Məhkəmə qərarları › İş №2(010)-1070/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1070/2025

19.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1070/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası - X6 28 yanvar 20*9-cu il tarixində Bakı şəhəri Hövsan qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri

2. X3 *932-ci ildə Quba rayonunun Uzunmeşə kəndində anadan olmuş, uzun müddət Rusiya Federasiyasının Başqırdıstan vilayətində yaşamış və oranın vətəndaşı olmuşdur. 20*0-cu ildən xəstəliyi ilə bağlı Bakı şəhəri Hövsan qəsəbəsində ev mənzil *0-da onunla birgə yaşamış, 20*9-cu ilin yanvar ayının 28-də göstərilən ünvanda vəfat etmişdir. X*0 vəfat etdikdən sonra Hövsan qəsəbəsində yerləşən təcili tibbi yardım həkimləri tərəfindən ölüm faktı təsdiq edilmiş və müvafiq sənəd verilmişdir. Lakin həmin sənədin fotoşəkli saxlanılmış, özü isə itmişdir. Ölüm faktını təsdiq edən təcili tibbi yardım sənədinin yenidən alınması haqqında müraciət olunmuş, ancaq sənədin yalnız məhkəmə vasitəsilə əldə olunması barədə məlumat vermişlər. Ölüm haqqında sənəd almaq məqsədi ilə Baxıxanov qəsəbəsindəki Asan Xidmətə müraciət etmiş və şöbənin arxivində ölüm faktının qeydiyyatının reyestri kitabında atasının ölüm qeydi tapılmamışdır. Ona görə də Asan Xidmət qeydiyyat şöbəsindən ölüm sənədinin olmaması barəsində məhkəməyə təqdim edilməsi üçün məktub verilmişdir. X* ölüm faktının təsdiq edilməsi haqqında sənədi başqa yolla əldə etmək mümkün deyildir, həmin fakt yalnız məhkəmə qaydasında təsdiq edilməlidir.

Tərəflərin izahatları

3. İş üzrə maraqlı şəxs 4 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İş materialları

5. Rusiya Federasiyasının vətəndaşlıq pasportundan görünür ki, X*0 *8.**.*932-ci il tarixdə anadan olmuşdur. 6.Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*962-ci il tarixdə anadan olmuşdur. X2r.

7. Təcili və X9 Stansiyasının 28.0*.20*9-cu il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, X6 həkiməqədər ölümü qeydə alınmışdır.

8. İş materiallarında olan qəbir abidəsinin fotoşəklindən görünür ki, X6 28.0*.20*9-cu il tarixdə vəfat etməsi qeyd olunmuşdur.

9. 4 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış 0*.**.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. *0. 23 nömrəli Şəhər Poliklinikasının Ərizəçi ünvanlanmış *3.*2.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev *, mənzil *0 ünvanında yaşamış *932-ci il təvəllüdlü X6 vəfatı ilə əlaqədar 23 nömrəli Şəhər Poliklinikasına müraciət olunmamış və Ölüm haqqında tibbi şəhadətnamə (Forma *06) verilməmişdir. **. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, ərizəçinin dostudur. Ramazanov Şirin 20*9-cu ilin yanvar ayında Bakı şəhərində vəfat etmişdir və o, dəfn mərasimində iştirak etmişdir. X*6 rayonunun Uzunmeşə kəndində dəfn edilmişdir. *2. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, ərizəçinin dostudur. Ramazanov Şirin 20*9-cu il tarixdə Bakı şəhərində Hövsan qəsəbəsində vəfat etmiş və Quba rayonunun Uzunmeşə kəndində dəfn edilmişdir.

İşin faktiki halları

*3. İş materialları ilə müəyyən edilir ki, *8.**.*932-ci il təvəllüdlü X*0 28.0*.20*9-cu il tarixdə vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq

*4. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

*5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”

8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi

*7. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *8. Məhkəmə hesab edir ki, *8.**.*932-ci il təvəllüdlü X6 28.0*.20*9-cu il tarixdə etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bu hal həm işin halları ilə, həm də şahid ifadələri ilə təsdiq olunur. Ərizəyə tənqidi yanaşılması üçün hər hansı əsas yoxdur. Digər tərəfdən, göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun atasının ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin digər qaydada mərhum atasının barəsində ölüm haqqında şəhadətnaməni ala bilmək imkanı yoxdur.

Məhkəmənin gəldiyi nəticə

*9. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *8.**.*932-ci il təvəllüdlü X6 28.0*.20*9-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X6 28 yanvar 20*9-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar