Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-920/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məmmədli Kənan Fuad oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə oğlunun, Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 və Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1983-cü il təvəllüdlü X5 xx xxxxxx 2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, keçmiş əri xx.xx.1983-cü il təvəllüdlü X9 xx.xx.2020-ci tarixdə ünvan 1 ünvanında yerləşən, ailələrinə məxsus bağ evində vəfat etmişdir. (onun qeydiyyat ünvanı: ünvan 2 məlumata görə onun halı pisləşmiş, təcili tibbi yardım çağırılmış və o, tibbi yardım həkimi çatanadək vəfat etmişdir. X9 ilə nikahı 21,06.2014-cü il tarixdə qeydə alınmışdır, xx.xx.2017-ci il tarixdə pozulmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X7 anadan olmuşdur. O, onun qanuni nümayəndəsidir. Maraqlı şəxs1 ilə X6 nikahı xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır və xx.xx.2012-ci il tarixdə pozulmuşdur. Birgə nikahlarından xx.xx.2010-cu il tarixli X11 anadan olmuşdur, Maraqlı şəxs1 onun qanuni nümayəndəsidir. Hazırda adları qeyd edilmiş uşaqlar X7 və X1 Fərid Fikrətoviçin qanun üzrə vərəsələridir. Onlarda olan məlumata əsasən X9 başqa nikahda olmamışdır, başqa vərəsələri yoxdur. Vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat orqanına müraciət edildikdə bizdən vərəsəlik işinin açılması üçün ölüm faktını təsdiq edən ölüm haqqında şəhadətnamə və ya bu faktın təsdiq olunmasına dair məhkəmə qərarı tələb edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması üçün Suraxanı rayonu qeydiyyat şöbəsinə müraciət etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli imtina məktubu əsasında ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. (şəhadətnamənin verilməsinin mümkünsüzlüyü qeyd edilmişdir). Yəni MPM-nin 308-ci maddəsinin tələbinə əməl edilib. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən TTYS-nm arayışında xəstənin ölüm səbəbi göstərilmədiyinə görə 23 saylı poliklinikası tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 1.4-cü maddəsinə görə lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Eyni zamanda, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını yoxlayır. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 93-cü bəndinə görə miras qoyanın ölüm faktını və mirasın açıldığı vaxtı təsdiq edən sənədlər aşağıdakılar hesab edilir: fiziki şəxsin ölümü haqqında qeydiyyat orqanının verdiyi şəhadətnamə: şəxsin ölmüş elan edilməsi, yaxud ölümün qeydə alınması faktı barədə çıxarılmış məhkəmə qərarı. Bununla da, vərəsəlik işinin açılması, adları yuxarıda qeyd edilmiş vərəsələrin vərəsəliyə çağırılması məqsədi ilə ölüm faktının müəyyən edilməsi zəruridir. Qeydiyyat orqanı bu faktı müəyyən etməyin mümkünsüzlüyünü qeyd etdiyinə görə məhkəməyə müraciət etmişdirlər. Ərizəçi sonradan dəqiqləşmə ərizəsi verərək X5 soyadı iddia ərizəsində texniki səhvə yol verilərək Fikratoviç qeyd edildiyi üçün Firkatoviç kimi qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə oğlu ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən şahid X15 izahat verərək bildirmişdir ki, Fərid onun qrup yoldaşı olmuşdur. Heç bir xəstəliyi yox idi, sadəcə çox içki içirdi. Ailəsi də çox güman ki, elə ona görə dağılmışdır. İki ailəsi olmuşdur. Sonuncu ailəsi İlahə xanımla olmuşdur. Ona birinci Niyaz zəng edib deyib ki, Fərid öz evində yıxılıb, vəziyyəti pisdir. Onlar oraya gedəndə bir qonşusu, iki nəfər də cavan qız orada olub. Polisin yox, təcili tibbi yardımın əməkdaşları gəlmişlər. İçəri daxil olanda isə nədən dünyasını dəyişdiyini bilmədiklərini, koronadan ölə bilər düşünmüşlər. Onlar dəfn mərasimində də iştirak etmişlər. Tatar qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmənin baxış iclasında iştirak edən şahid X12 izahat verərək bildirmişdir ki, onlar Fəridlə bir yerdə işləmişlər, o onun dostu olub. Onun vaxtaşırı allergiyası olurdu, ciddi bir xəstəliyi olması barədə məlumatı yoxdur. Spirtli içki çox qəbul edirdi. Ölümünün səbəbini dəqiq bilmir, amma həkimlərin dediyinə görə qaraciyər çatışmazlığı olmuşdur. Son bir ay ərzində pandemiya ilə əlaqədar onu görməmişdir. Heç tanımadığı bir nömrədən zəng edib ona bir xanım deyib ki, Fərid öz evində yıxılıb halı pisdir, içkilidir gəzə bilmir. Yarım saatdan sonra o da oraya gəlmişdir. Tatar qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsi və vəkilinin, maraqlı şəxsin, şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan AZ-İİİ 519143 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X10 (tatar), ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 578989 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X10 (tatar), ana qrafasında Maraqlı şəxs1 qeyd edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ilə X10 arasında xx xxxx 2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X7 anası Ərizəçi yanında saxlanılmış, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 150 manat aliment tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ 166153 saylı nikahın pozulmasına dair şəhadətnamədən görünür ki, Maraqlı şəxs1 Əlisafa qızı ilə X10 arasında bağlanmış nikah pozulmuş, xx.xx.2012-ci ildə 188 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdə, saat 12:10da çağırış daxil olmuşdur. Həkimə qədər kişi meyidi aşkar edilmişdir. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsinə ünvanlanmış məktubdan görünür ki, ona X5 ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi mərhum atasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə X5 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin keçmiş əri X5 adına xx.xx.2020-ci il tarixdə, saat 12:10-da təcili tibbi yardım stansiyasına çağırış olmuş, həkimlər gələnə kimi X10 vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X5 xx xxxxxx 2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxx 1983-cü il təvəllüdlü X5 xx xxxxxx 2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X5 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-920/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-920/2021
12.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver