Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-836/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2024-cü il tarixində Bakı 10 saylı Mediasiya təşkilatında borc müqaviləsində 1023 (bir min iyirmi üç) manat pulun və 100 manat mediasiya xərcinin ödənilməsi barədə Barışıq sazişinin təsdiqlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixində Bakı 10 saylı Mediasiya təşkilatında borc müqaviləsinə əsasən 1023 (bir min iyirmi üç) manat pulu hər ay hissə hisə 1-ci ay sentyabr ayı 500 manat, 2-ci ay oktyabr ayında isə 523 manat tələbilə maraqlı şəxs ödəməyə razılıq verilmişdir və həmin borcu ödənilməsini öz üzərinə öhdəlik götürmüşdür. Lakin qarşı tərəf Barışıq sazişi üzrə sentyabr ayında və ondan sonra oktyabr ayında, digər aylar üzrə üzərinə götürdüyü öhdəliyə də əməl etməyərək Sazişin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, 1.1. Ərizəçi bəyan edir ki, 29 iyul 2024-cü il tarixdə Maraqlı şəxs ilə aralarında bağlanmış borc müqaviləsinə əsasən 1023 (bir min iyirmi üç) manat pulu hər ay hissə hissə 1-ci ay sentyabr ayı ərzində 500 (beş yüz) manat, 523 (beş iyirmi üç) manat pulu isə oktyabr ayının 29-dək ödəniş etməyə razıdır və həmin məbləği Ərizəçi adına olan bank hesabına və yaxud nəğd ödəniş etməyi öz üzərinə öhdəlik götürür. 1.2. Maraqlı şəxs bəyan edir ki, öhdəlik götürdüyü məbləği 29 oktyabr 2024-cü il tarixinədək ödəmədiyi təqdirdə mediasiyaya və əlavə çəkilən xərcləri borclu olduğu məbləğə əlavə edərək ödəniş etməyə razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Müəyyən edilmişdir ki, tərəflər Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında xx.xx.2024-cü il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Maraqlı şəxs sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. 2024-cü ildə bağlanmış barışıq sazişindən görünür ki, 1023 (bir min iyirmi üç) manat pulu hər ay hissə hissə 1-ci ay sentyabr ayı ərzində 500 (beş yüz) manat, 523 (beş iyirmi üç) manat pulu isə oktyabr ayının 29dək ödəniş etməyə razıdır. Başqa sözlə, öhdəliyin könüllü icra müddəti bitmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilsin. 1.1. Ərizəçi bəyan edir ki, 29 iyul 2024-cü il tarixdə Maraqlı şəxs ilə aralarında bağlanmış borc müqaviləsinə əsasən 1023 (bir min iyirmi üç) manat pulu hər ay hissə hissə 1-ci ay sentyabr ayı ərzində 500 (beş yüz) manat, 523 (beş iyirmi üç) manat pulu isə oktyabr ayının 29-dək ödəniş etməyə razıdır və həmin məbləği Ərizəçi adına olan bank hesabına və yaxud nəğd ödəniş etməyi öz üzərinə öhdəlik götürür. 1.2. Maraqlı şəxs bəyan edir ki, öhdəlik götürdüyü məbləği 29 oktyabr 2024-cü il tarixinədək ödəmədiyi təqdirdə mediasiyaya və əlavə çəkilən xərcləri borclu olduğu məbləğə əlavə edərək ödəniş etməyə razıdır. Ərizə qalan hissədə təmin edilməsin. Ərizəçi tərəfindən ümumilikdə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Maraqlı şəxs dövlət rüsumu kəsri olan 70 (yetmiş) manat tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-836/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-836/2025
18.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver