Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1117/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "əmlak bölgüsü" tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "əmlak bölgüsü" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi ev 5, mənzil 123 (Hövsan qəsəbəsi, 4 mkr, ev 5, mənzil 123) ünvanında yerləşən mənzil birgə mülkiyyət hesab edilməsi, birgə mülkiyyətdə paylar müəyyən edilməsi, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, ev 5, mənzil 123 (Hövsan qəsəbəsi, 4-cü mkr, ev 5, mənzil 123) ünvanında yerləşən mənzilin 2/3 hissəsinə özünün mülkiyyət hüququnun tanınması, qalan 1/3 hissəsi cavabdehin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdehilə rəsmi nikaha 2003-cü ildə daxil olmuş, rəsmi nikahdan xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Xəzər rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarındakı nikah 2017-ci ildə pozulmuş, cavabdehdən uşaqlarının saxlanılması üçün aliment tutulması müəyyən edilmişdir. Cavabdehlə birgə nikah dövründə Hövsan qəsəbəsində E.Məmmədov küçəsi, ev 5, mənzil 123 (Hövsan qəsəbəsi, 4-cü mkr, ev 5, mənzil 123) ünvanında yerləşən 3 otaqlı mənzili Ağayeva Rəfiqə Zöhrab qızından almışlar. Alqı-satqı müqaviləsi xx.xx.2005-ci ildə 35 saylı notariat kontorunda cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh öz növbəsində alqı-satqı müqaviləsini məqsədli şəkildə çıxarış almaq üçün DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə təqdim etməmişdir. O, cavabdeh və övladları həmin mübahisəli ünvanda yaşayırlar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-540/2017 saylı qətnaməsindən görünür ki, X1 Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X6 ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 674 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2007ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 iddiaçı X1 yanında qalmalı, xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 117 manat olmaqla cəmi 351 manat aliment tutulub iddiaçı X1 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş ÖM seriyalı 051232 saylı xx.xx.2000-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, 4-cü m/r, 5 saylı evin 123 saylı mənzili Ağayeva Rəfiqə Zöhrab qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş AN-İ seriyalı ******* saylı xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Ağayeva Rəfiqə Zöhrab qızı Bakı şəhəri, Hövsan qəsəbəsi, 4-cü m/r, 5 saylı evin 123 saylı mənzili Cavabdeh 88.000000 manata satmışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayon məhkəməsinin 2(003)-1800/2020 saylı xx.xx.2020-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı xx.xx.2005-ci ildə 35 saylı Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyatdan keçirilməsi və Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, ev 5 mənzil 123 (Bakı şəhəri, Hövsan qəsəbəsi, 4-cü m/r, ev 5, mənzil 123) Ünvanında yerləşən mənzilə çıxarışın alınmasının Cavabdeh öhdəlik qoyulması»na dair tələbi təmin edilməmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ağayeva Rəfiqə Zöhrab qızı AN-İ seriyalı ******* saylı xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Hövsan qəsəbəsi, 4-cü m/r, 5 saylı evin 123 saylı mənzili Cavabdeh 88.000000 manata satmışdır. Mübahisəli Bakı şəhəri, Hövsan qəsəbəsi, 4-cü m/r, 5 saylı evin 123 saylı mənzili daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2.-c ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qeyd edilən qanunvericilik normalarının tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri daşınmaz əmlakın onların ümumi birgə mülkiyyəti sayılması üçün həmin əmlaka mülkiyyət hüququ mütləq qaydada qeydə alınmalıdır. Əks halda, hər hansı mülkiyyət hüququ istisna olunur. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, bir halda ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, 4-cü m/r, 5 saylı evin 123 saylı mənzil üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınmayıb hər hansı hüquq yoxdur. Odur ki, həmin mənzilin tərəflərin ümumi birgə mülkiyyəti sayılması və mənzil üzərində iddiaçının payının müəyyən edilməsi də istisna olunur Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı "əmlak bölgüsü" tələbi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanui qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1117/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1117/2020
13.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver