Məhkəmə qərarları › İş №2(010)-1086/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1086/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1086/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilərək mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirak etmiş, iddiaçı məhkəmə hazırlıq iclasında iştirak etmədiyinə görə işə baxılması xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclası Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə keçirilmiş və mülki işin xx.xx.2025-ci il tarixə məhkəmə baxışına təyin edilməsi barədə qərardad qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclası tərəflərin məhkəmə iclasında iştirak etməməsi səbəbindən xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iş üzrə tərəflər iştirak etmədiyindən işə baxılması xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. İş üzrə tərəflər üzrlü səbəb göstərmədən xx.xx.2025-ci il tarixdə, saat 15:50-da keçirilən məhkəmə iclasına gəlməmişlər. Göründüyü kimi, məhkəmə iddiaçının məhkəmə iclasında iştirakını təmin etmək üçün iddiaçıya kifayət qədər vaxt vermiş, belə ki, 3 dəfə məhkəmə hazırlıq iclası ( xx.xx.2025, xx.xx.2025, xx.xx.2025) və 3 dəfə məhkəmə baxış iclası (xx.xx.2025, xx.xx.2025, xx.xx.2025) keçirilmişdir. Buna baxmayaraq, İddiaçı heç bir məhkəmə iclasında iştirak etməmiş, hər dəfə məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmiş, hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədən bunu səhhətində problemlər olması ilə əsaslandırmaqla kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar