Məhkəmə qərarları › İş №2(009)-984/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-984/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-984/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əliyeva Aygün Həsən qızının katibliyi, cavabdeh «X3 Mərkəzi» MMC-nin nümayəndəsi Dadaşov Taleh Ağababa Bədəlov oglunun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs «xxxxxxxxx» ASC-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyəm üçüncü şəxs qismində "xxxxxxxxx" ASC və Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsi işə cəlb edilməklə) cavabdeh "X3 Mərkəzi" MMC-yə qarşı hərracın qiymətləndirilməsinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı(mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyəm üçüncü şəxs qismində "xxxxxxxxx" ASC və Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsi işə cəlb edilməklə) cavabdeh "X3 Mərkəzi" MMC-yə qarşıiddia ərizəsi ilə məhkəməyə müracəit edərək, ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 6-cı döngə, 13 A saylı ünvanda istifadədə olan 0.050464 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 432.6 kv.m. ümumi, 215,9 kv.m. yaşayış sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə dair qiymətləndirmənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-699/2015 saylı qətnaməsinə əsasən iddiaçı «xxxxxxxxx» ASC-nin cavabdeh X2 qarşı pul tələbi barədə iddiası qismən təmin edilərək, 397010, 92 manat əsas, faiz borcuna görə 111381,78 manat, dəbbə məbləğinə görə isə 500 manat pulun tutulması, borcun cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 6-cı döngə, 13A saylı ünvanda istifadədə olan 0.050464 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 432,6 kv.metr ümumi, 215,9 kv.metr yaşayış sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, qətnamə qüvvədə saxlanmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icra vərəqi verilmişdir. Xətai rayon icra və probasiya Şöbəsindən sənədlər X3 Mərkəzinə göndərilmişdir. Həmin Mərkəzdə onların iştirakı olmadan bir dəfə xx xxxxxx 2020-ci il tarixdə hərrac keçirilmişdir. Bu barədə ona heç bir bildiriş, xəbərdarlıq gəlməmişdir. O, bundan gec xəbər tutduqdan sonra həmin Hərrac Mərkəzinə müraciət etmiş, ona bildirmişlər ki, hərracda əmlakı 780.000 manat dəyərləndirilərək hərraca çıxarılmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-699/2015 saylı qətnaməsində qeyd edilmişdir ki, ipoteka müqaviləsinə əsasən əmlakı 1.000.000 manat dəyərində qiymətləndirilmişdir. Hərrac zamanı əmlakı 780.000 qiymətləndirilməsi onda böyuk narazılıq yaratmışdır. Axı iddiaçı və tələbkar olan «xxxxxxxxx» ASC-nin iştirakı ilə mütəxəssis rəyi və müvafiq qaydalar əsasında əmlakı 1.000.000 manat qiymətləndirildiyi halda bu məbləğ necə ola bilər ki, 780.000 manat kimi qiymətləndirilir? Bu qiymətləndirilmə hansı qurumun, hansı mütəxəssisin rəyi və mülahizəsi əsasında dəyərləndirilmişdir? Hesab edir ki, işin obyektiv həlli üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 6-cı döngə, 13A saylı ünvanda istifadədə olan 0.050464 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 432,6 kv.metr ümumi, 215,9 kv.metr yaşayış sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinin dəyərinin qiymətləndirilməsinə dair məhkəmə-əmtəəşünaslıq, məhkəmə tikinti inşaat və məhkəmə mühasibatlıq ekspertizaları təyin edilməklə daşınmaz əmlakın real dəyəri müəyyən edilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi isə, məhkəməyə müraciət edərək, mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh «X3 Mərkəzi» MMC-nin nümayəndəsi X6 işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş edərək, iddia tələbini qəbul etməyərək göstərdi ki, ipoteka əmlakın qiyməti qətnamədə müəyyən edilmiş, ona görə də, əmlakın sonradan qiymətləndirilməsinə ehtiyac olmamışdır. Qiymət məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən həmin qiymətlə də, hərraca çıxarılmışdır. Hərrac qanuni şəkildə keçirilib, tərəflərə də bu barədə məlumat verilib. Ona görə də, hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iclasına müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuş «xxxxxxxxx» ASC-nin nümayəndəsi X7, iddia tələbini qəbul etməyərək bildirdi ki, ipoteka əmlakın qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən həmin qiymətlə də, hərraca çıxarılmışdır. hərrac barədə bildirişlər iddiaçının ünvanına göndərilib, həmin ünvanda bildirişləri imzalayıb qəbul ediblər. Hərrac barədə iddiaçının məlumatı olubdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuş Bakı şəhəri Səbail rayon İcra və Proobasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.2-ci maddəsinə əsasən ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. “İpoteka haqqında” Qanunun 41.4-cü maddəsinə görə də, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, borclu ilə «xxxxxxxxx» ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə ilə ipoteka predmetinin ilkin satış qiyməti 780000 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(011)-699/2015 saylı qətnaməsindən görünür ki, 397010,92 manat məbləğində əsas borc, 111381,78 manat məbləğində faiz borcu, 500 manat məbləğində dəbbə pulu, cəmi 508 892,70 manat məbləğində kredit borcu və 30 manat məbləğində iddia əri zəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu X1 alınaraq «xxxxxxxxx» ASC-yə ödənilməsi, tələbin ilkin olaraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 6-cı döngə, 13A saylı ünvanda istifadədə olan 0.050464 ha torpaq sahəsində yerləşən, 2 mərətəbəli, 432,6 kv.metr ümumi, 215,9 kv.metr yaşayış sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 6-cı döngə, 13 A saylı ünvanda istifadədə olan 0,050464 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 432.6 kv.metr ümumi, 215,9 kv.metr yaşayış sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 780000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən «xxxxxxxxx» ASC-yə borcun ödənilməsi qət edilmişdir. Mübahisəli daşınmaz əmlakların cavabdeh tərəfindən düzgün qiymətləndirilməməsi barədə iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsinə dair ekspert rəyi alınması barədə qərardad qəbul edilmiş, rəyin verilməsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nə həvalə edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx»MMC-nin 26 saylı, xx.xx.2015-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 6-cı döngə, 13A saylı ünvanda istifadədə olan 0.050464 ha torpaq sahəsində yerləşən, 2 mərətəbəli, 432,6 kv.metr ümumi, 215,9 kv.metr yaşayış sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 6-cı döngə, 13 A saylı ünvanda istifadədə olan 0,050464 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 432.6 kv.metr ümumi, 215,9 kv.metr yaşayış sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinin bazar dəyərinin 780000 manat təşkil etməsi müəyyən edilmişdir. Beləliklə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmeti olan iddiaçıya məxsus əmlakın ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməklə qətnamədə göstərilmişdir, ona görə də, iddiaçını qeyd olunan dəlili əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbləri əsassızdır və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına maneələrin yaradılması məqsədini güdür, ona görə də, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı (üçüncü şəxs qismində "xxxxxxxxx" ASC və Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsi işə cəlb edilməklə) cavabdeh "X3 Mərkəzi" MMC-yə qarşı hərracın qiymətləndirilməsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar