Məhkəmə qərarları › İş №2(009)-852/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-852/2024

18.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-852/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Ərizəçi Maraqlı şəxs olmaqla, barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs olmaqla, barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə nikahlarını xx.xx.2008-ci il tarixində rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan onların üç övladı xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəlüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Bildirmək istərdi ki, ilk vaxtlar münasibətləri normal olsa da, daha sonradan fikirləri uyğunlaşmamış və problemləri çoxalmışdır. Onları ailə münasibətləri tamamilə pozulmuşdur. İddiaçı nikahlarının pozulması, uşağın ananın himayəsində saxlanması, aliment və s. tələblərə dair qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədən əvvəl ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı müraciət etmiş və maraqlı şəxslə aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən aralarında olan bütün mübahisələrə dair razılığa gəlmişlər. Barışıq sazişinin 1-ci bəndinə əsasən maraqlı şəxslə aralarında bağlanan xx.xx.2008-ci il tarixli nikah barışıq üçün vaxt verilmədən məhkəmə tərəfindən pozulur. Barışıq sazişinin 2-ci bəndinə əsasən övladları xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəlüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək iddiaçının himayəsində saxlanılır. Barışıq sazişinin 3-cü bəndinə əsasən övladları xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011ci il təvəlüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanması üçün maraqlı şəxs 3 uşaq üçün hər ay cəmi 1.000 (bir min) manat məbləğində alimenti cari ilin mart ayının 1-dən başlayaraq iddiaçının xeyrinə ödəməyinə öhdəsinə götürür. Barışıq sazişinin 4-cü bəndinə əsasən övladları xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011ci il təvəlüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 ataları olan Maraqlı şəxs ilə görüşüb ünsiyyətdə olmalarına dair tərəfindən heç bir məhdudiyyət olmayacağına dair razılığa gəldilər. Barışıq sazişinin 5-ci maddəsinə əsasən övladları xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəlüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 iddiaçı ilə və ya maraqlı şəxs ilə ölkə hüdudlarından kənara sərbəst surətdə gedib-gəlmələrinə barədə razılığa gəldilər və bu barədə notarial qaydada təsdiq olunmuş ərizə verilməsinə dair öhdəlik götürdülər. Barışıq sazişinin 6-cı maddəsinə əsasən maraqlı şəxs ilə bir-birimizə qarşı heç bir əmlak tələblərinin olmayacağına dair razılığa gəldilər. Barışıq sazişinin 7-ci maddəsinə əsasən birgə nikah dövründə əldə olunan qızıl-zinət əşyaları iddiaçının mülkiyyətində saxlanılmasına dair razılığa gəldilər. Barışıq sazişinin 8-ci maddəsinə əsasən tərəfindən gətirilmiş bütün cehiz əşyalarının ona qaytarılmasına dair razılığa gəldilər. Ərizəçi ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmədə iştirak etməmişdir. Məhkəmə Azər. Resp. MPMnin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2024-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin surətindən görünür ki: 1.Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs xx.xx.2008-ci il tarixində aralarında bağladıqları nikahı məhkəmədə iddia qaldırmaqla barışıq üçün vaxt verilmədən pozulması barədə razılığa gəldilər:

2. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladları xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər 1-ci tərəf Ərizəçi himayəsində saxlanması barədə razılığa gəldilər.

3. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladları xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün 2-ci tərəf Maraqlı şəxs hər ay 3 uşaq üçün ümumilikdə 1000 (min) manat aliment məbləğini 2024-cü ilin mart ayının 1-dən başlayaraq 1-ci tərəf Ərizəçi ödəməyi barədə razılığa gəldilər

4. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladları xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X5 ilə onların yetkinlik yaşlarına çatana qədər 2-ci tərəf Maraqlı şəxs heç bir məhdudiyyət olmadan görüşüb ünsiyyətdə olması barədə razılığa gəldilər

5. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladları xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X1 həm 1-ci tərəf Ərizəçi ilə həm də 2-ci tərəf Maraqlı şəxs ilə ölkə hüdudlarından kənara sərbəst surətdə gedib gəlmələri barədə razılığa gələrək, bu barədə notarial qaydasmda təsdiq olunmuş ərizə verilməsinə dair öhdəlik götürürlər

6. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs onların bir- birilərinə qarşı heç bir əmlak tələblərinin olmayacağma dair razılığa gəldilər

7. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs birgə nikah dövründə əldə olunan qızıl-zinət əşyalarının 1-ci tərəf Ərizəçi mülkiyyətində saxlanması barədə razılığa gəldilər

8. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi məxsus cehiz əşyalarının xanıma qaytarılması barədə razılığa gəldilər.

3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur

4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir 5.Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər

6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.

7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar 8.Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər

9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir

10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir

11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır

12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır

13. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd bərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz

14. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o tümlədən, tərəflərdən birinin mediasiyamn həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyamn həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığmı qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur

15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər

16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz 16.1 bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə 16.2 bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə 16.3 Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarım əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara 16.4 yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); 17.Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir

18. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəfləriniradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya vəpandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarətmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktlara aiddir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər nikaha daxil olmuş və birgə nikahdan övladları olmuşdur. Daha sonra tərəflər arasında olan nikah pozulmuşdur. Mediasiya mərhələsində tərəflər arasında barışıq sazişi imzalanmışdır. İşin hallarından və ərizənin məzmunundan aydın olmuşdur ki, həmin saziş maraqlı şəxs tərəfindən icra edilməmişdir. Hazırda ərizəçi Barışıq Sazişinin təsdiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən irəli sürülən tələb təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə görə əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə “mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə

Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi Maraqlı şəxs ərizəçinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar