən alınaraq iddiaçıya verilməli olan əmlaklar mövcud olmadığı halda onların dəyəri cavabdehdən tutulmalıdır. AR MPM-nin 222.1-ci maddəsinə əsasən isə məhkəmə əmlakı natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən əsaslı hesab olunduğu üçün ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalı və bu məbləğ 30 manat təşkil etməlidir. Ödənilmiş dövlət rüsumunun digər hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə aşağıdakı əmlaklar natura şəklində tutulsun:
1. Dəyəri 300 (üç yüz) manat olan qızıl üzük;
2. Dəyəri 300 (üç yüz) manat olan qızıl üzük. AR MPM-nin 222.1-ci maddəsinə əsasən qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar mövcud olmazsa Cavabdeh İddiaçı xeyrinə mövcud olmayan əmlakların dəyəri tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev