Məhkəmə qərarları › İş №2(009)-906/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-906/2020

23.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-906/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh və onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus əmlakın Cavabdeh alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək faktiki nikah münasibətlərində olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Damla adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə evləndikdən sonra Bakı şəhəri, Səbail rayonu, Çerniyovski küçəsi, 34 ünvanda yaşamışlar. Mənzildən çıxdığı zaman aşağıdakı özünəməxsus əmlaklar yaşadığı evdə qalmışdır: Qızıl Komplekt dəst, sırğa, üzük, sep, qolbaq- 1800 manat, Nişan üzüyü 1 ədəd qızıl brilyant qaş – 800 manat, Həriye gələn üzük 1 ədəd qızıl brilyant qaş- 500 manat. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, iddiaçıya məxsus Qızıl Komplekt dəst, sırğa, üzük, sep, qolbaq- 1800 manat, Nişan üzüyü 1 ədəd qızıl brilyant qaş – 800 manat, Həriye gələn üzük 1 ədəd qızıl brilyant qaş- 500 manat dəyərində əmlakın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və bildirdi ki, İddiaçı onun qızıdır və qızı ilə cavabdehin rəsmi nikahı olmamışdır. El qaydası ilə toy etdikdən sonra qızı Ləman cavabdehin anası ilə birlikdə yaşadığı evə gəlin köçmüş və cehiz əmlakını da həmin evə aparmışdır. Cavabdehin anası və bacısının təsiri üzündən qızı Ləmanın günü cavabdehin evində xoş keçməmişdir. Hətta qızı doğum evinə gedəndə ona zəng vurmuş və qızını Xırdalandakı doğum evinə o özü gəlib aparmış, nə cavabdeh, nə də anası gəlməmişdir. Uşaq doğulduqdan sonra qızı uşaqla birlikdə öz evinə aparmış, sonra qızının cehiz əmlakını cavabdehin evindən götürmüşlər. Cehizi cavabdehin evindən götürəndə qızıl-zinət əşyalarını tələb etməmişlər, belə ki, qızı Ləman ona bildirmişdir ki, ona nişan və toy mərasimlərində hədiyyə olunmuş qızıl-zinət əşyalarını toydan 4-5 gün sonra cavabdeh götürərək öz borclarına görə satmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın əsassız olduğundan rədd olunmasını xahiş etdi və izahat verərək bildirdi ki, o, iddiaçı ilə xx xxxx 2019-cu il tarixdə el adəti ilə toy edərək ailə qurmuş və iddiaçı onun anası ilə birlikdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən evinə gəlin köçmüşdür. İddiaçıya toy və nişan vaxtı iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları verilmişdir. Lakin həmin əşyaların cəmi dəyəri 1800 manat təşkil edir. Həmin əşyaların qiyməti iddia ərizəsində şişirdilməklə göstərilmişdir. İddia tələbində göstərilən qızıl-zinət əşyalarını iddiaçı atasını çağırıb doğum evinə gedərkən götürüb özü ilə aparmışdır. Uşaq doğulandan sonra iddiaçı doğum evindən öz valideynlərinin evinə çıxıb getmiş və bir daha onun evinə qayıtmamışdır. Sonra iddiaçının valideynləri gəlib onun cehiz əşyalarını onun evindən götürüb aparmış, lakin qızıl-zinət əşyaları barədə heç bir söz deməmişlər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında tibb şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə X1 anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. İddiaçı 3100 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehdən alınıb ona verilməsi barədə iddia irəli sürsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi həmin əşyaların toydan 4-5 gün sonra cavabdeh tərəfindən satıldığını bildirmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar