Məhkəmə qərarları › İş №2(010)-1052/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1052/2024

17.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1052/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X*2 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. *9 iyul *977-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 286870 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 09 iyul *977-ci il tarixdə doğulmuş X2 anasıdır.

2. Bakı şəhər Təcili və X4 Stansiyasının ** saylı bölməsinin *8 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, *8.**.2023-cü il tarixdə, saat 08.40-da X2 adına təcili tibbi yardım çağırışı daxil olmuşdur. Xəstəyə “həkimə qədər ölüm, kişi cinsli meyit” diaqnozu qoyulmuşdur.

3. Bülbülə Bələdiyyəsi tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli ** №-li arayışdan görünür ki, X* qəsəbə qəbirsanlığında dəfn edilmişdir.

4. Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 08 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür.

İşin faktiki halları

5. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X5 *8 noyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Bülbülə qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Sadəcə olaraq X6 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.

Ərizəçinin tələbi

6. Ərizəçi Mustar qızı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 09 iyul *977-ci il təvəllüdlü X2 *8 noyabr 2023-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

7. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi ərizə göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

8. Məhkəmə iclasında ərizəçi X8 ərizəni müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, oğlu *5 yaşından spirtli içki aludəçisidir, nə etsə də onu bu vərdişindən yayındıra bilməmişdir. Sonda isə içkili olduğu vaxt 2 ayağını da spirtdən yandırmışdı. Oğlu onun yanında qalırdı, gecə vəziyyəti yaxşı deyildi, yatdığı yerdən qalxmaq istəyəndə yerə yıxılmış və orada da ölmüşdür. Oğlunu Bülbülə qəbirstanlığında dəfn etmişlər və dəfndə qohumlarının, qonşularınıın hamısı iştirak etmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, qardaşı 20 ilə yaxındır anası ilə yaşayırdı. Ona təxminən 8-*0 dəfə müalicə etdirmişlər, narkoloji dispanserdə yerləşərək müalicə almış, 2-3 ay müddət dispanserdən kənarda olub yenidən müalicə almaq üçün dispanserə geri qayıdırmış. Qardaşı keçən ilin noyabr ayının *8-də evdə vəfat edib. Anası səhər saat 7-də ona zəng edib qardaşının vəfat etdiyini bildirmişdir. Evə gələndə isə qardaşının koridorda hamam-tualet qarşısında yerdə olduğunu, ağzından qan gəldiyini görmüş, bu barədə həkimə və polisə zəng edib məlumat vermişdir. *0. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirdi ki, ərizəçi onun qonşusudur. O, yaddaşında problem olduğu üçün Telman Babayevin dəqiq nə vaxt vəfat etdiyini bilmədiyini, lakin evdə vəfat etdiyini və qonşu kimi onun dəfn mərasimində, yas mərasimlərində iştirak etdiyini bildirdi.

Tətbiq edilən hüquq

**. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

*2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”

8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi

*4. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *5. Məhkəmə hesab edir ki, X2 *8 noyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun oğlunun ölüm faktı müəyyən olunmalıdır.

Məhkəmə xərcləri

*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *7. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

*8. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 *8 noyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. *9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. X2 *8 noyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar