Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-722/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun X1 xx.xx.2021-ci il tarixdə rəhmətə getmişdir. Oğlunun halı dəyişən kimi 3 saylı X13 çağırdılar, lakin 3 saylı Yardımçı Stansiyasının həkimləri gələnə kimi oğlu dünyasını dəyişmişdir. Bu barədə 3 saylı Yardımçı Stansiyasından müvafiq arayış da verilmişdir. Oğlu vəfat etdikdən sonra onu Biləcəri 2 saylı qəbiristanlığında dəfn etmişlər. Oğlunun vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi xx.xx.2021-ci il tarixli məktubu ilə ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün oğlunun adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməsi göstərmişdir. Ölüm haqqında tibbi şəhadətnamə almaq üçün 2 nömrəli şəhər poliklinikasına müraciət etmiş, oradan ona arayışla bildirmişlər ki, vəfat etmiş şəxs poliklinikada qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Oğlunun ölüm faktının müəyyən edilməsi onun avtomobilinin qeydiyyatdan çıxarılması üçün lazımdır. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.1974-cü il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, ölüm kağızı dəfn xərcinin alınması və mərhumun qeydiyyatdan çıxarılması üçün lazımdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun anasıdır. Rəhmətə gedən Elşən Kazımov onun qardaşı olmuşdur. Qardaşı xx.xx.2021-ci il tarixdə rəhmətə getmiş və və Biləcəri 2 saylı qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o ərizəçinin həm qohumu, həm qonuşudur. Elşən Kazımov xx.xx.2021-ci ildə rəhmətə getmiş və onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X6 xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. İş üzrə xx.xx.1974-cü il tarixli doğum haqqında şəhadətnamənin kserosurətinə əsasən X6 xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X3, ana qrafasında Ərizəçi göstərilmişdir. İş üzrə Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının 3 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinin kserosurətinə əsasən xx.xx.2021-ci il tarixdə saat 18:35-də ünvan 1 ünvanına X2 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda kişi cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə 2 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışından görünür ki, 1974-cü il təvəllüdlü X6 xx.xx.2021-ci il tarixdə saat 18.35 radələrində yaşadığı ünvan 2 mənzil 2 ünvanında rəhmətə getmişdir. Mərhum E.Kazımov 1990-cı ildən 2 nömrəli Şəhər Poliklinikasının qeydiyyatında olmuşdur. 2001-ci ildən 3 nömrəli VƏD-də “sol ağciyərin vərəmi” diaqnozu ilə qeydiyyata alınmışdır. Son 10 ildə X6 poliklinikaya müraciət etməmişdir. Ona görə də ölüm haqqında arayış verə bilmirlər. İş üzrə Səbail raon MKTB-nin 58 saylı MKİS tərəfindən verilmiş 42 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, 2-ci M.Hüseyn döngəsi, 4 saylı evin, 2 saylı mənzilində pasport qeydiyyatındadır. X1 xx.xx.2021-ci ildə vəfat edib. Dəfn xərcini anası X4 çəkmişdir. İş üzrə Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli A-70 saylı arayışından görünür ki, X6 xx.xx.2021-ci il tarixdə 2 saylı qəbirstanlığında dəfn olunmuşdur. İş üzrə Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ona X1nun ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi oğlunun vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə X1nun ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə mərhumu qeydiyyatdan çıxarmaq və dəfn xərci almaq üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin X1nun adına xx.xx.2021-ci il tarixdə təcili tibbi yardım stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi E.Kazımov vəfat etmişdir. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadəsi ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X2 xx.xx.2021-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-722/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-722/2021
09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver