Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1108/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən *0 yanvar 2023-cü il tarixdə verilmiş 36-05/70 №-li arayışdan görünür ki, Bibixanım Cənnət qızı barəsində Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında ilkin akt qeydləri *987-*990-cı illər üzrə, bərpa akt qeydləri isə *987-2005ci illər üzrə yoxlanılmışdır.
2. *3 nömrəli Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş *3 yanvar 2023-cü il tarixli 3 №-li arayışdan görünür ki, 30.08.*987-ci il tarixdə vəfat etmiş Bibixanım Cənnət qızının ölüm haqqında heç bir məlumat olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz.
3. Fotoşəkildən görünür ki, Bibixanım Cənnət qızı 30 avqust *987-ci ildə vəfat etmişdir.
4. Bülbülə bələdiyyəsi tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli, 48 №-li arayışdan görünür ki, X2 qəbiristanlıqda dəfn edilmişdir.
5. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı *0.0*.2023-cü il tarixli *5-05/75 №-li məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür.
İşin faktiki halları
6. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Bibixanım Cənnət qızı 30 avqust *987-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Bülbülə qəbiristanlığında dəfn edilmişdir. Sadəcə olaraq Bibixanım Cənnət qızının ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.
Ərizəçinin tələbi
7. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bibixanım Cənnət qızının 30 avqust *987-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
8. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi *7.04.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
9. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bibixanım Cənnət qızı onun nənəsi-atasının anasıdır. O, 30.08.*987-ci ildə vəfat edib, lakin onun ölməsi heç bir yerdə qeydə alınmayıb. Nənəsi Bülbülə qəbirstanlığında dəfn edilmişdir və bu barədə arayışı məhkəməyə təqdim etmişdir. Atası *99*-ci ildə vəfat edib, həmin vaxt o, uşaq olduğu üçün sənədləşmə işlərinin aparılması atasına tapşırılıb, lakin o da müraciət etməyib. 2003-2020-ci illərdə isə o, Azərbaycanda olmamış, buna görə də şəhadətnaməni alan olmamışdır. Nənəsinin ölüm haqqında şəhadətnaməsi evin sənədləşdirilməsi üçün lazımdır və bu səbəbdən artıq məhkəməyə müraciət etməli olmuşdur. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. *0. Məhkəmə iclasında şahid qismində dindirilən X* bildirdi ki, Əli onun qonşusudur, o, Əlinin atası ilə dost olmuşdur. Mərhum onun dostunun anası olmuş və *987-ci ildə vəfat etmişdir. Dostu isə anasından 4 il sonra, *99*-ci ildə vəfat etmişdir. O, dəfn mərasimində də iştirak etmişdir. **. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, Əli onun dayısıoğludur, mərhum isə nənəsi olmuşdur. Nənəsi 30 avqust *987-ci ildə Bakı şəhərində vəfat etmişdir və o, nəvə olaraq dəfn mərasimində iştirak etmişdir. *2. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, o, 30 ilə yaxındır ki, orada yaşayır və Əli onun qonşusudur. O, mərhumu tanıyırdı və mərhumun qızları ilə daha çox ünsiyyətdə olurdu. Bibixanım xanım vəfat edəndən sonra bir qonşu kimi onun dəfn mərasimində də iştirak etmişdir.
Tətbiq edilən hüquq
*3. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”
8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi
*6. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *7. Məhkəmə hesab edir ki, Bibixanım Cənnət qızının 30 avqust *987-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun nənəsinin ölüm faktı müəyyən olunmalıdır.
Məhkəmə xərcləri
*8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *9. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bibixanım Cənnət qızının 30 avqust *987-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. 2*. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. Bibixanım Cənnət qızının 30 avqust *987-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.