Məhkəmə qərarları › İş №2(009)-979/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-979/2023

05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-979/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Sabunçul rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçul rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, XX.12.1915-ci il təvəllüdlü X3 xx.xx.1978-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, anası X6 xx.xx.1978-ci il tarixində yaşadığı Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi dairə üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan da göründüyü kimi X6 1915-ci ildən vəfat etdiyi xx.xx.1978-ci il tarixinə kimi Maştağa qəsəbəsi, ünvan 1 ünvanında daimi pasport qeydiyyatında yaşamışdır. Bakı şəhəri Sabunçu rayon Maştağa qəsəbəsində dəfn edilmişdir. Məlumatlarının olmaması səbəbindən vaxtında müraciət etməyi üçün anası barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsədə, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirilmişdir. Bununla bağlı sənədləşmə işi ilə bağlı Asan xidmət mərkəzinin notariat ofisinə müraciət etdiyi zaman ölüm haqqında şəhadətnamənin əsli tələb olundu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə əsasən «ölüm haqqında tibbi şəhadətnamə» olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı ərizəsində işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. AR MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi, xx.xx.1952-ci ildə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Sabunçu RİHB-nın Maştağa qəsəbə İnzibati ərazi dairə üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 5-H-5/2-1952/2023 nömrəli arayışından görünür ki, Ərizəçi mərhum anası X1 qəsəbəsi, ünvan 6 ünvanında vəfat etdiyi 1978-ci ilədək yaşamışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu RİHB-nın Maştağa qəsəbə İnzibati ərazi dairə üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 5114 nömrəli arayışından görünür ki, X6 XX.12.1915-ci ildən vəfat etdiyi xx.xx.1978-ci il tarixədək Maştağa qəsəbəsi, ünvan 7 ünvanında daimi pasport qeydiyyatında olmaqla yaşamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5/7-536/2023 saylı məktubdan görünür ki, ona X3 ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28 yavnar 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası Novruzəli Xudaverdi oğlu, anası isə Gülnisə Bəşir qızıdır. İş materiallarında olan olan İİ-JQ 282529 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X4 ilə 31 yanvar 1979-cu il tarixdə nikahlarını bağlamışlar. Nikahdan sonra ərizəçiyə Sadıxova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 528003 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 17 mart 2012-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2012 ilin mart ayının 30 günündə 179 No ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum X3 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 12 dekabr 1978-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX dekabr 1915-ci il təvəllüdlü X3 12 dekabr 1978-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar