Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1084/2024 29.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. Bakı şəhər Təcili və X* Stansiyasının *0 saylı bölməsinin *4 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, *4.**.2023-cü il tarixdə, saat *3:50-də X2 adına təcili tibbi yardım çağırışı daxil olmuşdur. Xəstəyə “həkimə qədər ölüm, kişi cinsli meyit” diaqnozu qoyulmuşdur.
2. 43 nömrəli şəhər poliklinikasının 20.**.2023-cü il tarixli məktubundan görünür ki, X4 tibbi xidmət göstərilən ərazidə yaşamadığı, tibbi xidmət göstərilən ərazi poliklinikasına müraciət etmədiyi və mərhumun ambulator kartası olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün deyil.
3. Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən **.*2.2023cü il tarixdə verilmiş arayışdan görünür ki, *7.**.*968-ci il təvəllüdlü X4 ölən günədək (*4.**.2023-cü il) Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə *-də yerləşən fərdi evdə qeydiyyatsız yaşamışdır.
4. Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 09.0*.2024cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.200*-ci il təvəllüdlü Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə *-də yerləşən fərdi evdə qeydiyyatsız yaşayır.
5. Binəqədi rayon Xocasən Bələdiyyəsi tərəfindən təsdiq edilmiş məlumatdan görünür ki, X4 *4.**.2023-cü il tarixdə Sulutəpə qəsəbə qəbirsanlığında dəfn edilmişdir.
6. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 05 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür.
İşin faktiki halları
7. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X4 *4 noyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Binəqədi rayonunun Sulutəpə qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Sadəcə olaraq X2 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.
Ərizəçinin tələbi
8. Ərizəçi (Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum *7.*2.*968-ci il təvəllüdlü X2 *4.**.2023-cü il tarixdə Bakı şəhərində vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
9. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi ərizə göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. *0. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, atası *4.**.2023-cü ildə qəflətən öz bacısıgildə vəfat etmişdir. Vəfat etdikdən sonra Binəqədi rayonunun Sulutəpə qəsəbə qəbiristanlığında dəfn edilmiş və yas mərasimi keçirilmişdir. Sadəcə olaraq, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə ala bilmirlər. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. **. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, o, ərizəçinin bibisi, mərhumun isə bacısıdır. Mərhum qardaşı onun evinə qonaq gəlmiş və çay içdiyi an halının pisləşdiyini bildirmişdir. O, qardaşını divana uzatmış, bu hadisədən də təxminən 5-*0 dəqiqə keçməmiş qardaşı qəflətən vəfat etmişdir. Bu barədə polisə, təcili yardıma məlumat vermiş, təcili yardım gələndə isə artıq vəfat etdiyini, müdaxilə edə bilməyəcəyini bildirmişdir. Qardaşım əvvəllər insult keçirtmiş, təzyiqi də olurmuş. Evdə o və qardaşından başqa heç kim olmayıb, onun səs-küyünə qonşular gəlmiş, sonradan isə digər qardaşı gəlmişdir. *2. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, o, ərizəçinin əmisi, mərhumun isə qardaşıdır. Mərhum qardaşı bacısıgilə qonaq getmiş, orada qəflətən vəziyyəti pisləşib və vəfat edib. Bu barədə bacısı zəng edib onlara bildirib. O, həm dəfn də, həm də yas mərasimlərində iştirak edib.
Tətbiq edilən hüquq
*3. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”
8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi
*6. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *7. Məhkəmə hesab edir ki, X2 *4 noyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun atasının ölüm faktı müəyyən olunmalıdır.
Məhkəmə xərcləri
*8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *9. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 *4 noyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. 2*. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə təmin edilsin. X2 *4 noyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.