Məhkəmə qərarları › İş №2(010)-1068/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1068/2023

17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1068/2023 17.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı ASAN Xidmət X8rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi maraqlı şəxs 6 saylı Bakı ASAN Xidmət X8rşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən bacısı 02 iyun *958-cı il təvəllüdlü X3 03 yanvar 2023-cü il tarixdə vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, bacısı X9 02.06.*958-ci ildə anadan olmuşdur. Bacısı dünyasını dəyişmədən öncə, yəni vəziyyəti ağırlaşdıqda dərhal Təcili və X** Stansiyasını çağırılmış, xəstənin vəziyyəti barədə xəbərdar etmişlər. Lakin Təcili və X** Stansiyası gəldikdə bacısı artıq dünyasını dəyişmişdir. Buna görədə Təcili və X*2 Stansiyasının 7 saylı təcili yardım briqadası tərəfindən bacısının 03.0*.2023-ci il tarixində ölməsinə dair ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Qeyd edir ki, o, yaxın qohumları ilə birlikdə mərhum bacısını 04.0*.2023-cü il tarixində Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn etmişdir. Sonra isə, Xətai rayon 6 nömrəli şəhər poliklinikasına müraciət etsə də, bacısının ölümü haqqında sənədin (forma *06) verilməsi mümkün olmamışdır. Bundan sonra, o, bacısına ölüm haqqında şəhadətnamənin alınması üçün 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə rəsmi ərizə ilə müraciət etmiş, lakin ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtina məktubunda sözü gedən ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Həmçinin bildirir ki, mərhum X*n ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlərin həyata keçirilməsi mümkün deyildir. Odur ki, yuxarıda qeyd olunanları əsas götürərək, 03.0*.2023-cü il tarixdə X*n ölüm faktının müəyyən edilməsi üçün ədalət mühakiməsini həyat keçirən məhkəməyə müraciət edir. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, yeni il ərəfəsində bacısına təbrik mesajı yazmış, lakin bacısı ona cavab verməmişdir. Üstündən bir neçə gün keçmiş, lakin bacısından xəbər almamışdır. 03 yanvar 2023-cü il tarixdə o bacısının evinə getmiş, lakin evin qapısını açan olmamışdır. Bu zaman o, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını çağırmış və onlar evin qapısını açmağa çalışmışlar. Bu zaman digər bacısı evin qapısını açmışdır. Məlum olmuşdur ki, bacısı vəfat edərək, evdə qalmış, digər bacısı isə şok keçirib, özündə olmamışdır. Ona görə ikinci bacısını həkimə aparmışdır. X* Suraxanı qəbirstanlığında dəfn etmişdir. Ərizəçi ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, bacısını ölümü ilə bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılmışdır. Bacısının üzərində ekspertiza keçirilməsinə icazə verməmişdir. Bacısı heç vaxt ailə həyatı qurmamış və digər bacısı ilə bir yerdə yaşamışdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs 6 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materialları. Təcili və X** Stansiyası tərəfindən verilmiş 07/25 saylı 03.0*.2023-cü il tarixli PHŞ X*8 Vərəqəsindən (həkim Süleymanov) görünür ki, təcili tibbi yardım briqadası 03.0*.2023cü il tarixdə çağırış üzrə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski 49, mənzil *54 ünvanına çatmış, xəstə 65 yaşlı X3 həkimə qədər öldüyünü, qadın cinsli meyidini aşkar etmişlər. Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsi tərəfindən verilmiş 06.0*.2023-cü il tarixli, 02 saylı arayışdan görünür ki, X2 qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında 04.0*.2023-cü il tarixində dəfn olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X20 “Bakı Baş Səhiyyə Mərkəzi” PBŞ (Xətai rayon) 06 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 07 saylı 06.0*.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski 49, mənzil *54 ünvanında daimi qeydiyyatda olmuş 02 iyun *958-ci il təvəllüdlü X9 xəstəliklə əlaqədar 6 nömrəli şəhər poliklinikasına müraciət etmədiyi üçün ona ölüm haqqında sənəd (forma-6) verilə bilmir. 6 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış *4.0*.2023-cü il tarixli, 05/Q-95/*5 saylı cavab məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alındığından və ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, ərizənin təmin edilməsi mümükün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bakı şəhəri Şaumyan (Xətai) Rayonu VVAQ Şöbəsinin 36-cı Bölməsi tərəfindən 07.04.*972-ci il tarixdə verilmiş, İ-JQ seriyalı, 336357 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (ata X5, ana X6) xx xxxxxx *972-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 07.04.*972-cı il tarixdə 825 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Şaumyan (Xətai) Rayonu VVAQ Şöbəsi tərəfindən *0.07.*958-ci il tarixdə verilmiş, İ-İE seriyalı, 3**5*9 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (ata X7, ana X6) 02 iyun *958-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *0 iyul *958-cı il tarixdə **08 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Şaumyan Rayonu İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsinin 8-ci Milis Bölməsi tərəfindən *3 may *980-ci il tarixdə verilmiş, Xİİ-JQ seriyalı, 5*626* nömrəli pasportun surətindən görünür ki, X9 02 iyun *958-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkilləri ilə müəyyən olunur ki, qəbiristanlığında dəfn olunmuş mərhumun qəbirüstü abidəsində Südabə Bədirxanova qeyd edilib. Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 04 nömrəli 03 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, 03 yanvar 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski 49, mənzil *54 ünvanında vəfat edən 02.06.*958-ci il təvəllüdlü X3 dəfn edilməsinə etiraz edilməmişdir. Bakı şəhəri Xətai Rayon Prokurorluğunun N-23 nömrəli 09 mart 2023-cü il tarixli məktubundan görünür ki, X3 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski 49, mənzil *54 ünvanında ölməsi barədə rayon prokurorluğunda cinayət işi istintaq edilməmiş və ya araşdırma aparılmamışdır. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə *94.*. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. *94.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə *95. Ölümün dövlət qeydiyyatına alınması qaydası *95.*. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələri: Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. ...307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*0. Ərizənin məzmunu və ərizəyə baxılması 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 nömrəli 3* oktyabr 2003-cü il tarixli Qərarı.

8. Ölümün qeydə alınması 8.*. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.... ...8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.... ....8.7....Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.... 8.*4. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”.

4. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası: 4.*. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X** Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.*-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir.... ....4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.... 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.*-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X*0 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.*. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi X*n 03.0*.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. O, bacısının ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə mərhumun qeydiyyata alındığı poliklinikaya, daha sonra 6 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi müraciət etmiş, lakin şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından, ölüm barədə akt qeydi tərtib edilməmişdir. İş materialları ilə təsdiq olunur ki, ərizəçi məhrum X3 ögey (ümumi anası olan) qardaşıdır. Yaxın qohumu olaraq, mərhumun ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlərin həyata keçirə bilmir. Hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 ölümü ilə bağlı tibb müəssisəsinin ölüm haqqında tibbi şəhadətnaməsi yoxdur. Məhz bu sənəd olmadığından, sonradan ərizəçi bacısının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. İş materiallarından göründüyü kimi, 03.0*.2023-cü il tarixdə çağırış üzrə təcili tibbi yardım briqadası Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski 49, mənzil *54 ünvanında olmuş və 65 yaşlı X3 həkimə qədər öldüyünü, qadın cinsli meyidini aşkar etmiş, Bakı şəhəri Xətai Rayon Prokurorluğu tərəfindən X3 dəfn edilməsinə etiraz edilməmiş, onun Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski 49, mənzil *54 ünvanında ölməsi barədə rayon prokurorluğunda cinayət işi istintaq edilməmiş və araşdırma aparılmamış, mərhum Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında 04.0*.2023-cü il tarixində dəfn olunmuşdur. Göründüyü kimi, ərizəçinin X*n 03.0*.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 02 iyun *958-cı il təvəllüdlü X3 03 yanvar 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 02 iyun *958-cı il təvəllüdlü X3 03 yanvar 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X3 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar