Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-91/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçı “xxxxxxxx” ASC-nin - cavabdehlərCavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinədair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx” ASC - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı « kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın xeyrinə 1,100,000 ABŞ dolları əsas borc, 36239,61 ABŞ dolları faiz borcu, illik 5% ilə hesablanmış 93194,44 ABŞ dolları, 277573,33 ABŞ dolları məbləğində penya borcu olmaqla, ümumilikdə 1,507007,38 ABŞ dolları borcun, bildirişin qeydə alınması üçün ödənilmiş 150 manat dövlət rüsumunun, sənədlərin notariat qaydasında təsdiqlənməsi üçün ödənilmiş 212 manat xərcin əvəzi və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq «xxxxxxxx» ASC-yə verilməsi, tələbin Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesində istifadədə olan 0,03737 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 544,80 kv.m olan 1A nömrəli fərdi yaşayış evinə, ünvan 1 ünvanında yerləşən 14, 15, 16, 17/18 nömrəli mənzillərə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına «xxxxxxxx» ASC-yə olan borcun ödənilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesində istifadədə olan 0,03737 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 544,80 kv.m olan 1A nömrəli fərdi yaşayış evi satıldıqdan sonra Cavabdeh3, onun ailə üzvləri və digər şəxslər, ünvan 1 ünvanında yerləşən 14, 15, 16, 17/18 nömrəli mənzillər satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh2, Cavabdeh4, onların ailə üzvləri və digər şəxslərin müvafiq yaşayış sahələrindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxx” ASC xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qaldırılmış iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərməhkəməiclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmuş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbibarədəməhkəməyə məlumatverməmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, cavabdehlərin məhkəmə iclasına gəlməməsi işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azər. Resp. MPM-nın 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə isə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxxxxxx” ASC-nin - cavabdehlərCavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinədair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-91/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-91/2020
28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver