Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1045/2023 08.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan divan-keslo dəsti-1100 manat, stol-stul dəsti 578 manat, yataq dəsti (taxt, termo, paltar dolabı, 2 ədəd tumba) - 1700 manat, soyuducu- 800 manat, paltaryuyan maşın - 650 manat, televizor-700 manat, 1 ədəd Çilçıraq - 100 manat, 3 ədəd xalça- 700 manat, 1 ədəd 4 metrəlik daroşka -110 manat, ədəd 4 metrəlik daroşka -80 manat, stolüstü işıq-15 manat, taxt üçün adyal - 50 manat, pakrıval dəsti - 70 manat, 4 ədəd astıq-40 manat, 1 ədəd məxmər süfrə 40 manat, qaşıq dəsti (çemodan) 120 manat, bıçaq dəsti (çemodan)-170 manat, 12 nəfəlik servis- 200 manat, qrafinka-stəkan dəsti 50 manat, Qranit qazan dəsti - 150 manat, 1ədəd güldan -50 manat, ütü masası -45 manat, birgə yaşayış dövründə alınan mətbəx mebeli-950 manat, baz peçi-120 manat, asperator 120 manat, kondisioner 200 manat (işlənmiş alınıb), cəmi dəyəri 8908 manat dəyərində daşınar əşyaların natura formasında, naturada aşkar olunmayan əşyaların isə dəyərinin Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə müraciət edərək, Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia tələbindən imtina etdiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı həmçinin məhkəməyə 08 may 2023-cü il tarixli barışıq sazişini də təqdim etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddiaçı ilə aralarında barışı sazişi bağlandığını və iddiaçının öz iddiasından imtina etdiyini bildirmiş, barışıq sazişinin təsdiq edilməsini və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin 08 may 2023-cü il tarixli barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbi barədə iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 08 may 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: -İddiaçı 2(010)-1045/2023 saylı mülki iş üzrə iddia tələbinin "birgə yaşayış dövründə alınan əşyaları - mətbəx mebeli-950 manat, qaz peçi-120 manat, asperator 120 manat və kondisioner 200 manat (işlənmiş alınıb)” hissəsində iddiadan imtina edir və həmin hissədə icraata xitam verilməsini xahiş edir. -Cavabdeh iddia tələbinin "divan-keslo dəsti-1100 manat, stol-stul dəsti 578 manat, yataq dəsti (taxt, termo, paltar dolabı, 2 ədəd tumba) - 1700 manat. soyuducu- 800 manat, paltaryuyan maşın - 650 manat, televizor - 700 manat, 1 ədəd çilçıraq -100 manat, 3 ədəd xalça- 700 manat, 1 ədəd 4 metrəlik daroşka -110 manat, 1 ədəd 4 metrəlik daroşka -80 manat, stolüstü işıq-15 manat, taxt üçün adyal - 50 manat, pakrıval dəsti - 70 manat, 4 ədəd yastıq-40 manat, 1 ədəd məxmər süfrə 40 manat, qaşıq dəsti (çemodan) 120 manat, bıçaq dəsti (çemodan)-170 manat, 12 nəfəlik servis-200 manat, qrafinka-stəkan dəsti 50 manat, qranit qazan dəsti - 1 5 0 manat, 1 ədəd güldan -50 manat, ütü masası - 45 manat, cəmi 7518 dəyərində əmlaklar hissəsində” iddianı qəbul edir, həmin əmlakların, əmlaklar olmadığı təqdirdə isə dəyərinin alıraraq İddiaçı verilməsini xahiş edir. -Cavabdeh barışıq Sazişi imzalandığı gündən əmlakları cavabdehə əmlakların olduğu ünvanda təhvil verməyi, cavabdeh İddiaçı isə təhvil almağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.... İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (m.52.5.). Həmin Məcəllənin 191.1.-ci və 191.2-ci maddələrinə əsasən, İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddələrinə əsasən, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:...tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə;... Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir (m.36.1.). Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər (m.36.2). Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni həll etdiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Bundan başqa tərəflərin barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub, onların iradələrini ifadə edir və onların barışıq sazişi hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbi barədə iddia ərizəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 08 may 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: -İddiaçı 2(010)-1045/2023 saylı mülki iş üzrə iddia tələbinin "birgə yaşayış dövründə alınan əşyaları - mətbəx mebeli-950 manat, qaz peçi-120 manat, asperator 120 manat və kondisioner 200 manat (işlənmiş alınıb)” hissəsində iddiadan imtina edir və həmin hissədə icraata xitam verilməsini xahiş edir. -Cavabdeh iddia tələbinin "divan-keslo dəsti-1100 manat, stol-stul dəsti 578 manat, yataq dəsti (taxt, termo, paltar dolabı, 2 ədəd tumba) - 1700 manat. soyuducu- 800 manat, paltaryuyan maşın - 650 manat, televizor - 700 manat, 1 ədəd çilçıraq -100 manat, 3 ədəd xalça- 700 manat, 1 ədəd 4 metrəlik daroşka -110 manat, 1 ədəd 4 metrəlik daroşka -80 manat, stolüstü işıq-15 manat, taxt üçün adyal - 50 manat, pakrıval dəsti - 70 manat, 4 ədəd yastıq-40 manat, 1 ədəəd məxmər süfrə 40 manat, qaşıq dəsti (çemodan) 120 manat, bıçaq dəsti (çemodan)-170 manat, 12 nəfəlik servis-200 manat, qrafmka-stəkan dəsti 50 manat, qranit qazan dəsti - 1 5 0 manat, 1 ədəd güldan -50 manat, ütü masası - 45 manat, cəmi 7518 dəyərində əmlaklar hissəsində” iddianı qəbul edir, həmin əmlakların, əmlaklar olmadığı təqdirdə isə dəyərinin alıraraq İddiaçı verilməsini xahiş edir. -Cavabdeh barışıq Sazişi imzalandığı gündən əmlakları cavabdehə əmlakların olduğu ünvanda təhvil verməyi, cavabdeh İddiaçı isə təhvil almağı öhdəsinə götürür. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-1045/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1045/2023
08.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver