Məhkəmə qərarları › İş №2(009)-684/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-684/2023

16.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-684/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış 17 iyun 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə 27 iyun 2014cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri Yasamal rayonu qediyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 527 saylı qeyd edilmişdir. Birgə nikahdan tərəflərin bir övladı, 20 mart 2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. 17 iyun 2022-ci il tarixli tərəflər arasında “Barışıq sazişi” bağlanılmışdır. Həmin sazişə əsasən, yuxarıda qeyd edilən nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X2 anasının himayəsində qalması, uşaqla ünsiyyət, uşağın saxlanması üçün aliment, uşağın tərəfin biri ilə ölkə xaricinə çıxarılması razılığın verilməsi və əmlak bölgüsü mübahisə predmetləri üzrə barışıq əldə edilmiş və mediator X4 tərəfindən təsdiq etməklə qüvvəyə minmişdir. Sazişin qüvvəyə mindiyi tarixdən bu günə kimi Maraqlı şəxs Hafıq oğlu tərəfindən icra edilmir. Belə ki, aşağıdakı öhdəliklər icra edilmir:

1. Uşağın anasının himayəsində qalması.

2. Maraqlı şəxsin uşağın saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay ərizəçinin təqdim etdiyi müvafiq bank kartına və ya bank hesabına 1,500 (bir min beş yüz) ABŞ dolları məbləğindən alimentin ödənilməsi.

3. Notariat təsdiqi yazılı razılıq olmadan uşağın tərəfin hər hansı biri ilə ölkə xaricinə çıxarılması Odur ki, yuxarıda qeyd olunanları və Barışıq Sazişində nəzərdə tutulmuş şərtlərini rəhbər tutaraq, öhdəliklərinin könüllü icra etməyi barədə xahiş ərizəsi Maraqlı şəxs 15 fevral 2022-ci il tarixdə göndərilmiş və ərizə çatdırıldığı gündən 7 (yeddi) gün ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədiyi və ya barışıq sazişinin könüllü icrasından imtina olunduğu halda mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəsi ilə yanaşı, maddi zərərə görə dəymiş itkilərin və məhkəmə xərclərinin ödənilməsi xahişi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı barədə rəsmi ərizə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər, lakin nümayəndəsi və vəkili Vəkil ərizə ünvanlayaraq göstərmişdir ki, hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, hüquqlarını müdafiə etdiyi Maraqlı şəxs Hafıq oğlu Bakı şəhər Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək hazırki iş üzrə təsdiq edilməsi tələb edilən barışıq sazişinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. (İddia ərizəsinin qeydiyyat nömrəsi: İE(005)- 55494/2023). Ona görə də, qanunvericiliyin tələblərinə əsasən Məhkəmə hazırki iş üzrə ərizənin baxılmamış saxlanılması ilə bağlı qərardad qəbul etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Yuxarıda qeyd edilənlərə əsasən hazırki iş üzrə Ərizəçi ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ilk öncə Maraqlı şəxs nümayəndəsinin ərizəsinə münasibət bildirərək qeyd edir ki, maraqlı şəxs sazişi mübahisələndirməsinə dair Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsini göstərsə də, ərizənin icraata qəbul edilməsini təsdiq edən sübut növü məhkəməyə təqdim etməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər Maraqlı şəxs (Birinci tərəf) və Ərizəçi (İkinci tərəf) – arasında Bakı şəhəri, Yasamal rayonu qeydiyyat şöbəsində nikahın bağlanması akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 527 N-li qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il tarixində X1 şəhərində anadan olan X2 (bundan sonra uşaq) anasının himayəsində qalması, uşaqla ünsiyyət, uşağın saxlanması üçün aliment ödənişi və əmlak bölgüsü barədə razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş Ərizəçi Maraqlı şəxs ünvanladığı ərizədən görünür ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəsi ilə yanaşı, maddi zərərə görə dəymiş itkilərin və məhkəmə xərclərinin ödənilməsi xahişi ilə məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, tərəflər Maraqlı şəxs (Birinci tərəf) və Ərizəçi (İkinci tərəf) arasında 17 iyun 2022-ci il tarixdə barışıq sazişi bağlanmış və aşağıdakı şərtlər barədə saziş imzalanmışdır: Maddə 1. Mübahisənin qısa təsviri 1.1. Tərəflər arasında Bakı şəhəri, Yasamal rayonu qeydiyyat şöbəsində nikahın bağlanması akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 527 NMi qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il tarixində X1 şəhərində anadan olan X2 (bundan sonra uşaq) anasının himayəsində qalması, uşaqla ünsiyyət, uşağın saxlanması üçün aliment ödənişi və əmlak bölgüsü. Maddə 2. Barışığın şərtləri 2.1. Birinci tərəf Saziş imzalandıqdan sonra 250 (iki yüz əlli) manat məbləğində vəsaitin ödənilməsini təmin edir. 2.2. Saziş ilə Tərəflərin üzərinə götürdüyü öhdəliklər: 2.2.1. Tərəflər: - Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsində nikahın bağlanması akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 527 N-li qeyd ilə bağlanmış nikahın davam etdirilməməsini və pozulmasını - Birinci tərəfin nikahın pozulması üçün müvafiq qaydada məhkəməyə müraciət etməsini, - uşağın İkinci tərəfin himayəsində qalmasını, - uşağın mənafeyinin hərtərəfli müdafiəsini və xoşbəxt həyatının təmin edilməsini; - Birinci tərəfin uşağın saxlanması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay İkinci tərəfin təqdim etdiyi müvafiq bank kartına və ya bank hesabına 1,500.00 (bir min beş yüz) ABŞ dolları aliment ödənişini, - Birinci tərəfin həftənin istənilən günündə uşaqla ünsiyyətini, - Azərbaycan Respublikası Ailə Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqlarından uşaqların maraqlarına zidd olan hallar istisna olmaqla istifadə edilməsini, - uşağın ad günlərində, şənliklərində və digər tədbirlərində birlikdə iştiraklarını, - uşaqla bağlı münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurulmasını, uşağın rifahı üçün birgə fəaliyyət göstərilməsini, uşağın inkişafı üçün əlverişli şəraitin yaradılmasını və onun sağlamlığının qayğısına qalmasını, - notariat təsdiqli yazılı razılıq olmadan uşağın tərəfin hər hansı biri ilə ölkə xaricinə çıxarılmasını, - digər tərəfin - 1-ci dərəcəli yaxın qohumlarının uşaqla (uşağın şəxsiyyət kimi formalaşmasında böyük amil göstərən məktəbəqədər və tam orta təhsil müəssisəsində dərs saatları, istisna olmaqla) ünsiyyətinin birinci və ya ikinci tərəfi əvvəlcədən məlumatlandırmaqla qurulmasını, - hər iki tərəf valideyinlik hüquqlarını həyata keçirməsi zamanı uşaqların mənəvi inkişafına, fiziki və psixoloji sağlamlığına xələl yetirməməsini, - birgə nikah dövründə əldə edilmiş Birinci tərəfin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli, 99.5 kv.m yaşayış, 781.09 kv.m köməkçi, cəmi ümumi sahəsi 860.59 kv.m olan fərdi yaşayış evi (reyestr nömrəsi **********37- 10301) (bundan sonra - əmlak) üzərində hər birinə 1/2 payın ayrılmasını, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasını, paylı mülkiyyətçi kimi əmlaka birgə sərəncam verilməsini, - Əmlakın paylı mülkiyyətçilərdən birinin razılığı olmadan satılmamasını, razılıq olduğu təqdirdə satışdan əldə olunacaq vəsait yarıya bölünməklə hər birinə aid bank hesabına köçürülməsini və ya bankdan nağd qaydada alınmasını, - Əmlakla bağlı çəkilən bütün xərclərin Birinci tərəfin qarşılamasını. 2.2.2.1 Birinci tərəf; - uşağın tərbiyəsini və təhsilini, eləcə də digər məsələlərini ata-ana hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq həll edir, - valideyinlik hüquqlarını həyata keçirməsi zamanı uşağın mənəvi inkişafına, fiziki və psixoloji sağlamlığına xələl yetirmir, - Valideynlik hüquqlarını həyata keçirərkən uşağın hüquq və mənafeyinə ziyan vurarsa qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 2.2.1.2. İkinci tərəf; - uşağın tərbiyəsini və təhsilini, eləcə də digər məsələlərini ata-ana hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq həll edir, - valideyinlik hüquqlarını həyata keçirməsi zamanı uşağın mənəvi inkişafına, fiziki və psixoloji sağlamlığına xələl yetirmir, - Valideynlik hüquqlarını həyata keçirərkən uşağın hüquq və mənafelərinə ziyan vurarsa qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir- birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 2.7. Aşağıdakı mövcud təminat və üstünlük hüquqları, o cümlədən, girov, ipoteka, mülkiyyət və zaminlik hüquqları qüvvədə qalır: Yoxdur. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu, iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5. yaxın qohumlara; 3.4.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Həmçinin müəyyən edilmişdir ki, Maraqlı şəxs sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri könüllü icra etmir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3526/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Məmmədova (Humani) Nərmin Əliəsgər qızı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və 527 nömrə ilə Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 anası Ərizəçi yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi Əiiəsgər qızının xeyrinə hər ay 1500 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qeyd olunan qətnamənin icra edilməsi üçün alimentin tutulması hissəsində 03 oktyabr 2022-ci il tarixində, qətnamə qanuni qüvvəyə mindikdən sonra isə nikahın pozulması və uşağın ananın yanında saxlanılması hissələrində 09 mart 2023-cü il tarixində icra sənədləri verilmişdir. Məhkəmə tərəflər arasında bağlanmış 17 iyun 2022-ci il tarixli barışıq sazişinin “nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 anası Ərizəçi yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay 1500 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) sabit pul məbləğində alimentin ödənilməsi” hissələrinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə münasibət bildirildiyini və həmin qətnamənin icraya yönəldiyini nəzərə alaraq, xüsusi icraat çərçivəsində hazırki barışıq sazişinin təsdiq edilməsini mümkün hesab etmir. Odur ki, tərəflər arasında bağlanmış 17 iyun 2022-ci il tarixli barışıq sazişinin “nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 anası Ərizəçi yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay 1500 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) sabit pul məbləğində alimentin ödənilməsi” hissələrinin təsdiq edilməsindən imtina edilməlidir. Məhkəmə sazişin təsdiq edilməsindən imtina olunan hissəsinin sazişin digər hissələri ilə bağlı olmadığını nəzərə alaraq sazişin digər hissələrdə təsdiq edilməsi ərizəsinə baxılmasını mümkün hesab edir. Barışıq sazişinin digər hissələrinə münasibət bildirərək məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə qanunvericiliyinə müvafiq olaraq müxtəlif məsələlər üzrə ər-arvad, eləcə də valideynlər uşaqları ilə bağlı məsələlərə dair öz aralarında saziş bağlamaq hüququna malikdirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 17 iyun 2022-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilə bilər. 2.2. Saziş ilə Tərəflərin üzərinə götürdüyü öhdəliklər: 2.2.1. Tərəflər: - Uşağın mənafeyinin hərtərəfli müdafiəsini və xoşbəxt həyatının təmin edilməsini; - Birinci tərəfin həftənin istənilən günündə uşaqla ünsiyyətini, - Azərbaycan Respublikası Ailə Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqlarından uşaqların maraqlarına zidd olan hallar istisna olmaqla istifadə edilməsini, - uşağın ad günlərində, şənliklərində və digər tədbirlərində birlikdə iştiraklarını, - uşaqla bağlı münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurulmasını, uşağın rifahı üçün birgə fəaliyyət göstərilməsini, uşağın inkişafı üçün əlverişli şəraitin yaradılmasını və onun sağlamlığının qayğısına qalmasını, - notariat təsdiqli yazılı razılıq olmadan uşağın tərəfin hər hansı biri ilə ölkə xaricinə çıxarılmasını, - digər tərəfin - 1-ci dərəcəli yaxın qohumlarının uşaqla (uşağın şəxsiyyət kimi formalaşmasında böyük amil göstərən məktəbəqədər və tam orta təhsil müəssisəsində dərs saatları, istisna olmaqla) ünsiyyətinin birinci və ya ikinci tərəfi əvvəlcədən məlumatlandırmaqla qurulmasını, - hər iki tərəf valideyinlik hüquqlarını həyata keçirməsi zamanı uşaqların mənəvi inkişafına, fiziki və psixoloji sağlamlığına xələl yetirməməsini, - birgə nikah dövründə əldə edilmiş Birinci tərəfin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli, 99.5 kv.m yaşayış, 781.09 kv.m köməkçi, cəmi ümumi sahəsi 860.59 kv.m olan fərdi yaşayış evi (reyestr nömrəsi **********37- 10301) (bundan sonra - əmlak) üzərində hər birinə 1/2 payın ayrılmasını, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasını, paylı mülkiyyətçi kimi əmlaka birgə sərəncam verilməsini, - Əmlakın paylı mülkiyyətçilərdən birinin razılığı olmadan satılmamasını, razılıq olduğu təqdirdə satışdan əldə olunacaq vəsait yarıya bölünməklə hər birinə aid bank hesabına köçürülməsini və ya bankdan nağd qaydada alınmasını, - Əmlakla bağlı çəkilən bütün xərclərin Birinci tərəfin qarşılamasını. 2.2.2.1 Birinci tərəf; - uşağın tərbiyəsini və təhsilini, eləcə də digər məsələlərini ata-ana hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq həll edir, - valideyinlik hüquqlarını həyata keçirməsi zamanı uşağın mənəvi inkişafına, fiziki və psixoloji sağlamlığına xələl yetirmir, - Valideynlik hüquqlarını həyata keçirərkən uşağın hüquq və mənafeyinə ziyan vurarsa qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 2.2.1.2. İkinci tərəf; - uşağın tərbiyəsini və təhsilini, eləcə də digər məsələlərini ata-ana hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq həll edir, - valideyinlik hüquqlarını həyata keçirməsi zamanı uşağın mənəvi inkişafına, fiziki və psixoloji sağlamlığına xələl yetirmir, - Valideynlik hüquqlarını həyata keçirərkən uşağın hüquq və mənafelərinə ziyan vurarsa qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir- birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilsin. 2.2. Saziş ilə Tərəflərin üzərinə götürdüyü öhdəliklər: 2.2.1. Tərəflər: - uşağın mənafeyinin hərtərəfli müdafiəsini və xoşbəxt həyatının təmin edilməsini; - Birinci tərəfin həftənin istənilən günündə uşaqla ünsiyyətini, - Azərbaycan Respublikası Ailə Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqlarından uşaqların maraqlarına zidd olan hallar istisna olmaqla istifadə edilməsini, - uşağın ad günlərində, şənliklərində və digər tədbirlərində birlikdə iştiraklarını, - uşaqla bağlı münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurulmasını, uşağın rifahı üçün birgə fəaliyyət göstərilməsini, uşağın inkişafı üçün əlverişli şəraitin yaradılmasını və onun sağlamlığının qayğısına qalmasını, - notariat təsdiqli yazılı razılıq olmadan uşağın tərəfin hər hansı biri ilə ölkə xaricinə çıxarılmasını, - digər tərəfin - 1-ci dərəcəli yaxın qohumlarının uşaqla (uşağın şəxsiyyət kimi formalaşmasında böyük amil göstərən məktəbəqədər və tam orta təhsil müəssisəsində dərs saatları, istisna olmaqla) ünsiyyətinin birinci və ya ikinci tərəfi əvvəlcədən məlumatlandırmaqla qurulmasını, - hər iki tərəf valideyinlik hüquqlarını həyata keçirməsi zamanı uşaqların mənəvi inkişafına, fiziki və psixoloji sağlamlığına xələl yetirməməsini, - birgə nikah dövründə əldə edilmiş Birinci tərəfin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli, 99.5 kv.m yaşayış, 781.09 kv.m köməkçi, cəmi ümumi sahəsi 860.59 kv.m olan fərdi yaşayış evi (reyestr nömrəsi **********37- 10301) (bundan sonra - əmlak) üzərində hər birinə 1/2 payın ayrılmasını, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasını, paylı mülkiyyətçi kimi əmlaka birgə sərəncam verilməsini, - Əmlakın paylı mülkiyyətçilərdən birinin razılığı olmadan satılmamasını, razılıq olduğu təqdirdə satışdan əldə olunacaq vəsait yarıya bölünməklə hər birinə aid bank hesabına köçürülməsini və ya bankdan nağd qaydada alınmasını, - Əmlakla bağlı çəkilən bütün xərclərin Birinci tərəfin qarşılamasını. 2.2.2.1 Birinci tərəf; - uşağın tərbiyəsini və təhsilini, eləcə də digər məsələlərini ata-ana hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq həll edir, - valideyinlik hüquqlarını həyata keçirməsi zamanı uşağın mənəvi inkişafına, fiziki və psixoloji sağlamlığına xələl yetirmir, - Valideynlik hüquqlarını həyata keçirərkən uşağın hüquq və mənafeyinə ziyan vurarsa qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 2.2.1.2. İkinci tərəf; - uşağın tərbiyəsini və təhsilini, eləcə də digər məsələlərini ata-ana hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq həll edir. - valideyinlik hüquqlarını həyata keçirməsi zamanı uşağın mənəvi inkişafına, fiziki və psixoloji sağlamlığına xələl yetirmir. - Valideynlik hüquqlarını həyata keçirərkən uşağın hüquq və mənafelərinə ziyan vurarsa qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Tərəflər arasında bağlanmış 17 iyun 2022-ci il tarixli barışıq sazişinin “nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 anası Ərizəçi yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay 1500 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) sabit pul məbləğində alimentin ödənilməsi” hissələrinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar