Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-890/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi İ.Z.Hüseynovun iştirakları ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 29.05.2016-cı il tarixdə 1999 nömrəli akt qeydi ilə Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 07.10.2017-ci il tarixdə X7 dünyaya gəlmişdir. Ailə həyatı qurduqları zaman, cavabdehin qeydiyyatda olduğu valideynləri ilə yaşadığı ünvan 1 ünvana gəlin köçmüşdür. 25.05.2021-ci il tarixdə cavabdeh Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə “nikahın pozulması tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, onunla 29.05.2016-cı il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində 1999 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmənin 30.06.2021-ci il tarixli, 2(010)-3387/2021 saylı qətnaməsi ilə iddiaçının tələbi təmin edilmişdir. Cavabdeh Maraqlı şəxs ilə birgə nikah dövründə “Kia Rio” minik markalı (Xetçbek), 99UC782 dövlət nömrə nişanlı 2012-ci il buraxılışlı ağ rəngdə nəqliyyat vasitəsi almışdır. Boşandıqdan sonra o, cavabdehdən birgə nikah dövründə əldə etdikləri avtomaşının dəyərinin 50%-nin ona verilməsini tələb etdikdə, cavabdeh onun tələbini təmin etməmişdir. O, məcburiyyət qarşısında qalıb, birgə nikah dövründə əldə olunan əmlakın bölünməsi tələbi ilə irəli gələn mübahisəni mediasiya prosesi vasitəsi ilə həll etmək üçün mediasiya xidmətinə müraciət etmişdir. Mediasiya prosesi zamanı cavabdeh Maraqlı şəxs etibarnamə əsasında nümayəndəsi X8 ilə aralarında ümumi razılığa gələrək mediator X4 iştirakı ilə aşağıdakı şərtlər əsasında 27.09.2021-ci il tarixdə No005 nömrəli barışıq sazişi imzalanmışdır. İmzalanmış barışıq sazişinin şərtlərində onun, cavabdeh Maraqlı şəxs ilə birgə nikah dövründə, birgə gəlirləri hesabına əldə olunan “Kia Rio” minik markalı (Xetçbek), 99UC782 dövlət nömrə nişanlı 2012-ci il buraxılışlı, ağ rəngdə nəqliyyat vasitəsini onun payına düşən hissəsinin (50%) əvəzinə pul şəkildə 7000 (yeddi min) manatını ona verməklə qeyd edilən nəqliyyat vasitəsinə onun payına xitam verməyi və bununla da həmin nəqliyyat vasitəsinin tam olaraq Maraqlı şəxs mülkiyyəti olduğunu qəbul etmiş, cavabdeh Maraqlı şəxs 7000 (yeddi min) manatın 3000 (üç min) manatını Saziş imzalanan gün nəğd şəkildə ödəyir, qalan 4000 (dörd min) manatı 01.11.2021-ci ilədək ödənilməsini öhdəsinə götürərək, 7000 (yeddi min) manat tam ödənildikdən sonra onun qeyd edilən nəqliyyat vasitəsinə heç bir iddianın qalmayacaqdır. Cavabdeh Maraqlı şəxs 3000 (üç min) manatı bu Sazişi imzalamaqla vermis, o, isə Sazişi imzalamaqda həmin vəsaiti (3000 (üç min) manatı) qəbul etmişdir. Lakin, cavabdeh Maraqlı şəxs, mediator X4 iştirakı ilə 27.09.2021-ci il tarixdə No 005 nömrəli barışıq sazişinin şərtlərini pozaraq, 01.11.2021-ci ilədək ona ödəniləcək, 4000 (dörd min) manat pul vəsaitini ödəməmiş və ödəməkdən də boyun qaçırır. Göstərilənləri nəzərə alaraq ərizəçi Maraqlı şəxs 27.09.2021-ci il tarixdə No005 nömrəli barışıq sazişinin şərtlərini pozduğu üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış maraqlı şəxsin nümayəndəsi X8 ərizəni qəbul edərək öz izahatında göstərmişdir ki, ərizəçi mediasiyaya qədər onlara müraciət etməmişdir. Müraciət mediasiyadan gəlmişdir. O, özü də mediasiya prosesində iştirak etmiş və barışıq sazişi bağlanmışdır. Barışıq sazişində göstərilən 4000 manat pul noyabr ayında ona görə ödənilməmişdir ki, həmin vaxtadək ərizəçi öz əşyalarını evdən çıxarmağa söz vermişdir. Lakin bu günədək çıxrmamışdır. Bu məsələ barışın sazişində əks olunmamışdır. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə etiraz etmir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Suraxanı rayon Məhkəməsinin 2(010)-3387/2021 saylı, 30.06.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə X5 arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 29.05.2016-cı il tarixdə 1999 nömrə ilə qeyd edilmiş nikahın pozulması, Maraqlı şəxs ilə X1 birgə nikahlarından doğulmuş 07.10.2017-ci il təvəllüdlü X2 boşanmadan sonra anası X1 yanında qalması, Maraqlı şəxs 07.10.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi, alimentin tutulması müddəti 02.06.2021-ci il tarixdən müəyyən edilməsi, qətnamənin aliment hissəsində dərhal icra olunması qət edilmişdir. İş üzrə Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.08.2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və X5 nikahı Suraxanı rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Nikaha 30.06.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 12.08.2021-ci il tarixdə 289 No ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Yusibova soyadı verilmişdir. İş üzrə Ərizəçi ilə Maraqlı şəxs nümayəndəsi X8 arasında, mediator X4 iştirakı ilə, bağlanılmış 27.09.2021-ci il tarixli 005 nömrəli barışıq sazişinin surətindən görünür ki, tərəflər “Sazişi” imzalamaqla birgə nikahları dövründə əldə olunan “Kia Rio” minik markalı (Xetçbek), 99UC782 dövlət nömrə nişanlı, 2012-ci il buraxılışlı, ağ rəngdə nəqliyyat vasitəsinin birgə nikahları dövründə birgə gəlirləri hesabına əldə olunduğunu nəzərə alaraq, Maraqlı şəxs həmin avtomobilin X1 payına düşən hissəsinin (50%) əvəzinə pul şəklində nəğd şəkildə 7000 (yeddi min) manat X3 verməklə qeyd edilən nəqliyyat vasitəsinə X1 payına xitam verməyi və bununla da həmin nəqliyyat vasitəsinin tam olaraq Maraqlı şəxs mülkiyyəti olduğunu qəbul etmişlər. Maraqlı şəxs 7000 (yeddi min) manatın 3000 manatını Saziş imzalanan gün nəğd şəkildə ödəmiş, qalan 4000 (dörd min) manatı 01.11.2021-ci ilədək ödənilməsini öhdəsinə götürmüşdür. 7000 (yeddi min) manat tam ödənildikdən sonra X1 qeyd edilən nəqliyyat vasitəsinə heç bir iddiası qalmayacaq. Maraqlı şəxs 3000 (üç min) manatı bu Sazişi imzalamaqla vermiş, X5 isə sazişi imzalamaqla həmin vəsaiti (3000 manatı) qəbul etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 29.05.2016-cı il tarixdə nikah bağlanılmış və tərəflərin birgə nikahdan 07.10.2017-ci il təvəllüdlü Xədicə adlı uşaqları var. Tərəflər arasında olan nikah Suraxanı rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşağın ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşağın saxlanılması üçün aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış nikah məhkəmə qaydasında pozulduqdan sonra tərəflər əmlak mübahisəsi ilə bağlı mediasiyaya müraciət etmiş, mediasiya prosesində imzalanmış 27.09.2021-ci il tarixli barışıq sazişinə əsasən tərəflər “Sazişi” imzalamaqla birgə nikahları dövründə əldə olunan “Kia Rio” minik markalı (Xetçbek), 99UC782 dövlət nömrə nişanlı, 2012-ci il buraxılışlı, ağ rəngdə nəqliyyat vasitəsinin birgə nikahları dövründə birgə gəlirləri hesabına əldə olunduğunu nəzərə alaraq, Maraqlı şəxs həmin avtomobilin X1 payına düşən hissəsinin (50%) əvəzinə pul şəklində nəğd şəkildə 7000 (yeddi min) manat X3 verməklə qeyd edilən nəqliyyat vasitəsinə X1 payına xitam verməsi və bununla da həmin nəqliyyat vasitəsinin tam olaraq Maraqlı şəxs mülkiyyəti olduğunu qəbul etməsi, Maraqlı şəxs 7000 (yeddi min) manatın 3000 manatını Saziş imzalanan gün nəğd şəkildə ödəməsi, qalan 4000 (dörd min) manatı 01.11.2021-ci ilədək ödənilməsini öhdəsinə götürməsi, 7000 (yeddi min) manat tam ödənildikdən sonra X1 qeyd edilən nəqliyyat vasitəsinə heç bir iddiası qalmaması, Maraqlı şəxs 3000 (üç min) manatı bu Sazişi imzalamaqla verməsi, X5 isə sazişi imzalamaqla həmin vəsaiti (3000 manatı) qəbul etməsi barədə razılığa gəlmişlər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mediasiya prosesində imzalanmış 27.09.2021-ci il tarixli barışıq sazişinə əsasən cavabdeh 3000 manatı vermis, o, isə həmin vəsaiti qəbul etmişdir. Lakin, cavabdeh Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozaraq, 01.11.2021-ci ilədək ona ödəniləcək 4000 manat pul vəsaitini ödəməmişdir. Bu səbəbdən iddiaçı barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 24.6-cı maddəsinə əsasən mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. Eyni Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Göstərilən Qanunun 33-cü maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur (maddə 33.2) Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır (maddə 33.3). Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir (maddə 33.4.) Eyni Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur (maddə 34.2). Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər (maddə 34.3). Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) (maddə 34.4). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur (maddə 34.5). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi məhkəmənin xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (maddə 355-25.3) Göstərilən Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Eyni Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, tərəflər arasında mediatorun iştirakı ilə 27.09.2021-ci il tarixdə bağlanılmış barışıq sazişinin şərtləri cavabdeh tərəfindən könüllü qaydada icra edilmədiyi üçün və cavabdeh onun icrasından imtina etdiyi üçün ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlı hesab edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və hər hansı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, ərizə təmin edilməli, mediasiya prosesində bağlanmış 27.09.2021-ci il tarixli, 005 nömrəli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs (nümayəndə X6 vasitəsi ilə) arasında, mediator X4 iştirakı ilə, mediasiya prosesində bağlanılmış 27.09.2021-ci il tarixli 005 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “Tərəflər “Sazişi” imzalamaqla birgə nikahları dövründə əldə olunan “Kia Rio” minik markalı (Xetçbek), 99UC782 dövlət nömrə nişanlı, 2012-ci il buraxılışlı, ağ rəngdə nəqliyyat vasitəsinin birgə nikahları dövründə birgə gəlirləri hesabına əldə olunduğunu nəzərə alaraq, Maraqlı şəxs həmin avtomobilin X1 payına düşən hissəsinin (50%) əvəzinə pul şəklində nəğd şəkildə 7000 (yeddi min) manat X3 verməklə qeyd edilən nəqliyyat vasitəsinə X1 payına xitam verməyi və bununla da həmin nəqliyyat vasitəsinin tam olaraq Maraqlı şəxs mülkiyyəti olduğunu qəbul edirlər. Maraqlı şəxs 7000 (yeddi min) manatın 3000 manatını Saziş imzalanan gün nəğd şəkildə ödəyir, qalan 4000 (dörd min) manatı 01.11.2021-ci ilədək ödənilməsini öhdəsinə götürür. 7000 (yeddi min) manat tam ödənildikdən sonra X1 qeyd edilən nəqliyyat vasitəsinə heç bir iddiası qalmayacaq. Maraqlı şəxs 3000 (üç min) manatı bu Sazişi imzalamaqla verdi, X5 isə sazişi imzalamaqla həmin vəsaiti (3000 manatı) qəbul etdi”. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-890/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-890/2022
08.04.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver