Məhkəmə qərarları › İş №2(009)-74/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-74/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-74/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili X7, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı (X20, X28, Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edildiyi) «mənzildən çıxarılma və onun həmin mənzilə köçürülməsi» tələbinə ilkin iddia üzrə, Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh – cavabdeh İddiaçı Müseyib qızına qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı (X20, X28, Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edildiyi) «mənzildən çıxarılma və onun həmin mənzilə köçürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 73 kv.m olan mənzildən Cavabdeh çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 31 avqust 1959-cu ildə Ermənistan Respublikasının Allahverdi şəhərində anadan olmuşdur. Məlum hadisələr zamanı, yəni 1988-ci ildə ailə üzvləri ilə birlikdə Ermənistandan qaçqın düşərək Bakı şəhərində məskunlaşmışlar. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 1992-ci il tarixli, 5535 nömrəli Sərəncamı ilə ona 4 nəfər ailə üzvü ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınmışlar. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli Sərəncamı ilə ona ailə üzvləri ilə birlikdə Fərman Qurbanov küçəsi, 12 saylı evin, 31/32 saylı mənzilinə order yazılmışdır. 2009-cu ilin sonlarında mənzilin yerləşdiyi Fərman Qurbanov küçəsi, 12 saylı evdə qəzalı vəziyyət yarandığı üçün Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları evə baxış keçirərək mənzilin boşaldılmalı olduğunu bildirmişlər. Təklif olundu ki, sakinlər müvəqqəti olaraq kirayədə yaşasınlar, tezliklə təmir-bərpa işləri görüləcəkdir. Bu səbəbdən onlar bir müddət kirayədə yaşamışlar. Onun oğlu Yunanıstanda faciəli şəraitdə vəfat etdiyindən Yunanıstana getmiş və 2019-cu ilin yanvar ayında Bakı şəhərinə qayıdarkən məlum olmuşdur ki, ona məxsus ünvan 2 saylı mənzilinə olan pasport qeydiyyatı ləğv edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Səbail RPİ-nin X6 12 oktyabr 2017-ci il tarixli məktubu əsasında o, qeydiyyatdan çıxarılmış və Cavabdeh isə mənzilə qeydiyyata alınmışdır. Qanuni əsaslarla istifadəsində olan mənzildən qeydiyyatdan çıxarılmağı və heç bir vaxt mənzildə yaşamayan, yad insanın, yəni cavabdehin yaşayış yeri üzrə qeydiyyata alınmasının qanunsuz olması ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə şikayət ərizəsi ilə müraciət edərək Səbail RPİ-nin X6 əməkdaşlarının qanunsuz əməlinin araşdırılmasını, mənzilə olan pasport qeydiyyatının bərpa edilməsi və Cavabdeh pasport qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Şikayət, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən araşdırılmış, lakin idarənin rəis müavini Elçin Məmmədov tərəfindən ona ünvanlanmış 28 oktyabr 2019-cu il tarixli, 018-15066-1219 nömrəli məktubda qeyd olunmuşdur ki, onun qanunsuz olaraq ünvan 4 ünvanında qeydiyyatdan çıxarılmasını və Cavabdeh əsassız olaraq həmin ünvana qeydiyyata alınmasını həyata keçirmiş Səbail rayon Polis İdarəsinin əməkdaşları DİN-in rəhbərliyi tərəfindən intizam məsuliyyətinə cəlb edilmişdir. Onun müraciət etdiyi təqdirdə qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyata alınacağı bildirilmişdir. Vətəndaş Cavabdeh həmin ünvanda qeydiyyatdan çıxarılması məsələsi məhkəmə baxış predmeti olduğundan aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyi məqsədəmüvafiq hesab edilmişdir. Bakı şəhəri Səbail RPİ-nin rəisi Cavid Muradov tərəfindən imzalanmış 25 oktyabr 2019-cu il tarixli, 065- 32330-1219 nömrəli məktubda da qeyd olunmuşdur ki, İddiaçı müraciətinə baxılmışdır. Bildirirlər ki, ünvan 6 ünvanında hal-hazırda qeydiyyatda olan Cavabdeh göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət etməyi məqsədəmüvafiq hesab edilmişdir. Hazırda onun istifadəsində olan ünvan 4 ünvanına olan yaşayış yeri üzrə qeydiyyatı bərpa edilmişdir. Məhkəmə baxışı dövründə (2020-ci ilin iyun ayında) ilk iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 73 kv.m olan mənzildən Cavabdeh və qeyrilərinin çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Müseyib qızı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-503/2020 saylı iş üzrə 17 mart 2020-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) Cavabdeh ünvan 6 ünvanında qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Səbail rayon polis idarəsinin üzərinə qoyulmuşdur. ünvan 25 evdə yaşayan qonşuların verdiyi məlumata əsasən müəyyən olunmuşdur ki, Cavabdeh mübahisənin məhkəmədə baxıldığı bir vaxtda, iddiaçıya məxsus olan mənzili iki ayrı şəxsə “satmışdır”. Hazırda mənzildə həmin şəxslər yaşayırlar. Məhkəmə baxışı dövründə ilk iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə növbəti ərizə təqdim edərək, iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 73 kv.m olan mənzildən Cavabdeh və qeyrilərinin çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə növbəti ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı məxsus Səbail rayonu, F.Qurbanov küç. 12 saylı evin 31/32 ünanında yerləşən (yaşayış sahəsi 31 kv.m ümumi sahəsi 73,0 kv.m) mənzildə özbaşına artırma işləri aparmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi Səbail Rayon məhkəməsinin 24.01.2014cü il tarixli məhkəmə bildirişindən və iddia ərizəsindən görünür ki, Səbail rayonu, F.Qurbanov küç. 12 saylı evin 29 saylı mənzilində yaşayan X4 Cabbarova tərəfindən birinci mərtəbədə yerləşən mənzilin damı və qapısı zəbt olunmuş və qanunsuz tikinti işləri aparılmışdır. Bundan başqa, 08 fevral 2021-ci il tarixli 10/3423 nömrəli ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı Müseyib qızının adına Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli Sərəncamı ilə verilmiş Səbail rayonu, Fərman Qurbanov küçəsi, 12 saylı evin 31/32 saylı mənzilinə dair orderdə nəzərdə tutulmuş 31,0 kv.m 2 yaşayış otağından ibarət yaşayış evinin faktiki olaraq ünvan 4 ünvanına aid layihə və cizgiyə uyğun gəlmədiyi müəyyən edilir. Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 12 mənzil 31/32 saylı mənzilin daxilində bir yaşayış otağının dəhliz-mətbəx və sanitar qovşağının yerləşdiyi və ümumi sahəsi 39,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan 31/32 saylı mənzil mülki iş materiallarına əlavə olunmuş plan-sxemə uyğun gəldiyi müəyyən edilir. Sonradan ilk iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı Müseyib qızının istifadəsində olan, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilinə Cavabdeh istifadə hüququnun olmamasının müəyyən edilməsi, bunun cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması və X21, X25, X11, X8, X15 və qeyrilərinin mənzildən çıxarılmaları, İddiaçı Müseyib qızının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı məlum hadisələr zamanı, yəni 1988-ci ildə ailə üzvləri ilə birlikdə Ermənistandan qaçqın düşərək Bakı şəhərində məskunlaşmış, Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 1992-ci il tarixli, 5535 nömrəli sərəncamı ilə o, uşaqları ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınmışdır. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəncamı ilə İddiaçı adına ailə üzvləri ilə birlikdə Fərman Qurbanov küçəsi, 12 saylı evin, 31/32 saylı mənzilinə order verilmişdir. 2009-cu ilin sonlarında mənzilin yerləşdiyi Fərman Qurbanov küçəsi, 12 saylı evdə qəza baş verdiyi üçün Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən evə baxış keçirilmiş, mənzil sahiblərindən mənzillərin boşaldılması tələb olunmuşdur. Mənzil sahiblərinin müvəqqəti olaraq başqa ünvanlarda yaşamaları tezliklə 12 saylı evdə təmirbərpa işləri görüləcəyi bildirilmişdir. Validə Aşumovanın oğlunun Yunanıstanda faciəli şəraitdə vəfat etməsi səbəbindən digər oğlanlarının da yaşadığı Yunanıstana getmişdir. İddiaçı Bakı şəhərində olmadığını bilən Cavabdeh qeydiyyat üçün əsas ola biləcək sənədlər olmadan mənzilə pasport qeydiyyatına alınmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh iddiaçıya məxsus olan Fərman Qurbanov küçəsi, ev 12, mənzil 31/32 ünvanında yerləşən mənzili daş mişarla iki hissəyə bölərək X12 və X22 yaşamağ üçün vermişdir. Məhkəmə iclasında izahat verən üçüncü şəxs X20 izahatında göstərdi ki, mənzili 2019-cu ilin oktyabr ayında rəfiqəsinin vasitəsi ilə Cavabdeh 30.000 (otuz min) manata almış, əlavə xərclərə də 1-2 min manat xərcləmişdir. Məhkəmə iclasında izahat verən üçüncü şəxs X28 izahatında göstərmişdir ki, 28 noyabr 2019-cu il tarixdə Fuad adlı şəxsin vasitəsi ilə Cavabdeh 32.000 (otuz iki min) manata alaraq kirayəyə vermişdir. Cavabdeh keçirilən 5 məhkəmə iclasında hər dəfə iştirak edərək izahat versə də izahatlarında nə də ki, 21 yanvar 2020-ci il tarixli qarşılıqlı iddia ərizəsində və 21 yanvar 2020-ci il tarixli etirazında mənzili X12 və X22 pul alaraq "satması" ilə bağlı heç bir məlumat verməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 14 fevral 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəni imzalayan X13 və X16 yalandan məlumat verərək bildirirlər ki, guya mənzilin tikilməsinə Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları evi tikmək üçün Cavabdeh icazə vermişlər və həmin mənzildə Cavabdeh, övladları X35, X37 və X21 övladı X26 ilə birlikdə yaşayır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 16 fevral 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəni imzalayan X5 yalandan məlumat verərək bildirir ki, Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları guya mənzilin tikilməsinə Cavabdeh icazə vermişlər və həmin mənzildə Cavabdeh, övladları X35, X37 və X21 övladı X26 ilə birlikdə yaşayır. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 14 fevral 2020-ci il tarixdə tərtib olunmuş aktı imzalayan X5, X13 və X16 yalandan məlumat verərək bildirirlər ki, guya mənzilin tikilməsinə Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları icazə vermişdirlər və mənzildə Cavabdeh, övladları X35, X37 və X21 övladı X26 ilə birlikdə yaşayır. İddiaçı Müseyib qızı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı "qeydiyyatın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 503/2020 saylı iş üzrə 17 mart 2020-ci il tarixli qərarı ilə Cavabdeh ünvan 6 ünvanında qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı onun ünvan 9 ünvanına yerləşən mənzilinə yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 4 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir, həmin mənzil onun faktiki mülkiyyətindədir. Məlumat üçün bildirir ki, Cavabdeh 2007-ci il tarixində hazırkı mübahisələndirilən mənzilin altında olan mənzili Viktor adlı şəxsdən etibarnamə əsasında satın almışdır. Həmin etibarnamədə də ünvan 31/32 kimi qeyd edilmişdir. Mənzili Viktordan alanda ev təmirsiz və baxımsız olmuşdur. Ona görə də, o, həmin mənzili 2007-2008-ci illərdə təmir etdirmişdir. Daha sonra, yuxarıda qeyd edilən mənzil 2000-ci il tarixində Bakı şəhərində baş vermiş güclü zəlzələnin təsirindən uçaraq dağılmışdır. Bu səbəbdən dövlət həmin mənzili mənzil fondundan çıxarmışdır. Bundan sonra, dağılmış mənzilin qalıqlarını Səbail Rayon İcra Hakimiyyəti, Bələdiyyə və ərazi üzrə MKİS sökərək təmizləmişlər. O, aşağıda yaşaya-yaşaya icra hakimiyyətinə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq aşağıda yaşaya bilmədiyini bildirib onlardan yuxarıda ev tikməyinə icazə istəmişdir. Həmin qurumdan əraziyə baxış keçirmişlər və bildirdilər ki, bura zəlzələ vaxtı uçduğu üçün mənzil fondundan çıxarılmışdır. Sözü gedən qurumdan ona bildirmişlər ki, ona ancaq bu cür kömək edə bilərlər ki, orada tikintiyə icazə veriləcəkdir və həmin tikintini o, öz şəxsi vəsaiti hesabına aparmalı olmuşdur. O, 2008-2013-cü illərdə orada mənzil tikmişdir. Əvvəllər o, həmin mənzildə pasport qeydiyyatında olmamış və yalnız 2013-cü il tarixində pasport qeydiyyatına düşə bilmişdir. Günün birində yaşadığı ərazi üzrə sahə müvəkkili onun yuxarıda qeyd edilən və hazırkı mülki iş üzrə mübahisələndirilən mənzilə gələrək ona Yunanıstan Respublikasından Validə adlı bir şəxsin zəng etdiyini və mənzilin ona məxsus olmasını dediyini bildirmişdir. Sahə müvəkkili ona övladlarının həmin mənzildən qeydiyyatdan çıxarmağı təklif etmişdir. O, isə bildirdi ki, övladları Azərbaycana bir daha gəlməyəcəkdir. Sahə müvəkkili ondan özünün çıxmasını tələb etdikdə, sahə müvəkkilindən Yunanıstanda vətəndaşlıq alanadək ona möhlət verməsini, ən gec 1 (bir) ilə gəlib özünün çıxacağını bildirmişdir. Bundan təxminən 3 il yarım sonra o, İddiaçı pasport qeydiyyatı şöbəsinə şikayət edərək onu mənzildən pasport qeydiyyatından çıxarmışdır. Pasport qeydiyyat şöbəsinin əməkdaşları mənzilə gələrək qonşuları çağıraraq onlardan qonşuluq aktı almış və daha sonra onu pasport qeydiyyatından çıxarmışdır. Bu yaxınlarda o, Türkiyə Respublikasına əməliyyat olunmağa getmişdir. Evə qayıdanda qonşulardan eşitmişdir ki, Validə 21 ildən sonra gəlib evinin olmasını bildirmişdir. Mənzilə isə hazırkı 2020-ci ilin yanvar ayında hansısa qanundankənar üsulla pasport qeydiyyatına alınmışdır. Bunun Bakı İnzibati Məhkəməsinə ünvanlanmış iddia ərizəsinin surətindən də görmək olar. Bununla bağlı olaraq isə onun tərəfindən müəyyən hərəkətlər edilməkdədir. Ona görə də hesab edir ki, cavabdeh İddiaçı Müseyib qızının ünvan 4 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Hesab edir ki, cavabdeh İddiaçı Müseyib qızının ünvan 4 ünvanında yerləşən mənzildə yaşamadığına baxmayaraq formal olaraq qeydiyyatda qalması tamamilə əsassız və qeyri-qanunidir, bununla da onun hüquqları kobud surətdə pozulur, onun mülkiyyət hüquqlarını məhdudlaşdırılır. Bu səbəbdən də, onun mülkiyyətçi kimi pozulmuş hüquqları bərpa edilməlidir, cavabdeh İddiaçı Müseyib qızının onun ünvan 4 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X30 ilkin iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, Sevil 2007-ci il tarixində hazırkı mübahisələndirilən məzilin altında olan mənzili Viktor adlı şəxsdən etibarnamə əsasında satın almışdır. Bunu hazırki mülki işə əlavə edərək məhkəməyə təqdim etdikləri sözü gedən etibarnamənin surəti ilə təsdiq edirlər. Həmin etibarnamədə də ünvan 31/32 kimi qeyd edilmişdir. Mənzili Viktordan alanda ev təmirsiz və baxımsız olmuşdur. Ona görə də Sevil həmin mənzili 2007-2008-ci illərdə təmir etdirmişdir. Daha sonra, yuxarı mənzil 2000-ci il tarixində Bakı şəhərində baş vermiş güclü zəlzələnin təsirindən uçaraq dağılmışdır. Bundan sonra, dağılmış mənzilin qalıqlarını Səbail Rayon İcra Hakimiyyəti, Bələdiyyə və ərazi üzrə MKİS sökərək təmizləmişlər. Bunu şahid ifadələri də təsdiq edir. Cavabdeh aşağıda yaşaya-yaşaya İcra Hakimiyyətinə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq aşağıda yaşaya bilmədiyini bildirib onlardan yuxarıda ev tikməyinə icazə istəmişdir. Həmin qurumdan əraziyə baxış keçirməyə gəlmişlər və bildirmişlər ki, bura zəlzələ vaxtı uçduğu üçün mənzil fondundan çıxarılmışdır. Sözü gedən qurumdan o da bildirilmişdir ki, Sevilə ancaq bu cür kömək edə bilərlər ki, orada tikintiyə icazə veriləcəkdir və həmin tikintini öz şəxsi vəsaiti hesabına aparmalıdır. Bu belə də olmuş və 2008-2013-cü illərdə orada mənzil tikmişdir. Əvvəllər Sevil həmin mənzildə pasport qeydiyyatında deyildi və yalnız 2013-cü il tarixində pasport qeydiyyatına düşə bilmişdir. Günün birində yaşadığı ərazi üzrə sahə müvəkkili onun yuxarıda qeyd edilən və hazırkı mülki iş üzrə mübahisələndirilən mənzilinə gələrək ona Yunanıstan Respublikasından Validə adlı bir şəxsin zəng etdiyini və mənzilin ona məxsus olmasını dediyini bildirmişdir. Hansı ki iddiaçının əlində əsas olaraq tutduğu order hazırkı mənzilə aid deyildir. Belə ki, həmin mənzil əsaslı olaraq sökülmüş, yerində isə tamam ayrı bir mənzil tikilmişdir. Yəni həmin orderdə göstərilən mənzil fiziki olaraq bu gün mövcud deyildir. Bunu cizgilər arasında olan fərqlərdən də görmək olar. Sahə müvəkkili ona övladlarının həmin mənzildən qeydiyyatdan çıxarmağı təklif etmişdir. O isə bildirdi ki, övladları Azərbaycana bir daha gəlməyəcəkdir. Sahə müvəkkili ondan özünün çıxmasını tələb etdikdə, sahə müvəkkilindən Yunanıstanda vətəndaşlıq alanadək ona möhlət verməsini, ən geci 1 (bir) ilə gəlib özünün çıxacağını bildirdi. Bundan təxminən 3 il yarım sonra onu pasport qeydiyyatı şöbəsinə şikayət edərək mənzilindən pasport qeydiyyatından çıxarmışdır. Pasport qeydiyyat şöbəsinin əməkdaşları mənzilə gələrək qonşuları çağıraraq onlardan qonşuluq aktı almış və daha sonra onu pasport qeydiyyatından çıxarmışdır. Bunu hazırkı etirazına əlavə edərək məhkəməyə təqdim etdiyi həmin aktın surəti ilə təsdiq edir. Məhkəmənin öz təşəbbüsü ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı sorğunun **********14 saylı, 19.02.2020-ci il tarixli cavabından da görünür ki, sözü gedən mənzil dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, yenə məhkəmənin öz təşəbbüsü ilə Bakı Səhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinə ünvanladığı sorğuya həmin qurum tərəfindən cavab olaraq verilmiş 116 saylı, 17.02.2020-ci il tarixli cavab məktubundan da görünür ki, həmin mənzil Bakı səhəri Səbail Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X23 iddia tələbini müdafiə edərək, hazırda orderdə nəzərdə tutulmuş mənzilin mövcud olmadığını nəzərə alaraq iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X23 iddia müddətinin tətbiq edilməsi barədə ərizə də təqdim edərək ilkin iddia tələbinə dair iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini müdafiə edərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X20 izahatında bildirmişdir ki, rəfiqəsinin yaşadığı evin yaxınlığında mənzil satıldığını bilmiş, gedib həmin evə baxmış və bəyənmişdir. 2019-cu ilin oktyabr ayında ünvan 2 ünvanında olan mənzili 30.000 manata Cavabdeh almış, 1000-2000 manat isə əlavə xərclərə sərf etmişdir. Həmin mənzilin mübahisəli olduğunu bilməmişdir. Mənzilə görə ödədiyi məbləği bankdan kredit götürərək ödəmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X28 izahatında bildirmişdir ki, o, Fuad adlı maklerlə əlaqə saxlayıb ünvan 13 ünvanında yerləşən mənzilə baxış keçirmişdir. Sonra bankdan faizlə 32.000 manat kreditlə pul götürüb həmin mənzili Cavabdeh 28 noyabr 2019-cu il tarixində almışdır. O, həmin evi alanda mübahisəli olduğunu bilməmişdir. Digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Cavabdeh qonşusudur, Sevil xanımı 2007-ci ildən qonşu evə köçəndən tanıyır. O, Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 12, mənzil 3 ünvanına 1998-ci ildə köçmüş və hal-hazırda orada yaşayır. 2000-ci ildə baş vermiş zəlzələ nəticəsində qonşuluqda yerləşən ev tam dağılmasa da zədələnmiş, bəzi divarlar dağılmış, pəncərələri sınmışdı, yaşayış mümkün olmayan tikili olmuş, evin tavanı olmamışdır. Sevil xanım öz hesabına həmin evi təmir etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 1992- 2015-ci illərdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət İdarəsində şöbə müdiri vəzifəsində işləmişdir. İddiaçı 1991-ci ildə Bakıya gəlmiş, 1992-ci ildə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin sərəncamı ilə pasport qeydiyyatına alınmış və 1998-ci ildə order verilmişdir. 2001-ci ildə Bakı şəhərində baş vermiş zəlzələ nəticəsində İddiaçı mənzili ciddi zərər almış, lakin həmin ünvanda yaşayışın olması müəyyən edilməmişdir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidentinin “Ermənistandan məcburi köçkünlərin yaşadığı evlərin özəlləşdirilməsi” barədə fərmanına əsasən 2001-2003-cü illərdə İddiaçı həmin ünvanda yaşamadığı üçün evi özəlləşdirə bilməmişdir. Özəlləşdirmə ilə bağlı müraciət etmədiyindən mənzil özəlləşməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X41 ifadəsində göstərmişdir ki, 2009- 2014-cü illər ərzində Bayıl qəsəbəsində sahə inspektoru vəzifəsində işləmişdir. Həmin ərazidə işlədiyi müddət ərzində İddiaçı oğlunun barəsində hərbi xidmətə çağırışla bağlı məktublar daxil olurdu. Məsələ ilə bağlı İddiaçı qeydiyyatda olduğu Fərman Qurbanov küçəsi ünvanına getmiş, lakin ünvanda göstərilən mənzili tapa bilməmişdir. Ondan öncə ərazidə işləmiş sahə inspektoru ilə əlaqə saxlamış və həmin inspektor ona bildirmişdir ki, həmin ünvanda olan yaşlı qonşulardan öyrənsin. Bununla bağlı qonşulardan izahat almış və məlum olmuşdur ki, İddiaçı oğlanları ilə həmin ərazidən uzun müddətdir ki, köçmüşdür. Əraziyə baxış keçirərkən məlum olmuşdur ki, ünvanda göstərilən mənzil mövcud deyil, sadəcə balaca bir bar və boş sahə var idi. Qonşulara İddiaçı ilə əlaqə saxlanılan zaman ona zəng vurması barədə məlumat verilməsini demiş və təxminən 2009-cu ildə Validə xanım ona xarici ölkə nömrəsi ilə zəng vurmuş və o, ona oğlanlarının müddətli hərbi xidmətə çağırılmaları ilə bağlı axtarıldığını bildirmişdir. Cavab olaraq Validə xanım ona oğlanların Yunanıstanda universitetdə oxuduğunu və bununla bağlı sənədləri ona göndərəcəyini bildirmişdir. Ondan sonra Validə xanımla əlaqə saxlamaq mümkün olmamışdır. Bir müddət sonra həmin ərazidən keçən zaman tikinti işlərinin aparıldığını görmüş, yaxınlaşıb maraqlanmış və həmin vaxtda ərazidə olan şəxslərin Cavabdeh və Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi özlərini təqdim etmişlər və Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi ona Səbail rayon İcra Hakimiyyətinin icazəsi ilə Cavabdeh həmin ünvanda tikinti işlərini apardığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, İddiaçı onun doğma bacısıdır. Bacısı xaricdə yaşasa da, onunla davamlı olaraq əlaqə saxlayır. 1997-2004-cü illər ərzində bacısı, anası ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, mənzil 35 də yaşamışlar. 2000-ci ildə baş vermiş zəlzələ nəticəsində həmin mənzildə yaşamaq mümkün olmamışdı, bir otağın tavanı uçmuşdu. Həmin vaxt o, onlarla birlikdə orada yaşayırdı. Zəlzələnin nəticəsində yaranmış vəziyyətə görə onlar Mingəçevirə köçdülər. Ana-ata yurdları Minqəçevirdə idi. Bacısı İddiaçı 1994-cü ildən etibarən mütəmadi olaraq Yunanıstana gedib-gəlirdi. Bacısıgil zəlzələdən sonra 2000-ci ildə onlara köçmüşlər, oğluna görə 2007-2008-ci illərdə bacısı Yunanıstana getmişdir. O, özü Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində olan evin bir otağını düzəldib həmin otağa köçdü və 2003-cü ilə kimi orada yaşadı. Qonşular və sahə müvəkkili onu tanıyırlar və həmin vaxtda orada yaşadığını təsdiq edə bilərlər. Ailə qurandan sonra həmin ərazidən köçüb getdi. 2003-cü ildə ailə qurduqdan sonra həmin ərazidən köçsə də, 2004-cü ilə kimi həmin ünvana gəlib-gedirdi. Daha sonra 2008-ci ildə Yasamalda işlədiyinə görə yenidən həmin mənzildə yaşadı. Mənzilin yaşıl dəmir qapısı var idi. Açarların biri onda, digəri isə əmisioğlunda idi. Zəlzələdən sonra əmisioğlu bacısının əşyalarını mənzildən yığıb aparmışdı. 2017 və ya 2018-ci ildə bacısı İddiaçı xəbər tutdu ki, evi zəbt ediblər. Məhkəmə iclasında iştirak etmiş ekspert Elmar Səidov rəyi müdafiə edərək göstərmişdir ki, iş materiallarında olan plan-cizgilərə əsasən ekspert qarşısında qoyulan sualları cavablandırmış, əraziyədə baxış keçirmişdir. Ərazidə yerləşən mənzilin mövcud olan vəziyyəti İddiaçı aid olan mənzilin plan-cizgisinə uyğun deyil, lakin iş materiallarında olan Cavabdeh aid olan mənzillərin plan-cizgilərinə uyğundur. Məhkəmə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkilinin, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkilinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını, şahidlərin ifadələrini dinləyib, onların izahatlarını, ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Səbail Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 1992-ci il tarixli 5535 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 4 nəfərdən ibarət olan ailəsi ünvan 16 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınması qərara alınmışdır. - Səbail Rayon İcra Hakimiyyəti Başçısının 05 dekabr 1997-ci il tarixli 1844 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı istifadəsinə verilmişdir. - Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, V.Aşumova 1993-cü ildən 4 nəfər ailə üzvü ilə ünvan 1 ünvanında yaşayır. O, göstərilən sığınacağa Səbail rayon İHB-nın 23.12.1992-ci il tarixli, 5535 nömrəli sərəncamı ilə pasport qeydiyyatına alınmışdır. V.Aşumovaya 4 nəfər ailə üzvü ilə ünvan 1 saylı mənzilinə order verilməsi qərara alınmışdır. - Səbail Rayon İcra Hakimiyyətinin 14 aprel 1998-ci il tarixli 047907 nömrəli orderinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 saylı mənzilinə dair İddiaçı adına order verilmişdir. - DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Vəkil ünvanlanmış 28.10.2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı qanunsuz olaraq ünvan 18 ünvanından qeydiyyatdan çıxarılmasını və Cavabdeh əsassız olaraq həmin ünvana qeydiyyata alınmasını həyata keçirmiş Səbail rayon polis dərəsinin əməkdaşları DİN-in rəhbərliyi tərəfindən intizam məsuliyyətinə cəlb edilmişdir. Vət. İddiaçı müraciət etdiyi təqdirdə qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyata alınacaqdır. Vət. Cavabdeh həmin ünvandan qeydiyyatdan çıxarılması məsələsi “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9.6-cı maddəsinə (qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında) əsasən məhkəmə baxışı predmeti olduğundan aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyi məqsədəmüvafiqdir. - DİN Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Vəkil ünvanlanmış 01.09.2019-cu il tarixli məktubun surətindən görünür ki, araşdırma nəticəsində Səbail rayon Polis İdarəsinin X6 əməkdaşları intizam məsuliyyətinə cəlb edilmişdir. Vətəndaş İddiaçı ilə vətəndaş Cavabdeh arasında olan mülki mübahisə sonuncunun ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması məsələsi məhkəmə baxışı predmeti olduğundan aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyi tövsiyə olunmuşdur. - DİN Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Vəkil ünvanlanmış 04.11.2019-cu il tarixli məktubun surətindən görünür ki, müraciəti ilə əlaqədar Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində əlavə araşdırma aparılır. Əlavə araşdırma aparılmasının nəticəsi barədə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən əlavə məlumat veriləcəyi bildirilmişdir. - DİN tərəfindən verilmiş ******* nömrəli, 18.01.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 16.12.2013-cü il tarixdən ünvan 1 saylı mənzilində qeydiyyatdadır. - ünvan 1 saylı mənzilində yaşayan Cavabdeh qonşuları – X16, X5 və X13 tərəfindən imzalanmış 14.02.2020-ci il tarixli aktın, eləcə də, həmin şəxslərin səlahiyyətli orqanlara ünvanladığı, imzaları notariat qaydada təsdiq edilmiş ərizələrinin məzmununda görünür ki, ünvan 21 ünvanında yerləşən mənzil Cavabdeh məxsusdur. Belə ki, qeyd olunan ünvanda təxminən 1999-cu ilədək əvvəllər qonşuları X14 mənzili olmuşdur. Daha sonra isə, 1998-ci ilin sonlarında 3 (üç) oğlu ilə Yunanıstana köçmüş və bir daha geri qayıtmamışdırlar. Bildirmək istəyirlər ki, 2000-ci ildə baş verən zəlzələ zamanı X17 məxsus olan ev tamamilə dağılmışdır. Bundan sonra 2008-ci ilədək həmin ünvanda mənzil olmamış, daha sonra isə, 2008-ci ildə Səbail İcra Hakimiyyətinin əməkdaşları həmin ünvana gəlmiş, ünvana baxış keçirmiş və Cavabdeh ünvan 23 ünvanında ev tikmək üçün icazə vermişlər. Bundan sonra, Cavabdeh öz şəxsi vəsaiti hesabına ünvan 24 ünvanında ev tikmiş və həmin tarixdən etibarən həmin mənzildə X35, X37 və X21 övladı X32 ilə birlikdə yaşayır. - Bakı şəhər İH MKTD tərəfindən məhkəmənin sorğusuna verilmiş 17.02.2020-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Aparılan araşdırma zamanı əldə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinin 23.12.1992-ci il tarixli, 5535 saylı sərəncamı ilə İddiaçı Müseyib qızının 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi (keçmiş Petrov), 12 saylı evin 31/32 saylı mənzilinə qeydiyyata alınması qərara alınmışdır. Səbail Rayon İcra Hakimiyyətinin 25.03.1998-ci il tarixli, 410 saylı qərarına əsasən 14.04.1998-ci il tarixli 047907 saylı orderi ilə qeyd edilən mənzil 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) İddiaçı istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş 19.02.2020-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, 12 saylı evin 31/32 saylı mənzilin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - “Qala” Yunanıstan-Azərbaycan dostluq Cəmiyyətinin məhkəməyə ünvanlanmış 22.02.2020-ci il tarixli məktubdan görünür ki, Azəbaycan Respublikasının vətəndaşı İddiaçı Müseyib qızı ailəsi ilə birlikdə müvəqqəti olaraq Yunanıstan Respublikasında yaşayır. İddiaçı və övladları “Qala” Yunanıstan-Azərbaycan Dostluq cəmiyyətinin üzvləridir və azərbaycanlı kimi Cəmiyyətin keçirdiyi mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edirlər və vətənpərvər davranış nümayiş etdirirlər. - 45 saylı MKİS tərəfindən İddiaçı adına, Səbail rayon İcra Hakimiyyətinə təqdim edilməsi üçün (etibarnamə əsasında) verilmiş 11.07.2011-ci il tarixli 1537 nömrəli, 2№li forma üzrə arayışın surətindən görünür ki, İddiaçı 3 nəfər ailə üzvü (oğulları) ilə birlikdə qeydiyyatda olduğu ünvan 25 evin İİ mərtəbəsində olan 2 otaqlı 31,0 kv.m yaşayış sahəsi olan 31/32 saylı mənzil sökülmüşdür. Arayışda qeyd edilmişdir ki, mənzil 2000-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində uçmuşdur. - 45 saylı MKİS tərəfindən verilmiş 05.05.2014-cü il tarixli 840 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh ünvan 1 saylı mənzilində qeydiyyatdadır. Mənzil İddiaçı sığınacaq kimi verilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-706/2014 saylı 16 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X18 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-503/2020 saylı, 17.03.2020-ci il tarixli qərarından görünür ki, Cavabdehd Əli qızının Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, 12 saylı evin 31/32 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Səbail RPİ-nin üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikiası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08.02.2021-ci il tarixli, 10/3423 saylı ekspert rəyindən görünür ki, X14 adına Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəmcamı ilə verilmiş Fərman Qurbanov küçəsi, 12 saylı evin 31/32 saylı mənzilinə dair orderdə nəzərdə tutulmuş 31,0 kv.m 2 yaşayış otağından ibarət yaşayış evinin faktiki olaraq ünvan 4 ünvanda aid layihəyə və cizgiyə uyğun gəlmədiyini nəzərə alaraq həmin mənzilin mövcud olmadığı müəyyən edilir. - “Azəriqaz” İB tərəfindən sorğuya verilmiş 05.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 25 evin 31a saylı ünvanına uyğun abonent kodu İB-nin məlumatlar bazasında 1998-ci ildə İddiaçı adına qeydiyyata düşmüşdür. - DSX Sərhəd Nəzarəti tərəfindən sorğuya verilmiş 22.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 02.10.2004-cü il tarixdə (giriş) – 06.10.2004-cü il tarixdə (çıxış), 14.06.2008-ci il tarixdə (giriş) – 13.07.2008-ci il tarixdə (çıxış), 07.05.2015-ci il tarixdə (giriş) – 15.05.2015-ci il tarixdə (çıxış), 16.12.2016-cı il tarixdə (giriş) – 20.12.2016-cı il tarixdə (çıxış), 16.03.2019-cu il tarixdə (giriş) – 26.03.2019-cu il tarixdə (çıxış), 05.12.2019cu il tarixdə (giriş) – 20.12.2019-cu il tarixdə (çıxış) qeydə alınmışdır. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı məlum hadisələr zamanı, yəni 1988-ci ildə ailə üzvləri ilə birlikdə Ermənistandan qaçqın düşərək Bakı şəhərində məskunlaşmış, mübahisəli mənzil ona sığınacaq kimi verilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin 23.12.1992-ci il tarixli, 5535 saylı sərəncamı ilə o, 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi (keçmiş Petrov), 12 saylı evin 31/32 saylı mənzilinə qeydiyyata alınması qərara alınmışdır. Səbail Rayon İcra Hakimiyyətinin 25.03.1998-ci il tarixli, 410 saylı qərarına əsasən 14.04.1998-ci il tarixli 047907 saylı orderi ilə qeyd edilən mənzil 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) İddiaçı istifadəsinə verilmişdir. İlk iddia tələbinin məzmununa əsasən 2009-cu ilin sonlarında mənzilin yerləşdiyi Fərman Qurbanov küçəsi, 12 saylı evdə qəza baş verdiyi üçün Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən evə baxış keçirilmiş, mənzil sahiblərindən mənzillərin boşaldılması tələb olunmuşdur. Mənzil sahiblərinin müvəqqəti olaraq başqa ünvanlarda yaşamaları tezliklə 12 saylı evdə təmir-bərpa işləri görüləcəyi bildirilmişdir. Bu səbəbdən onlar bir müddət kirayədə yaşamışlar. İddiaçı oğlunun Yunanıstanda faciəli şəraitdə vəfat etməsi səbəbindən digər oğlanlarının da yaşadığı Yunanıstana getmiş, 2019-cu ilin yanvar ayında Bakı şəhərinə qayıdarkən məlum olmuşdur ki, ona məxsus ünvan 2 saylı mənzilinə olan pasport qeydiyyatı ləğv edilmişdir. Şikayətləri əsasında onun istifadəsində olan ünvan 4 ünvanına olan yaşayış yeri üzrə qeydiyyatı bərpa edilmişdir. Hazırda ilk iddiaçı özünun istifadəsində olan, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilinə Cavabdeh istifadə hüququnun olmamasının müəyyən edilməsi, bunun cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması, eləcə də, X21, X25, X11, X8, X15 və qeyrilərinin mənzildən çıxarılmaları, özünün də həmin mənzilə köçürülməli olmasını iddia edir. Məhkəmə qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala-qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olub-olmadığı araşdırılmalıdır. İlk iddiaçının ünvan 4 ünvanına olan yaşayış yeri üzrə qeydiyyatının bərpa edilməsinə baxmayaraq məhkəmə ilk növbədə onun tələbində göstərdiyi kimi mənzilin onun istifadəsində olmasına, həmin ünvandakı mənzilin faktiki mövcudluğuna qiymət verilməsini zəruri sayır. Belə ki, işin materiallarında olan 45 saylı MKİS tərəfindən verilmiş 11.07.2011-ci il tarixli 1537 nömrəli arayışından, izahat və ifadələrdən məlum olur ki, mənzil 2000-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində uçmuşdur. Bununla bağlı məhkəmə tərəfindən təyin edilmiş müvafiq ekspertiza rəyində İddiaçı Müseyib qızının adına Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəmcamı ilə verilmiş Fərman Qurbanov küçəsi, 12 saylı evin 31/32 saylı mənzilinə dair orderdə nəzərdə tutulmuş 31,0 kv.m 2 yaşayış otağından ibarət yaşayış evinin faktiki olaraq ünvan 4 ünvanda aid layihəyə və cizgiyə uyğun gəlmədiyi nəzərə alınaraq həmin mənzilin mövcud olmadığının müəyyən edilməsindən əlavə həmçinin göstərilmişdir ki, Bakı şəhər, Səbail rayonu, Fərman Qurbanov küçəsi, 12 saylı evin 31A saylı və Bakı şəhər, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 12 mənzil 31/32 saylı mənzillərin ümümi sahələri 76,5 kv.m (37,1+39,4) təşkil etdiyi halda İddiaçı Müseyib qızının adına Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli Sərəmcamı ilə verilmiş Fərman Qurbanov küçəsi, 12 saylı evin 31/32 saylı mənzilin mülki iş materiallarına əlavə edilmiş plan sxemə əsasən (70,3 kv.m) təşkil etdiyini nəzərə alaraq cizgilərdə göstərilən tikililərin sayı və təyinatlarının uyğun gəlmədiyi müəyyən edilir. Bakı şəhər, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 12 mənzil 31/32 saylı mənzilinin daxilində bir yaşayış otağının, dəhliz-mətbəx və sanitar qovşağının yerləşdiyi və ümümi sahəsinin 39,4 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan 31/32 saylı mənzil mülki iş materialına əlavə olunmuş plan-sxemə uyğun gəldiyi müəyyən edilir, (iş v.146). Qeyd olunur ki, tədqiq olunan mənzillərə aid mülki iş materiallarına əlavə olunmuş plan-sxemlərə uyğun olduğunu nəzərə alaraq 31/32 və 31A saylı mənzillərdə əsaslı dəyişikliklərin aparılmadığı müəyyən edilir. Məhkəmə hesab edir ki, ilk iddiaçı 2009-cu ilin sonlarında orderlə aldığı mənzilin yerləşdiyi Fərman Qurbanov küçəsi, 12 saylı evdə qəza baş verdiyi üçün Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən evə baxış keçirilməsi və mənzil sahiblərindən mənzillərin boşaldılmasının tələb olunmasını göstərsə də, bu halların təsdiqinə dair heç bir sübut təqdim etmədiyi üçün məhkəmə mübahisəli mənzilin 2000-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində uçması və orada 2007-2008-ci illərə qədər yaşayışın olmamasına dair təqdim edilmiş 45 saylı MKİS tərəfindən verilmiş 11.07.2011-ci il tarixli 1537 nömrəli 2 №li forma üzrə arayışına, bununla bağlı cavabdeh tərəfin izahatında və şahid ifadələrində göstərilənləri sübut növü kimi qiymətləndirir. İşin materiallarından görünür ki, ilk iddiaçı oğlunun Yunanıstanda faciəli şəraitdə vəfat etdiyindən ora getməsini 2019-cu ilin yanvar ayında Bakı şəhərinə qayıtmasını göstərsə də, oğlunun vəfat etməsi faktı olsa da, bununla bağlı müvafiq sənəd təqdim etməmiş və xarici dövlətdən Azərbaycan Respublikasına qayıtmasının tarixini düzgün göstərməmişdir. Belə ki, iş materiallarında olan DSX Sərhəd Nəzarətinin İddiaçı 1998-2021-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumatlara əsasən ilk iddiaçı 06.10.2004-cü il tarixdən 14.06.2008-ci il tarixə kimi, 13.07.2008-ci il tarixdən 07.05.2015-ci il tarixə, 15.05.2015-ci il tarixdən 16.12.2016-cı il tarixə, 20.12.2016-cı il tarixdən 16.03.2019-cu il tarixə, 26.03.2019-cu il tarixdən isə 05.12.2019-cu il tarixə kimi Azərbaycan Respublikasının ərazisində olmamışdır. Həmçinin sözügedən məktubda ilk iddiaçının 20.12.2019-cu il tarixdə dövlət sərhədindən çıxışı da qeyd edilmişdir. İlk iddiaçı 2019-cu ilin yanvar ayında Azərbaycan Respublikasına qayıdarkən ona məxsus ünvan 2 saylı mənzilinə olan pasport qeydiyyatının ləğv edilməsinin məlum olmasını göstərsə də, 02.10.2004-cü il tarixdən 06.10.2004-cü il tarixə, 14.06.2008-ci il tarixdən 13.07.2008-ci il tarixə, 07.05.2015-ci il tarixdən 15.05.2015-ci il tarixə, 16.12.2016-cı il tarixdən 20.12.2016-cı il tarixə, 16.03.2019-cu il tarixdən 26.03.2019-cu il tarixə kimi Azərbaycan Respublikasının ərazisində olduğu müddətdə hansı ünvanda yaşamasını göstərə bilməmiş, məhz 2019-cu ilin yanvar ayında onun mənzilə qeydiyyatının ləğv olunması barədə məlumatlı olmasının səbəblərini tam və ətraflı izah edə bilməmişdir. Halbuki, işin materiallarından görünür ki, ilk iddiaçı Səbail RPİ-nin X6 12.10.2017-ci il tarixli məktubuna əsasən mübahisəli evdən qeydiyyatdan çıxarılmış və Cavabdeh isə 16.12.2013-cü il tarixdən həmin ünvanda qeydiyyatdadır. Həmçinin, məhkəmə qeyd edir ki, 45 saylı MKİS tərəfindən İddiaçı adına, Səbail rayon İcra Hakimiyyətinə təqdim edilməsi üçün (etibarnamə əsasında) verilmiş 11.07.2011-ci il tarixli 1537 nömrəli, 2№li forma üzrə arayışın surətindən görünür ki, İddiaçı 3 nəfər ailə üzvü (oğulları) ilə birlikdə qeydiyyatda olduğu ünvan 25 evin İİ mərtəbəsində olan 2 otaqlı 31,0 kv.m yaşayış sahəsi olan 31/32 saylı mənzil sökülmüşdür. Arayışda qeyd edilmişdir ki, mənzil 2000-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində uçmuşdur. Məhkəmə daha sonra qeyd edir ki, İddiaçı Müseyib qızının ailəsi ilə birlikdə müvəqqəti olaraq Yunanıstan Respublikasında yaşaması iş materiallarında olan “Qala” Yunanıstan- Azərbaycan dostluq Cəmiyyətinin iş materiallarında olan məktubu və DSX Sərhəd Nəzarətinin İddiaçı 1998-2021-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumatlarda göstərilən tarixlərlə də təsdiq edilir. Məhkəmə ilk iddiaçının Azərbaycan Respublikasına qayıtdıqdan sonra onun istifadəsində olan ünvan 4 ünvanına olan yaşayış yeri üzrə qeydiyyatının bərpa edilməsi ilə bağlı xüsusata da qiymət verərək hesab edir ki, qeydiyyatın bərpası ilk iddianın əsaslı olması anlamına gəlməyə hüquqi əsas vermir. Belə ki, işin materiallarından görünür ki, ilk iddiaçının qeydiyyatdan çıxarılması bununla bağlı prosedur qaydalarına riayət edilməməsi ilə baş verdiyindən Səbail rayon Polis İdarəsinin əməkdaşları DİN-in rəhbərliyi tərəfindən intizam məsuliyyətinə cəlb edilmişdir. Həmçinin, Cavabdeh əsassız olaraq həmin ünvana qeydiyyata alınmasının qanunsuz olması və həmin ünvandan qeydiyyatdan çıxarılması məsələsinin hazırda məhkəmə baxışı predmeti olması da (həmin iş üzrə birinci instansiya məhkəməsinin qərarında verilən şikayətə baxılması üzrə apellyasiya icraatı dayandırılmışdır) ilk iddianın əsaslı olmasına dəlalət edən hallar kimi qiymətləndirilmir. Belə ki, məhkəmənin qənaətinə görə qeydiyyat mübahisəli hüquqi ünvana olsa da, həmin ünvanla bağlı verilən orderdə əks edilən texniki göstəriciləri olan mənzilin faktiki mövcud olmaması bu qeydiyyatın formal olması deməkdir. Məhkəmə hesab edir ki, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin dövlət mənzil fonduna aid olmaqla Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olması, ilk iddiaçının adına verilən orderin də hüquqi qüvvəsinin olması, faktiki olaraq ilk iddiaçının istifadəsinə verilmiş mənzilin hüquqi ünvanında digər mənzilin olması, eləcə də onların hüquqi ünvanlarının eyni olması ilk iddiaçının orderdə göstərilən, lakin hazırda mövcud olmayan mənzilin yerində digər texniki göstəricilərlə inşa edilmiş mənzilə hüququnun olması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə ilk iddia üzrə cavabdehin iddiaya olan etirazlarının əsası kimi istinad etdiyi hallara da qiymət verərək hesab edir ki, o 2007-ci ildən mübahisəli ünvandakı evi etibarnamə ilə almasını, aldığı evdə yaşaya-yaşaya onun üstündə olan, 2000-ci ildə zəlzələ nəticəsində dağılmış mənzili Səbail Rayon İcra Hakimiyyəti, Bələdiyyə və ərazi üzrə MKİS-in razılığı ilə 2013-cü ilə kimi yenidən tikərək həmin ildə də ora qeydiyyata düşməsini göstərsə də, tikinti işlərinin müvafiq razılıq ilə həyata keçirilməsinə dair sübutlar təqdim edə bilməmişdir. Məhkəmə ilk iddia tələblərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, mübahisəli ünvanda hazırda mənzil (mənzillər) mövcud olsa da və inşa edilmiş həmin tikililərin ilk iddia üzrə cavabdeh tərəfindən qanuni əsasların olması müəyyən edilməyən razılaşmalar əsasında X20 və X1 faktları mövcud olsa da, bu hallar hazırki vəziyyətdə ilk iddianın Cavabdeh X21, X25, X11, X8, X15 və qeyrilərinin mənzildən çıxarılmaları və ilk İddiaçı Müseyib qızının həmin mənzilə köçürülməsi üçün hüquqi əsas yaratmır. Məhəmə hesab edir ki, ilk iddiaçının adına olan orderdə göstərilən mənzilin yerində inşa edilmiş tikililərin hazırki statusu özbaşına tikilidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İlk iddia tələbləri ilk iddiaçının orderlə ona verilmiş mənzillə bağlı olduğundan və araşdırma zamanı Cavabdeh, X21, X25, X11, X8, X15 mübahisəli ünvanda özbaşına inşa edilmiş tikililərdə yaşamaları müəyyən edildiyindən, özbaşına tikililərin hüquqi taleyi ilə bağlı tələb irəli sürülmədiyindən məhkəmə bununla bağlı məsələlərə hazırda hüquqi qiymət verə bilmədiyini qeyd edir. Məhkəmə, eyni zamanda hesab edir ki, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin Dövlət Mənzil Fondundan və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansından çıxarılmasına dair sübutlar olmadığı üçün göstərilən ünvanda qanunsuz inşa edilmiş tikililərin hüquqi taleyinin həlli Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-cı maddəsinin tələbləri baxımından yerli İcra Hakimiyyəti orqanlarının səlahiyyətində olan məsələdir. Məhkəmənin qənaətinə görə qeyd edilən hallar üzrə müvafiq qərarlar qəbul edildiyi halda, orada yaşayan şəxslərin həmin sahələrdən istifadə hüquqularının olub-olmamasının hüquqi əsaslarına hüquqi qiymət verilə bilər. Məhkəmə həmçinin hesab edir ki, ilk iddiaçı tərəfin iddia tələblərinin əsaslı olmasına dair izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda, məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Belə olan halda, məhkəmə hesab edir ki, ilk iddiaçının özünün mülahizəsinə əsasən irəli sürdüyü, təsdiqini tapmayan faktiki hesab etdiyi hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə şahidlər X2, X3, X33 ifadələrinə də qiymət verərək qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Həmçinin hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Məhkəmə hesab edir ki, şahidlər X2, X3, X33 ifadələrində onlara məlum olan halları aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Buna görə də, məhkəmə verilən məlumatları şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün sübut növü kimi qiymətləndirir. Lakin məhkəmə qeyd edilən şahidlərdən fərqli olaraq şahid X19 ifadəsinə hüquqi qiymət verərək qeyd edir ki, sübutların qiymətləndirilməsini tənzimləyən MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdır mı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi məhkəmənin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi, yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasını müəyyənləşdirməsidir. Həmçinin MPM-nin 62-ci və 104.1-ci maddələrinin mənasına görə işin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olması da başa düşülür. Məhkəmə şahid X19 ilk iddiaçının qardaşı olmaqla verdiyi ifadəsinin məzmun cəhətdən ziddiyyətli olması ilə yanaşı, həm də bu ifadəni ilk iddiaçının maraq və mənafeyinə uyğun verilmiş ifadə kimi qiymətləndirir. Başqa sözlə, işin nəticəsində hüquqi baxımdan maraqlı şəxs olan şahid X19 ifadəsindəki məlumatlar ziddiyyəli və qeyri-obyektiv olduğu üçün sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmə, ekspert rəyinə də hüquqi qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırki iş üzrə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmiş, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər irəli sürülməmişdir. Belə olan halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Beləliklə də, araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, ilk iddiaçının orderlə ona verilmiş mənzildə uzun müddət yaşamaması, yaşadığı mənzilin 2000-ci ildə zəlzələ nəticəsində dağılmaya məruz qalması sübut olunduğu və ilk iddiaçının adına olan orderdə qeyd edilən texniki göstəricilər əks edilmiş mənzil faktiki mövcud olmadığı üçün onun iddia tələbləri əsaslı sayıla bilməz və buna görə də rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh ünvan 9 ünvanına yerləşən mənzilinə qeydiyyatı olmasına baxmayaraq, faktiki yaşadığı mənzillə (yaşayış sahəsi) bağlı hüquqi əsaslar müəyyən edilmədiyindən onun İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbləri əsaslı sayıla bilməz. Belə ki, qeydiyyat yaşayış sahəsinə istifadə hüququnun tanınması kimi qiymətləndirilmir. Bundan başqa, İddiaçı hazırda mövcud olan mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olmamasına ilk iddia tələbləri üzrə hüquqi qiymət verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi sənədlər əsasında mövcud olmayan mənzilə (yaşayış sahəsinə) istifadə hüququndan, eləcə də olmayan hüququn itirilmiş hesab edilməsindən söhbət gedə bilməz. Məhkəmə ilkin iddia üzrə cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hazırkı mülki iş üzrə ilk iddiaçının subyektiv hüququnun pozulması halının müəyyən edilmədiyini və iddiasının əsassız olması səbəbi ilə rədd edilməsini nəzərə alaraq iddia müddətinin tətbiqinə dair ərizəyə də münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin və qarşılıqlı iddialar rədd olunmalı, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdeh qarşı «mənzildən çıxarılma və onun həmin mənzilə köçürülməsi» tələbinə dair ilkin iddia rədd edilsin. Cavabdeh – cavabdeh İddiaçı Müseyib qızına qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia rədd edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X10, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar