Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-857/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası 20.03.1924-cü il təvəllüdlü mərhum X2 ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, mərhum X5 onun anasıdır. Anası 12.12.2015-ci il tarixində Bakı şəhəri, Hacı Murad 26 ünvanında qəflətən vəfat etmişdir. Onun ölümünə səbəb ürək çatışmamazlığı olmuşdur. X4 X9 məlumat vermişlər. TTTYSnın 12.12.2015-ci il tarixli, ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X5 həkimə qədər ölüm qadıncinsli meyit aşkar edilmişdir. Bu barədə TTYŞ-nin həkim briqadası tərəfindən 12.12.2015-ci il tarixli Təcili və X6 Stansiyasının Xəbərdarlıq vərəqəsi tərtib edilmişdir. Həmin gün anasının cəsədini dini və ənənəvi qaydalara müvafiq olaraq Bilgəh qəbristanlığında 15.12.2015-ci il tarixində dəfn etmişlər. 03.03.2022-ci il tarixində Maraqlı şəxsnə müraciət edərək X2 ölümünün qeydiyyata alınmasını xahiş etmişdir. Elə həmin tarixdə ona imtina məktubu ünvanlanmışdır. Sonradan ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 20.03.1924-cü il təvəllüdlü mərhum X2 Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, poliklinikaya mərhumun ölümündən sonra gec müraciət edildiyindən ölüm haqqında tibbi şəhadətnamənin alınması mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Göyçay Rayon VVAQ şöbəsi tərəfindən verilmiş XXİ- ЖГ seriyalı, 265751 nömrəli, 14 noyabr 1997-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə Göyçay şəhərində anadan olmuşdur. Ata qrafasında X10, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan X12 X8 12.12.2015-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 12.12.2015-ci il tarixdə xəstə X3 təcili tibbi yardım üçün çağırış qəbul olunmuş Bakı şəhəri, H.Murad 26 ünvanında aparılmış müayinə tədbirləri nəticəsində həkimə qədər ölüm, qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ünvanlanmış 03.03.2022-ci il tarixli, 05/Q-251/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN tərəfindən verilmiş P4740565 nömrəli xarici pasportun surətindən görünür ki, 20.03.1924-cü il tarixdə Ucar rayonunda doğulmuş X3 27.03.2012-ci il tarixdə xarici pasport verilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş 090 nömrəli, 10.03.2022-ci il tarixli arayışdan görünür ki, ərizəçinin anası mərhum X1 qəbirstanlığında 12.12.2015-ci il tarixində dəfn edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, 20.03.1924-cü il tarixdə Ucar rayonunda doğulmuş X2 12.12.2015-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi 20.03.1924-cü il təvəllüdlü anası X2 12.12.2015-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 20.03.1924-cü il tarixdə Ucar rayonunda doğulmuş X2 12.12.2015-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.03.1924-cü il tarixdə Ucar rayonunda doğulmuş X2 12.12.2015-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-857/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-857/2022
11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver