Məhkəmə qərarları › İş №2(009)-862/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-862/2022

27.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-862/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə 27 aprel 2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15.12.1945-ci il təvəllüdlü X1 26 yanvar 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin anası X2 26 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Daha sonra K.Kərimovanın ölümü ilə bağlı 1 saylı şəhər poliklinikasına ölüm haqqında tibbi şəhadətnamənin alınması məqsədilə müraciət etsə də, ona imtina verilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsinə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə Azər. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki iş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 15.12.1945-ci ildə anadan olmuşdur. TTTYS 07 saylı Yardım Stansiyası tərəfindən verilmiş arayışdan aydın olur ki, 26.01.2022-ci il tarixdə saat 12:55-də ünvan 1 ünvanında X1 meyiti aşkar edilmişdir. MKTD Əhaliyə vətəndaşlıq xidməti trestinin 16 fevral 2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, X2 26.01.2022-ci il tarixdə Xətai Keşlə qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nın 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, X1 26.01.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Göstərilənlərə əsaslanaraq və Azər. Resp. MPM-nın 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 26.01.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar