Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-806/2020 15.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1985-ci il təvəllüdlü oğlu X3 xx xxx 1985-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, oğlu X6 xx xxxxxx 1985-ci il tarixdə Zəngilan şəhərində doğulmuşdur. Təəssüf ki, uşaq 3 aylıq körpə ikən xəstələnmiş və xx xxx 1985-ci il tarixdə vəfat etmişdir. Körpənin nəşini Zəngilan şəhər qəbristanlığında dəfn etmişlər. Bu onun ölən üçüncü uşağı olmuş və güclü stress keçirərək uzun müddət depressiyada olmuşdur. Bundan sonra xx xxxxxx 1989-cu ildə yoldaşı ilə olan nikahı pozulmuşdur. Daha sonra isə məlum erməni işğalı nəticəsində Zəngilandan məcburi köçməli olmuşlar. Bütün olanların fonunda vaxtlı vaxtında sənədləşmə işləri ilə məşğul ola bilməmiş və ölən uşağının ölüm haqqında şəhadətnaməsini almamışdır. Bu yaxınlarda təsadüf nəticəsində ona məlum olmuşdur ki, xx.xx.1985-ci il tarixdə (35 il öncə) vəfat etmiş oğlu hələ də qeydiyyat bazasında həyatda kimi görünür. Hazırda 62 yaşı var və hesab edir ki, ailə tərkibində fiziki mövcud olmayan şəxsin sənəd üzərində yaşaması gələcəkdə digər vərəsələrinə çətinliklər yaradacaqdır. Həmçinin müxtəlif əqdlər var ki, onlar bağlanılarkən ailə üzvlərinin razılığı tələb olunur. Bu məqsədlə 1 saylı ASAN xidmətində fəaliyyət göstərən Qeydiyyat Şöbəsinə müraciət edərək ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Oradan ona xx.xx.2020-ci il tarixli imtina məktubu verilərək məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Sonradan ərizəçi ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx xxxxxx 1985-ci il təvəllüdlü oğlu X3 xx xxx 1985-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon VVAQ Bürosu tərəfindən Ərizəçi verilmiş xx.xx.1985-ci il tarixli 82 nömrəli arayışdan görünür ki, xx xxxxxx 1985-ci il tarixdə anadan olmuş oğlu X6 xx.xx.1985-ci il tarixdə 55 nömrəli doğum qeydiyyatından keçərək X-ЖГ seriyalı, 374697 nömrəli doğum şəhadətnaməsi verilmişdir. İş materiallarında olan Zəngilan Rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 1985-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, ata qrafasında X7, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İşə əlavə edilmiş Zəngilan Rayon VVAQ şöbəsi tərəfindən verilmiş boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi arasındakı nikah xx xxxxxx 1989-cu il tarixdə pozulmuş, bu barədə nikahın ləğv olunması haqqında akt qeydləri kitabında 21 № ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 1 saylı Bakı «Asan xidmət» Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 05/Q-276/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Bacısının oğlu X6 xx xxxxxx 1985-ci il tarixdə anadan olmuşdur. Bacısı ailəsi və uşaqla Zəngilan rayonunda yaşamışlar, doğulduqdan təxminən 3 ay sonra uşağın halı qəflətən pisləşmiş, qızdırması qalxmış və bu səbəbdən bacısıgil uşağı Bakıya gətirib xəstəxanaya yerləşdirmişlər, uşaq xəstəxanada müalicə olunmuş daha sonra Bakı şəhərində olan evə aparılmışdır. Buna baxmayaraq uşaq sağalmamış xx xxx 1985-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir, bacısıgil uşağı Zəngilan rayon qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş (ərizəçinin keçmiş həyat yoldaşının qohumları) X4 və X8 şahid X1 ifadəsinə uyğun izahat verərək, ərizəçinin - xx xxxxxx 1985ci il tarixdə doğulmuş X6 adlı uşağının doğulduqdan təxminən 3 ay sonra xəstələndiyini, müalicə edilməsi üçün Bakı şəhərinə gətirildiyini, lakin sağalmayaraq xx xxx 1985-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx xxxxxx 1985-ci il tarixdə Zəngilan rayonunda doğulmuş X3 xx xxx 1985-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi oğlu xx xxxxxx 1985-ci il təvəllüdlü X3xx xxx 1985-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 1985-ci il tarixdə Zəngilan rayonunda doğulmuş X3 xx xxx 1985-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1985-ci il tarixdə Zəngilan rayonunda doğulmuş X3 xx xxx 1985-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X3 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-806/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-806/2020
15.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver