Məhkəmə qərarları › İş №2(010)-1079/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1079/2023

10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1079/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) ərizə ilə məhkəməyə müraciət edərək, 0* iyun *96*-ci il tarixdə Naxçıvan MR, Şahbuz rayonunda anadan olmuş X3nun *7 dekabr 2022-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, onun X3 0*.06.*96*-ci il tarixdə Naxçıvan MR, Şahbuz rayonunda anadan olmuşdur. Əri vəfat edənə kimi birlikdə Bakı şəhəri, Suraxanı rayonunda olan evində yaşamışdır. X3 *7.*2.2022-ci il tarixdə ürək tutması ilə əlaqədar vəfat etmişdir. *5 saylı poliklinikaya müraciətinə baxmayaraq ölüm haqında tibbi sənəd verilmədi. Ərimin vəfat etməsi barədə tibbi sənəd ala bilmədiyinə görə ölüm haqqında şəhadətnamənə ala bilməmişdir. Ölüm haqqında şəhadətnamənin alınmasının hüquqi əhəmiyyəti vardır. Buna görə də ərinin ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Ərinin ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onun ölümünü təsdiq edən həkim arayışı olmadığına görə Suraxanı rayon şöbəsi onun ölüm akt qeydinin aparılmasından və onun adına ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub ünvanlayaraq, xx.xx.2023-cü il tarixdə keçiriləcək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, o, Ərizəçi bacısıdir, mərhum X8 isə onun bacısının əri idi. M.Əhmədov iki ay olar ki, vəfat edib. Təcili yardım çağırmışlar, lakin gələnə qədər artıq M.Əhmədov vəfat etmişdir. Mərhum Binəqədi qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, o, Ərizəçi qardaşıdır, mərhum X8 isə onun bacısının əri idi. X8 *7.*2.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, işdə olan zaman bacısı ona zəng vurub ərinin vəziyyətinin ağır olduğunu bildirmişdir. Təcili yardım çağırmışlar, lakin gələnə qədər artıq M.Əhmədov vəfat etmişdir. Mərhum Binəqədi qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən 2*.*0.*988-ci il tarixdə verilmiş nikahın bağlanması haqında şəhadətnamədən görünür ki, X8 ilə X2 arasında nikah 2*.*0.*988-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən **.0*.2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X8 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə **.0*.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinətinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası” - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirilir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür. *6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının *0.0*.2022-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, mərhum həyat yoldaşı - 0*.06.*96*-ci il təvəllüdlü X8 tibbi xidmət göstərilən ərazi poliklinikasına müraciət etmədiyi üçün ona ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün deyil. Təcili və təxirəsalınmaz Tibbi yardım Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, *7.*2.2022-ci il tarixdə saat *0:43-də X4 adına çağırış olmuş, kişi cinsli meyit aşkar olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi əri – 0* iyun *96*-ci il tarixdə Naxçıvan MR, Şahbuz rayonunda anadan olmuş X8 *7 dekabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi ərinin ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçi əri barədə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə vərəsəlik üçün sənədləşmə prosesinə lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 0* iyun *96*-ci il tarixdə Naxçıvan MR, Şahbuz rayonunda anadan olmuş X4 *7 dekabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X4 oğlunun ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 0* iyun *96*-ci il tarixdə Naxçıvan MR, Şahbuz rayonunda anadan olmuş X4 *7 dekabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X4 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar