Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1010/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi 06.*0.*935-ci il tarixdə doğulmuş X4 *4.03.*994-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçinin nənəsi X8 06.*0.*935-ci ildə Salyan rayonunda doğulmuş, *4.03.*994-cu il tarixində yaşadığı evdə vəfat etmişdir. Sonradan nənəsinin ölüm şəhadətnaməsini almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, Suraxanı rayon Qeydiyyat Şöbəsi 300*-05/70 saylı 04.*2.2024-ci il tarixli arayışla bildirmişdir ki, X8 barəsində Bakı şəhəri, Suraxanı qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında ilkin akt qeydləri *994-*997-ci il üzrə yoxlanılmışdır. Ölüm haqqında bərpa akt qeydləri *995-20*3-cü il üzrə yoxlanılmışdır. Nənəsi - X4 *4.03.*994-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması ərizəçiyə miras, vərəsəlik məsələsi ilə bağlı lazımdır. Nənəsinin ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməsinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə nənəsi X4 ölüm faktı müəyyən olunmalıdır. Tәrәflәrin izahatı Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi 2*.02.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidlәrin ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, o, Ərizəçi bibisidir. X2 isə onun anasıdır. Anası evdə ürək tutmasından vəfat etmişdir. Mərhum Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə qardaşı oğluna vərəsəlik məsələləri ilə bağlı lazımdır, buna heç bir etirazım yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X*0 ifadəsində göstərdi ki, o, Ərizəçi anasıdır. X2 isə onun qaynanasıdır. Ürək tutmasından vəfat etmişdir. Mərhum Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsində dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə oğluna vərəsəlik məsələləri ilə bağlı lazımdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları Suraxanı rayon VVAQ şöbəsi tərəfindən 04.06.*997-ci ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.*989-cu ildə doğulmuş və valideynləri X5 və X9r. Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 04.*2.2024-cü il tarixli 300*- 05/70 nömrəli arayışın görünür ki, X8 barəsində Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar edilmədi. Ölüm haqqında ilkin akt qeydləri *994- *997-ci il üzrə yoxlanılmışdır. Ölüm haqqında bərpa akt qeydləri *995-20*3-cü il üzrə yoxlanılmışdır. X* məxsus məzar daşı fotoşəkillərindən görünür ki, o, *4.03.*994-cü il tarixində vəfat etmişdir. Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsinin 05.*2.2024-cü il tarixli 238 nömrəli arayışdan görünür ki, ərizəçini nənəsi X2 *4.03.*994-cü il tarixində vəfat etmiş, Zığ kənd qəbiristanlığında dəfn olunmuşdur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi Bakı Baş Səhiyyə Mərkəsi publik hüquqi şəxsi 30 nömrəli Ambulatoriyasının 07.*2.2024-cü il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, *4.03.*994-cü il tarixində vəfat etmiş nənəsi 06.*0.*935-ci il təvəllüdlü X4 30 nömrəli Ambulatoriyanın xidmət göstərdiyi ərazidə yaşaması, tibbi qeydiyyatda olması, xəstəliklə əlaqədar müraciətinin olması və onun adına ölümün qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. 23.03.*993-cü il tarixli 5*6779 nömrəli pasportdan görünür ki, X8 06.*0.*935-ci ildə Salyan rayonunda doğulmuşdur. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mәhkәmәnin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi nənəsi 06.*0.*935-ci il təvəllüdlü X8 *4.03.*994-cü il tarixdə vəfat etmişdir. Ərizəçi nənəsi X4 ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçinin nənəsi X4 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 06.*0.*935-ci il tarixdə doğulmuş X4 *4.03.*994cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X4 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06.*0.*935-ci il təvəllüdlü X4 *4.03.*994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X4 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1010/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1010/2025
03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver