Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1090/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X* heç bir yerdə qeydiyyatda olmadığı üçün, ölüm haqqında şəhadətnaməsini ala bilmədiyimə görə, tələb olunan sənədi əldə etməkdən ötrü onun ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi dəqiqləşmə barədə ərizə təqdim edərək, X* 26 avqust 202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumtlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, atası 26 Avqust 202*-ci il tarixdə, gecə saat 02:30-da, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev *90 ünvanında, “ağciyər xərçəngi” xəstəliyi səbəbindən dünyasını dəyişmişdir. Təcili tibbi yardım stansiyasından gələn həkim mərhumun şəxsiyyət vəsiqəsinin olmadığını əsas göstərərək Nərimanov RPİ-nin *8-ci polis bölməsindən sahə müvəkkilini ünvana çağırdı və o da öz növbəsində Nərimanov rayon prokurorluğunun növbətçi müstəntiqi Emil Mehdiyevə məlumat verdi. Müstəntiqin göndərişi əsasında mərhumun cənazəsi daxili və xarici müayinə olunması üçün Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya elmi təcrübi və tədris birliyinin Nərimanov rayon şöbəsinə göndərildi. Mərhumdan tibbi nümunələr götürüldükdən sonra MTE və PA-nın ona verdiyi 26.08.202*ci il tarixli dəfn üçün arayış əsasında cənazə Bakıxanov məzarlığında torpağa tapşırıldı. Sonradan şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etdikdə isə ona imtina cavabı verildi. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, rəhmətə gedən onun atasıdır. Atası 26.08.202*-ci ildə ağciyər xərçəngindən vəfat etmiş və oğul kimi o da dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, rəhmətə gedən onun dayısıoğludur. Mərhum 26.08.202*-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir. O, mərhumun dəfnində də iştirak etmişdir. İş materiallarına əlavə edilmiş: Nərimanov rayon prokurorluğunun müstəntiqi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 25.09.202*-ci il tarixli qərardadn görünür ki, X* 26 avqust 202*-ci il tarixdə yaşadığı Nərimanov rayonu, Ş.Mustafayev küçəsi ev *90 ünvanında ölməsi faktı üzrə aparılmış araşdırma zamanl toplanmış üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.*.*-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya elmi təcrübi və tədris birliyinin 26.08.202*-ci il tarixli, *** №-li arayışından görünür ki, X4 26.08.202*-ci il tarixdə Birliyin Nərimanov rayon şöbəsində məhkəmə-tibbi müayinə olunmuş və dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 20.**.202*-cu il tarixli cavab məktubundan görünür ki, ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək məsləhət görülür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin *58.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin *59.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin *59.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.*-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, X* 26 avqust 202*-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun atasının ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X* 26 avqust 202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-1090/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1090/2022
09.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver