Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-665/2025 15.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndə və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8, X7, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi və Azərbaycan Respublikası DİN Binəqədi rayon Polis İdarəsi cəlb olunmaqla) Cavabdeh qarşı avtomobilin geri qaytarılması və ya dəyərinin pulla ödənlməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 iyun 2009cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nin İmtahan Qeydiyyat İdarəsində AB197518 seriya və nömrəli qeydiyyat şəhadətnaməsi ilə onun adına xüsusi mülkiyyət kimi qeydə alınmış “Hyundai Tucson” minik markalı, AZ **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin (mühərrik nömrəsi:G4GC8345291, ban nömrəsi:KMHU81889U017184, buraxılış ili-2008, rəngi qara) cavabdeh X3 alınaraq ona verilməsi, həmin avtomobilin cavabdehdən naturada alınması mümkün olmadığı halda isə onun dəyərinin onun xeyrinə pulla ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “Hyundai Tucson” minik markalı AZ **-FN- *** dövlət qeydiyyat nişanlı avtomobil (mühərrik nömrəsi: G4GC8345291, ban nömrəsi: KMHUM81889U017184, buraxılış ili 2008, rəngi - qara) xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nin İmtahan Qeydiyyat İdarəsində onun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır (qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi: AB197518). 10 fevral 2011-ci il tarixdə Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş baş Etibarnamə əsasında həmin avtomobili oğlu X2 etibarnamə üzrə səlahiyyətləri başqa şəxsə verə biləcəyi hüququ ilə etibar etmişdir. Həyat yoldaşı Kamranın dostu X8 öz avtomobili təmirdə olduğu üçün həyat yoldaşından ona məxsus olan həmin avtomobili müvəqqəti istifadə üçün ona verməsini xahiş etmiş, etibarnamə əsasında onun adından çıxış edən oğlu Ayxan Mahmudzadə də buna etiraz etməyərək, 11 iyul 2015-ci il tarixdə, Bakı şəhəri 43 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş etibarnamə ilə müvəqqəti idarə etmək üçün X6 etibar etmişdir. Onu da qeyd edir ki, X8 həmin etibarnamə üzrə səlahiyyətləri başqa şəxslərə verə bilməzdi. Bir müddət keçdikdən sonra onlar cavabdehin öz maşınını təmir etdirərək, sürdüyünü gördükdə maşınının qaytarmasını xahiş etdi, lakin dəfələrlə xahiş etdiyinə baxmayaraq, o, müxtəlif bəhanələrlə maşınını qaytarmaqdan yayınmış və onu indiyə qədər qaytarmamışdır. Sonradan onlara məlum oldu ki, cavabdeh onların xəbəri və razılığı olmadan, 13 iyul 2015-ci il tarixdə, Bakı şəhəri 21 saylı notariat kontorunda rəsmiləşdirilmiş etibarnamə ilə onun avtomobilini istifadə etmək üçün tanımadığı X4 etibar etmişdir. Onun müraciəti əsasında, 22 fevral 2017-ci il tarixdə, Bakı şəhəri 21 saylı notariat kontorunda avtomobilini istifadə etmək üçün X8 tərəfindən X4 verilmiş 13 iyul 2015-ci il tarixli etibarnamə ləğv edilmiş və notariat kontoru tərəfindən həmin tarixdə 92 nömrəli məktubla bu barədə Azərbaycan Respublikası DİN BDYPİ-nə məlumat verilmişdir. Avtomobil ona qaytarılmadığı üçün tərəfindən müxtəlif instansiyalara çoxsaylı müraciətlər edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Belə ki, oğlu X1 təkrar müraciətinə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 16 fevral 2024-cü il tarixli, 3-13-16/2-M-24566 saylı məktubla da oxşar, eyni məzmunlu cavab verilmişdir. Cavabdeh X5 ünvanı onlara Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 7A, mənzil 38 kimi məlum olduğuna görə, 30 avqust 2024-cü il tarixdə, cavabdehə qarşı hazırkı tələbə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdi. Lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 02 sentyabr 2024-cü il tarixli, 2(005)-3745/2024 saylı qərardadla həmin iddia ərizəsini geri qaytarmış və həmin qərardadda göstərmişdir ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, cavabdeh X5 qeydiyyat ünvanı ünvan 2anıdır, lakin iddia ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilmişdir. Ona görə də, adı çəkilən qərardadla məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin iddia ərizəsini əlavə olunan sənədlərlə birlikdə geri qaytarmış və qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmişdir. Ona məxsus həmin avtomobilin cavabdeh tərəfindən indiyə qədər əsassız olaraq qaytarılmaması və hazırda kiminsə tərəfindən qanunsuz idarə olunması, həmçinin dövlət yol polisi əməkdaşlarının hərəkətsizliyi, qətiyyətsizliyi, laqeydliyi səbəbindən mülkiyyət hüquqlarım kobud şəkildə pozulmuş və hazırda da pozulmaqdadır. Bu səbəbdən cavabdehə qarşı avtomobilin geri qaytarılması, bu mümkün olmadığı halda isə, dəyərinin pulla ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, onun cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş və “Hyundai Tucson” minik markalı AZ **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin onda olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, “Hyundai Tucson” minik markalı AZ **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin onda olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8, X7, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi və Azərbaycan Respublikası DİN Binəqədi rayon Polis İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işə baxıb, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia tələbinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Binəqədi Rayon Polis İdarəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-46/2-M-150233/11 nömrəli məktubdan görünür ki, DİN Baş DYP İdarəsinin Mərkəzi İnformasiya Sisteminə baxış zamanı müəyyən edilmişdir ki, “Hyundai Tucson” minik markalı AZ **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2009-cu il tarixdə DİN BDYPİ-nin imtahan Qeydiyyat İdarəsində vətəndaş İddiaçı adına qeydiyyata alınmış və idarə olunması üçün xx.xx.2023cü il tarixdə vətəndaş X4 etibar edilmiş qeyd olunan etibarnamə isə xx.xx.2017-ci il tarixdə ləğv edilmiş, eləcə də saxlanılması barədə məlumatlar mövcuddur. Binəqədi RPİ DYPŞnin YPX əməkdaşları Hyundai Tucson” minik markalı AZ **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandırılması barədə barədə müvafiq qaydada təlimatlandırılmışlar. Axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu halda əlavə məlumat veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-16/2-M-24566 nömrəli məktubdan görünür ki, həmin avtomobillərin qanunsuz idarə olunması ilə əlaqədar dövlət yol polisinin şəxsi heyəti təlimatlandırılmışdır. Müsbət nəticə əldə olunarsa əlavə məlumat veriləcəkdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə, mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən İddiaçı Cavabdeh qarşı avtomobilin qaytarılması tələbini irəli sürməkdə haqlıdır. Belə ki, hazırda tərəflər arasında müqavilə münasibətləri, yaxud müqavilə öhdəliyinin icra edilməməsi halı yoxdur. İddiaçının tam əşya hüququ olan mülkiyyət hüququ pozulduğundan tələbin həllinə bu prizmadan yanaşılmalıdır. Məhkəmə iclasında tərəflərin izahatları və iş materiallarında olan sübutların tədqiqi ilə müəyyən olundu ki, “Hyundai Tucson” minik markalı, AZ **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və cavabdeh heç bir qanuni əsas olmadan həmin avtomobili götürərək iddiaçıya qaytarmaqdan imtina edir. Beləliklə, iddiaçıya məxsus avtomobilə münasibətdə iddiaçının mülkiyyət hüququ cavabdeh tərəfindən pozulur. Belə sahiblik hüquqən tanınan sahiblik haqqı olmadığından qanunsuz sayılır. Odur ki, hazırkı işdə mülkiyyətin müdafiəsinin hüquqi əsaslarını nəzərdə tutan MM-in 157.2-ci maddəsinin zəruri dispozisiya şərtləri müəyyən edildiyindən, iddiaçının öz əmlakını cavabdehin qanunsuz sahibliyindən tələb etməsi haqlı sayılmalı və sözügedən avtomobil cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus “Hundai Tucson” minik markalı ** FN *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-665/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-665/2025
15.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver